BAĞIŞLANMANIN SƏBƏBLƏRİ HANSILARDIR?

Quran hansı əməlləri bağışlanmanın səbəbləri kimi tanıtdırır?

Qurani-Kərimdə bir sıra əməllər qeyd olunmuşdur ki, insanın günahlarının bağışlanmasına səbəb olur. O cümlədən Tövbə

İman və saleh əməl, təqva, hicrət, cihad və şəhadət, gizlində sədəqə vermək və bəxşiş vermək, borc vermək və kiçik günahların bağışlanmasına səbəb olan böyük günahlardan çəkinmək.
 

BÜTÜN GÜNAHLARIN TÖVBƏ VƏ SALEH ƏMƏLLƏ BAĞIŞLANMASI

Allah-taalanın bütün günahları bağışlamasının səbəbi nədir?

Quran ayələri göstərir ki, bir neçə şərtlə Allahın rəhmət və bəxşiş qapıları bütün bəndələrin üzünə istisnasız olaraq açılmışdır. O şərtlərdən biri bəndənin günah etdikdən sonra özünə gələrək tutduğu yolu dəyişməsi, üzünü Allah dərgahına çevirməsi, Onun əmrləri müqabilində təslim olması və tövbə etdikdən sonra tövbəsinə sadiq qaldığını öz əməli ilə göstərməsidir. Nəticədə, nə şirk, nə də başqa bir günah istisna edilməmişdir. Həmçinin, bu ümumi əfv və rəhmətin geniş olmasının şərtlərə malik olması inkar olunmazdır.

Quran ayələri və hədis nöqteyi-nəzərindən əxlaqda dəyişiklik imkanı

Quran ayələri və hədis baxımından fərdlərin əxlaqında dəyişilmə istedadı vardırmı?

Əxlaqı saflaşdırmağa birbaşa təşviq edən ayələr əxlaqi səciyyələrin dəyişməsi imkanına tutarlı dəlildir. Misal üçün: “قد افلح من زکیها و قد خاب من دسیها”; “Hər kim nəfsini saflaşdırsa, nicat tapıb və nəfsini günaha bulaşdıran kəs isə məyus və məhrum olub”. İslam hədislərində də mövzu ilə əlaqədar şəffaf ifadələr gözə dəyir. O cümlədən, bir hədisdə Allah Rəsulunun (s) səhabələrindən biri Cərir ibn Abdullaha buyurur:
“انک امرء قد احسن الله خَلقک فاحسن خُلقک”
“Allah sənə gözəl sima verib, əxlaqını da sən gözəlləşdir!”.

 

İslam hədislərində mükaşifə və intuisiya əldə etməyin yolu

İslam hədisləri nöqteyi-nəzərindən mükaşifə və intuisiya əldə etməyin yolu nədir?

Hədislərdə gələn ibarələrdən məlum olur ki, insanın imanı artdıqca, günahlar nəticəsində qəlbi əhatə edən pərdələr kənarlaşdıqca, insan varlıq aləminin sirlərini daha da kəşf edir. Belə ki, sonda İbrahimsayağı göy və yer səltənətini müşahidə edə bilər. O cümlədən, hədislərdə vurğulanır ki, insan qəlbi şeytandan təsirlənmədiyi təqdirdə mələkut aləminə nəzər sala bilər. Yaxud, hədislərdə həqiqi elm nur sayılmışdır, hansı ki Allah bəzi bəndələrinin qəlbinə salır və bəndə onun sayəsində qeyb aləmini görə bilir.

XALİS TÖVBƏ

Xalis tövbə nədir və onun hansı faydaları vardır?

Tövbəni beş mərhələdə xülasələşdirə bilərik: Günahı tərk etmək, peşmançılıq, gələcəkdə günahdan çəkinmək qərarı, keçmişdə etdiklərinin əvəzini qaytarmaq, bağışlanmaq diləmək. Peyğəmbərdən nəql olunmuş hədisə görə “xalis tövbə” tövbə edən şəxsin süd döşə qayıtmadığı kimi, tövbə etdikdən sonra heç zaman günaha qayıtmamasıdır.”

