Qısa cavab:
Həzrət Əli (ə) belə xatırlayır: Mən səfərdə və evdə daim onunla bilikdə idim – eynilə bala dəvənin anasının ardınca getdiyi kimi. Hər gün öz gözəl davranışlarından birini mənə göstərir, mənə onu təqlid etməyi tövsiyə edirdi. Hər il “Həra” mağarasında ibadət edərdi. Mən onu görürdüm, məndən başqa heç kəs onu görmürdü.
Ətraflı cavab:
Həzrət Əli (əleyhis-salam) özünün uşaqlıq çağlarını belə xatırlayır:
وَ قَدْ عَلِمْتُمْ مَوْضِعِی مِنْ رَسُولِ اللَّهِ ص بِالْقَرَابَهِ الْقَرِیبَهِ وَ الْمَنْزِلَهِ الْخَصِیصَهِ وَضَعَنِی فِی حِجْرِهِ وَ اَنَا وَلَدٌ یَضُمُّنِی اِلَى صَدْرِهِ وَ یَکْنُفُنِی فِی فِرَاشِهِ وَ یُمِسُّنِی جَسَدَهُ وَ یُشِمُّنِی عَرْفَهُ وَ کَانَ یَمْضَغُ الشَّیْءَ ثُمَّ یُلْقِمُنِیهِ وَ مَا وَجَدَ لِی کَذْبَهً فِی قَوْلٍ وَ لَا خَطْلَهً فِی فِعْلٍ وَ لَقَدْ قَرَنَ اللَّهُ بِهِ ص مِنْ لَدُنْ اَنْ کَانَ فَطِیماً اَعْظَمَ مَلَکٍ مِنْ مَلَائِکَتِهِ یَسْلُکُ بِهِ طَرِیقَ الْمَکَارِمِ وَ مَحَاسِنَ اَخْلَاقِ الْعَالَمِ لَیْلَهُ وَ نَهَارَهُ وَ لَقَدْ کُنْتُ اَتَّبِعُهُ اتِّبَاعَ الْفَصِیلِ اَثَرَ اُمِّهِ یَرْفَعُ لِی فِی کُلِّ یَوْمٍ مِنْ اَخْلَاقِهِ عَلَماً وَ یَاْمُرُنِی بِالِاقْتِدَاءِ بِهِ وَ لَقَدْ کَانَ یُجَاوِرُ فِی کُلِّ سَنَهٍ بِحِرَاءَ فَاَرَاهُ وَ لَا یَرَاهُ غَیْرِی وَ لَمْ یَجْمَعْ بَیْتٌ وَاحِدٌ یَوْمَئِذٍ فِی الْاِسْلَامِ غَیْرَ رَسُولِ اللَّهِ ص وَ خَدِیجَهَ وَ اَنَا ثَالِثُهُمَا اَرَى نُورَ الْوَحْیِ وَ الرِّسَالَهِ وَ اَشُمُّ رِیحَ النُّبُوَّهِ وَ لَقَدْ سَمِعْتُ رَنَّهَ الشَّیْطَانِ حِینَ نَزَلَ الْوَحْیُ عَلَیْهِ ص فَقُلْتُ یَا رَسُولَ اللَّهِ مَا هَذِهِ الرَّنَّهُ فَقَالَ هَذَا الشَّیْطَانُ قَدْ اَیِسَ مِنْ عِبَادَتِهِ اِنَّکَ تَسْمَعُ مَا اَسْمَعُ وَ تَرَى مَا اَرَى اِلَّا اَنَّکَ لَسْتَ بِنَبِیٍّ وَ لَکِنَّکَ لَوَزِیرٌ وَ اِنَّکَ لَعَلَى خَیْرٍ
“Siz bilirsiniz ki, mən Allahın peyğəmbərinin (s) yanında necə bir məqam sahibiyəm, onunla qohumluğum hansı dərəcədədir! Uşaq olduğum zaman məni qucağına alar, öz yatağında yatızdırardı. Mənim bədənimi öz bədəninə sıxar, öz ətrini mənə saçardı! Bəzən yeməyi çeynəyərək mənə yedizdirərdi. O, məndən nə bir yalan eşitmiş, nə də bir xəta görmüşdi. O, süddən ayrılan zamandan Allah-taala özünün ən böyük mələyini gecə-gündüz onunla yanaşı etmişdi ki, alicənablıq yollarını ötsün, dünyanın ən gözəl xislətlərini əldə etsin. Mən səfərdə və evdə daim onunla bilikdə idim – eynilə bala dəvənin anasının ardınca getdiyi kimi. Hər gün öz gözəl davranışlarından birini mənə göstərir, mənə onu təqlid etməyi tövsiyə edirdi. Hər il “Həra” mağarasında ibadət edərdi. Mən onu görürdüm, məndən başqa heç kəs onu görmürdü. O zaman İslam heç bir evə daxil olmamışdı; yalnız Peyğəmbər (səlləllahu əleyhi və alih) və Xədicənin olduğu evə daxil olmuşdu, onların üçüncüsü də mən idim. Mən nübüvvət nurunu görür, peyğəmbərlik ətrini duyurdum. Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə vəhy nazil olan zaman şeytanın səsini eşidib: “Ey Allahın Rəsulu! Bu səs nədir?”– deyə soruşdum. Həzrət buyurdu: “Bu, sitayiş olunmaqdan ümidsiz və nigaran olan şeytandır. (Ya Əli!) Mən eşitdiklərimi sən də eşidir, mən gördüklərimi sən də görürsən. Fərqimiz budur ki, sən peyğəmbər deyilsən. Lakin sən mənim vəzirimsən və xeyir üzərindəsən.” (1) (2)
Şərh qeydə alınmayıb