Qısa cavab:
Ətraflı cavab:
Hədislərin birində oxuyuruq:
Materialist əqidəli bir şəxs (zındıq) İmam Sadiqin (ə) yanına gəlib dedi: Allah buyurur: “Hər zaman cəhənnəm əhlinin dərisi şiddətli alovda yanıb kül olsa, əzabın dadını yaxşı-yaxşı dadsın deyə biz ona yeni dəri geyindirərik.” O yeni dərinin günahı nədir ki, bu qədər əzab olunur?
İmam (ə) cavabında buyurdu: “O, dəri eynilə birinci dəri kimidir, amma onun özü deyil.” Sual verən qane olmadı və cavabdan bir şey anlamadı. İmam (ə) dolğun bir misalla məsələyə tam aydınlıq gətirdi:
“Təsəvvür et ki, köhnəlmiş bir kərpici əzib həmin torpaqdan gil düzəldirsən. Sonra onu kərpic qəlibinə töküb yeni bir kərpic düzəldirsən. Təzə kərpic bir cəhətdən köhnə kərpic olsa da digər cəhətdən o deyil.”
Hədisdən yeni cild köhnə dərinin xammalından hazırlandığı başa düşülür.
Həmçinin diqqət etmək lazımdır ki, mükafat və cəza həqiqətdə insanın ruh və dərkinə aiddir. Bədən yalnız mükafat və cəzanın insan ruhuna ötürülməsi üçün daimi vasitədir. ( 1)

Şərh qeydə alınmayıb