 

“PİSLİKLƏRİN YAXŞILIQLARA ÇEVRİLMƏSİ”NDƏ MƏQSƏD

Tövbə edənlər barədə pisliklərin yaxşılıqlara çevrilməsində məqsəd nədir?

Pisliklərin yaxşılıqlara çevilməsi bir neçə formada izah edilir. İzahlardan biri belədir ki, Allah-taala öz lütf, kərəm, fəzilət və mükafatına görə tövbədən sonra insanın pis əməllərini aradan qaldırır və onların yerini yaxşı əməllərlə doldurur.

 

ƏQLİ BAXIMDAN TÖVBƏNİN QƏBULU

Görəsən, ağıl da günahkarın tövbəsini qəbul etməyə sifariş edirmi?

Tövbənin qəbulunun vacibliyi aqillərin üslubuna uyğundur. Yəni, ağıl tövbə və üzrxahlığın qəbulunu vacib bilməsəydi belə, dünya aqillərinin üslubuna əsasən, yanlış iş gördükdən sonra üzr istəyən, işinin mənfi təsirlərini aradan qaldıran şəxsin tövbə və üzrü məqbuldur. Əks təqdirdə, üzrü qəbul etməyən şəxs kin-küdurətli, davranışı isə insanlığa və əxlaqa zidd sayılır.
Şübhəsiz, sonsuz qüdrət sahibi olan Allah-taala hər kəsdən və hər şeydən ehtiyacsızdır. Odur ki, qeyd edilən şərtlərlə tövbəkarların tövbəsini, üzrünü qəbul etməyə, həmçinin cəzalarından keçməyə daha layiqdir.

TÖVBƏKARLARIN DƏRƏCƏLƏRİ

Tövbəkarları neçə qismə bölmək olar?

Tövbə edənləri dörd qismə bölmək olar:
1. Günahdan tövbə edib, bir müddət sonra tövbəsini pozanlar;
2. Günahdan tövbə edib, bəzi günahlarda şəhvətin üstələməsi nəticəsində tövbəsini pozanlar;
3. Günahdan tövbə edib, böyük günahlardan çəkindiyi halda, tövbəni pozmaq qəsdi olmadan bəzi günahları yerinə yetirənlər;
4. Günahdan tövbə edib, möhkəm iradə ilə tövbəsindən dönməyənlər.

TÖVBƏNİN DAVAMLILIĞI

Tövbəmizin davamlı olması üçün nə etməliyik?

Tövbəkarın günaha dönməməsi üçün tövbə daimi olmalıdır. Aşağıda qeyd olunan məqamlara da diqqət etmək lazımdır:
1. Günah mühitindən uzaqlaşmaq, günah məclislərində iştirak etməmək;
2. Dostlarını, ətrafındakıları bir daha gözdən keçirmək;
3. Günah vəsvəsəsi, günah marağı onda özünü göstərdiyi zaman Allahı xatırlamaq;
4. Tərk etdiyi günahın zərərli təsirləri barədə daima düşünmək;
5. Gecə-gündüz vaxtını düzgün proqramlarla doldurmaq və s.

DİLİN GÜNAHLARDAN QORUNMASI - AYƏ VƏ HƏDİSLƏRDƏ

Quran ayələri və hədislərdə dilin islahının nə kimi əhəmiyyəti var?

Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, belə ki, onun islahı bütün əxlaqi islahatların qaynağı, sapması və yanlışlıqları isə müxtəlif əyriliklərin başlıca amilidir. Əxlaq ustadları əxlaqi fəzilət və səciyyələrin möhkəmləndirilməsində, eləcə də ruhun təkamülündə dilin islahını mühüm addım sayırlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

رسول الله(صلى الله عليه وآله)

ظُلمُ الأجِيرِ أجرَهُ مِن الکبائِر

کم دادن مزد مزدبَر (کارگر) از گناهان بزرگ است

ميزان الحکمه، جلد 1، ص 38