qurani krim10 Material

ÖLÜMÜN MƏSTLİYİ

Quranda insanın can verməsi necə təsvir olunur?

Ölüm çox mühüm bir keçiddir. İnsanın həmin anda uzun illər boyu adət etdiyi dünya ilə bütün əlaqələri kəsilir və o özünə tamamilə yeni və əsrarəngiz olan bir dünyaya qədəm qoyur. Bu dünyanın qeyri-sabit olduğunu öz gözləri ilə görür, ölümdən sonrakı hadisələri az-çox müşahidə edir. Məhz bu vaxt onu başdan-ayağa böyük bir dəhşət bürüyür və sərxoşluğa bənzər bir hala düşür, lakin sərxoş deyil.

QAYITMAQ ARZUSU

Günahkarların ölümdən sonra ilk arzuları nə olacaq?

“Şüəra” surəsinin 203-cü ayəsinə görə onlar möhlət istəyərlər. Digər ayədə onların dilindən belə deyilir: "Kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!" Başqa bir ayədə də onlar belə deyirlər: "Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun rəsuluna tabe olaydıq!"

BAĞIŞLANMANIN SƏBƏBLƏRİ HANSILARDIR?

Quran hansı əməlləri bağışlanmanın səbəbləri kimi tanıtdırır?

Qurani-Kərimdə bir sıra əməllər qeyd olunmuşdur ki, insanın günahlarının bağışlanmasına səbəb olur. O cümlədən Tövbə

İman və saleh əməl, təqva, hicrət, cihad və şəhadət, gizlində sədəqə vermək və bəxşiş vermək, borc vermək və kiçik günahların bağışlanmasına səbəb olan böyük günahlardan çəkinmək.
 

MƏNƏVİ HƏYATIN MAHİYYƏTİ

Mənəvi həyat və mənəvi ölüm nə deməkdir?

Qurani-Kərimə görə, çox insanlar fiziki cəhətdən sağ olsalar da ölülərin sırasındadırlar. Tam əksinə, şəhidlər kimi zahirdə ölü amma əbədi sağ insanlar da var. Zahirdə yaşayan amma nəfsani istəklər içində itib-batan, məzlumun naləsini, haqqın nidasını eşitməyən, yoxsul və kimsəsizlərin üzünü, Allahın varlıq aləmindəki əzəmətini görməyən, bir an belə öz keçmiş və gələcəyi haqda fikirləşməyən bir insan Quran məntiqində “ölü” sayılır.

 

UŞAQLIQ YAŞLARINDA İMAMƏT

İmam Məhəmməd Təqi (əleyhis-salam) kimi azyaşlı bir insanın imamətini necə qəbul etmək olar?

İmamlardan öncə də digər İlahi insanlar bu İlahi lüftə layiq görülüblər və bu qeyri-adi məsələ bizim imamlara xas deyildir. Qurani-Kərim Həzrət Yəhya haqqında buyurur: Biz hökmü uşaqlıqda ona bəxş etdik. Qurani-Kərim nəql edir ki, (İsa dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, mənə kitab verib və məni peyğəmbər edib.

 

PEYĞƏMBƏRİN CANİŞİNLƏRİNİN ALLAH TƏRƏFİNDƏN TƏYİN EDİLMƏSİ

Qurani-Kərim İmamın (ə) Allah tərəfindən təyin olunmasını təsdiq edirmi?

Qurani-kərimin ayələrinə nəzər salmaqla aydın olur ki, keçmiş peyğəmbərlərin canişinləri də mütəal Allah tərəfindən təyin olunub. Məsələn, “Ənbiya” surəsinin 70-ci ayəsində deyilir ki, “Və onları insanlara imamlar – rəhbərlər qərar verdik ki, Bizim fərmanımızla (insanları) hidayət edirdilər.

PEYĞƏMBƏRİN CANİŞİNLƏRİNİN ALLAH TƏRƏFİNDƏN TƏYİN EDİLMƏSİ

Qurani-Kərim İmamın (ə) Allah tərəfindən təyin olunmasını təsdiq edirmi?

Qurani-kərimin ayələrinə nəzər salmaqla aydın olur ki, keçmiş peyğəmbərlərin canişinləri də mütəal Allah tərəfindən təyin olunub. Məsələn, “Ənbiya” surəsinin 70-ci ayəsində deyilir ki, “Və onları insanlara imamlar – rəhbərlər qərar verdik ki, Bizim fərmanımızla (insanları) hidayət edirdilər.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت

الامام علي (ع)

الصيام اجتناب المحارم کما يمتنع الرجل من الطعام و الشراب

روزه دوري کردن از حرام ها است همچنان که مرد از خوردن و آشاميدن خودداري مي کند

ميزان الحکمة 6/394