Qısa cavab:
Ətraflı cavab:
İslam bir nəfərlə, yəni həzrət Məhəmmədlə (s) başladı və o həzrət qırx yaşında peyğəmbərliyə seçildi. Daha sonra xanım Xədicə (ə) və imam Əli (ə) iman gətirdi və gizlicə təbliğ həmin zamanlarda həyata keçirilirdi. Peyğəmbər (s) üç il müddətində tamamilə güvəndiyi və sirri faş etməyəcəklərindən əmin olduğu şəxslərə təbliğ edirdi.
وَ كان قَبْلُ ذلک فِى السّنينِ الثَّلاث مُسْتَتِراً بِدَعْوَتِهِ لا يُظْهِرُها اِلاّ لِمَن يَثِقُ بِهِ
Üç il sonra "Şuəra" surəsinin 214-cü ayəsi nazil oldu və Peyğəmbər (s) İslamı aşkar şəkildə camaata təbliğ etməklə vəzifələndirildi:
و اَنْذِرْ عَشِيرَتَكَ الْاَقْرَبِينَ
"Yaxın qohumlarını qorxut!"
Peyğəmbər (s) Səfa dağının başında öz dəvətini elan etdi. Sonra öz qohumlarını qonaqlığa dəvət edərək təbliğini aşkar şəkildə başlamış oldu. Bu müddətə qədər müsəlmanların sayı həddən artıq az və barmaqla göstəriləcək qədər idi. (1)
Peyğəmbər (s) iki dəfə qonaqlıq məclisi təşkil etdi və birinci dəfə Əbu Ləhəb o həzrətə sözünü deməkdə möhlət vermədi və ikinci dəfə Peyğəmbərin (s) sözünü eşitdikdən sonra gülüşməyə başlayıb Əbu Talibə belə dedilər:
قَدْ اَمَرَكَ: اَنْ تَسْمَعَ لِابْنِكَ وَ تُطيعَ
"Sənə göstəriş verdi ki, öz oğluna qulaq asıb ona itaət edəsən."
İslamın inkişafı o həzrətin nəzərində o qədər aydın və aşkar idi ki, elə həmin məclisdə öz canişin və xəlifəsini təyin etdi. (2) (3)

Şərh qeydə alınmayıb