Qısa cavab:
Ətraflı cavab:
Şübhəsiz, bizim taleyimiz təlaş, fəaliyyət və işlərimizlə əlaqədar olduğu həddə öz əlimizdədir. Quran ayələri də aşkarcasına bu mövzunu bəyan edir. Məsələn:
و أن لَیْسَ لِلاْنْسانِ إلاّ ما سعى
"İnsana öz təlaş və fəaliyyətindən başqa, heç bir şey (fayda) yoxdur." (1)
کُلُّ نَفْس بِمَا کَسَبَتْ رَهینَةٌ
"Hər kəs öz əməlinin girovundadır." (2)
Amma bizim səylərimiz, həmçinin qüdrət dairəmizdən xaric olan şeylər yeganə hökmran olan Allahın ixtiyarındadır və Allahın hikmət, iradə və elminə əsaslanan səbəb-nəticə qanununun tələbinə əsasən təqdir edilən şeylər həyata keçəcək.
Möminlər Allahın elm, hikmət və lütfünə imanlı olduqları üçün bütün bu təqdir və müqəddəratı ən yaxşı (üstün) yaradılış sistemi və bəndələrin məsləhətinə uyğun hesab edirlər. Hər kəs əldə etdiyi ləyaqətə uyğun şəkildə təqdirə layiq görülür. Yəni, münafiq, tənbəl, pərakəndə bir cəmiyyət məhv olmağa məhkumdur və onlar üçün belə bir tale qaçılmazdır, amma imanlı, ayıq və etiqadlı bir cəmiyyətin qələbədən başqa, digər bir taleyi (aqibəti) yoxdur. (3)

Şərh qeydə alınmayıb