Əlli min illik gün

Qiyamət gününün əlli min il çəkəcəyi doğrudurmu?

Quranı-kərim bu məsələyə işarə etmişdir. Qiyamət günü Quran ayələrində deyildiyi kimi planetlərin hazırkı düzülüşü pozulacaq. Gecə və gündüzün, eləcə də ilin yaranma səbəbləri sayılan Günəş və Ay, günümüzdəki Günəş və Ayla tamamilə fərqlənəcək. Kainat hazırkı vəziyyətindən çıxıb yeni bir şəkil alacaq.
Quran ayəsində belə vurğulanır: “Bu yerin başqa bir yerə və həmçinin göylərin (başqa göylərə) çevriləcəyi gündə!”

“Təkvir” surəsində Qiyamət səhnələri

Qurani-kərimin “Təkvir” surəsinin 1-9-cu ayələrində Qiyamətin qopması necə təsvir olunur?

“Təkvir” surəsinin 1-9-cu ayələrində Qiyamətin başlamasının səkkiz əlaməti bəyan olunur. İlk olaraq buyurur:
اِذَا الشَّمْسُ کُوِّرَتْ
“Günəş sarınacağı zaman.”
Günəş hal-hazırda həddindən artıq isti və yandırıcı bir kürə olduğunu bilirik. Belə ki, onun bütün maddəsi sıxılmış qaz formasındadır, hər tərəfində hündürlüyü 1000 km-dən çox olan yandırıcı alov şölələri ucalır. Yer kürəsi bu nəhəng şölələrin birinə tuş gəlsə bir an içində yanıb qaza çevrilər.
Lakin dünyanın sonuna yaxın, Qiyamət ərəfəsində onun hərarəti azalacaq, alov şölələri və işığı sönəcək, həcmi kiçiləcəkdir. Təkvirin mənası da budur.
Daha sonra əlavə edir:
وَ اِذَا النُّجُومُ انْکَدَرَتْ
“Ulduzlar solub töküləcəyi zaman”
 “İnkidar” məsdərindən alınan “inkədərət” feli, süqut etmək və dağınıq olmaq mənasındadır. Sözün kökü “küdurət” olduğu təqdirdə isə solğunluq və qaranlıq mənasında işlənir. Hər iki mənanı ayədə cəmləşdirmək mümkündür. Belə ki, Qiyamət əsnasında həm ulduzlar solub öz nurlarını itirəcəklər, həm də səpələnib süqut edəcəklər. Bununla yuxarı aləmin nəzmi pozulacaq. Necə ki, “İnfitar” surəsinin 2-ci ayəsində buyurur:
وَ اِذَا الْکَواکِبُ انْتَثَرَتْ
“Ulduzlar dağılıb səpələndiyi zaman.”
Həmçinin “Mursəlat” surəsinin 8-ci ayəsində buyurur:
فَاِذَا النُّجُومُ طُمِسَتْ
“Ulduzlar məhv və qaranlıq olacağı zaman”
Qiyamət gününün üçüncü əlaməti haqqında Quran buyurur:
وَ اِذَا الْجِبالُ سُیِّرَتْ
“Dağlar hərəkətə gətiriləcəyi zaman.”
Qiyamət günü başlamazdan öncə dağlar müxtəlif mərhələdən keçməlidirlər. Öncə hərəkətə gələcəklər. Son mərhələdə toza çevrilib səpələnəcəklər.
Quran Qiyamətin dördüncü əlaməti haqqında buyurur:
وَ اِذَا الْعِشارُ عُطِّلَتْ
“Boğaz dəvələr (ən dəyərli mal-dövlət hesab edilən əmlaklar) başlı – başına buraxılıb sahibsiz qalacağı zaman.”
“İşar” sözü “əşra” isminin cəm formasıdır. Sözün mənası əslində doğum ərəfəsində olan on aylıq hamilə dişi dəvə deməkdir. Yəni, tezliklə ondan yeni bir dəvə dünyaya gələcək. O, çoxlu süd verəcək.
Bu ayələr nazil olanda belə dəvələr ərəblərin ən qiymətli mülkü sayılırdı.
“Uttilət” sözü isə “tətil” sözündən götürülmüş, mənası sahibsiz, çobansız başlı-başına buraxmaqdır. Həmin gün qorxu və dəhşət o qədər şiddətlidir ki, insanlar ən dəyərli şeylərini unudacaqlar.
Sonrakı ayədə beşinci əlamətə toxunaraq buyurur:
وَ اِذَا الْوُحُوشُ حُشِرَتْ
“Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı zaman.”
Vəhşi heyvanlar, adətən, bir-birlərindən uzaqda yaşayırdılar. Bir-birlərindən qorxub qaçırdılar. Lakin Qiyamət əsnasında baş verən dəhşətli hadisələrin yaratdığı qorxu onları bir yerə toplayır. Onlar hər şeyi unudaraq, bir yerə toplaşmaqla sanki qorxunun şiddətini azaltmaq istəyirlər.
Başqa sözlə desək, dəhşətli hadisələr vəhşi heyvanların xüsusiyyətlərini onlardan ala bilirsə, insanlarla nə edəcək?
Sonra altıncı əlamətdən söz açır:
وَ اِذَا الْبِحارُ سُجِّرَتْ
“Dənizlərin dolacağı və qaynayacağı zaman.”
“Succirət” sözü “tə

İŞRAQ” SAATI“

Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?

Quran ayəsində deyilir ki, qiyamət günü yer öz Rəbbinin nuru ilə işıqlanacaq. Bu məsələyə müxtəlif izahlar verilmişdir. Bəzi təfsir alimlərinə görə “Rəbbin nuru” dedikdə haqq və ədalət nəzərdə tutulur. Bəzi alimlərə görə isə nur dedikdə Günəş və Ayın yaratdığı işıqdan fərqli olaraq Allahın xüsusi nuru nəzərdə tutulur. Əllamə Təbatəbai isə hesab edir ki, yer üzünün Rəbbin nuru ilə işıqlanması dedikdə pərdələrin kənarlaşması və hər bir həqiqətin – insan əməlinin yaxşı və pis, itaət və üsyan, haqq və batil olması baxımından aşkarlığı nəzərdə tutulur.

 

YERİN ALT-ÜST OLMASI

Qiyamət günü Yer kürəsində nə kimi hadisələr gözlənilir?

Qurani-kərim bu dünyanın sonu və axirətin başlanğıcında baş verəcək bir sıra dəhşət doğuran hadisələrdən söz açır:  
“Yer üzü şiddətli bir titrəyişlə titrədiyi zaman”
“Yer öz daxilində olan ağır yüklərini çıxarıb atacağı zaman”
“Zilzaləha” (zəlzələsi) ifadəsini Allahın vəd verdiyi dəhşətli zəlzələni Qiyamət zəlzələsinə aid etmək olar.  
Həmin gün insan bu görünməmiş hadisə qarşılaşanda tam sarsılır və deyir: “Və insan (təəccüb və dəhşətlə): “Buna, nə olub (ki, bu qədər titrəyib daxilində nə varsa çıxarıb atır)?!”- deyəcəyi zaman.”
Ayələrin zahiri mənasından belə başa düşülür ki, burada “insan” sözünün mənası genişdir və həmin günün hadisələrindən qorxmaq və təəccüblənmək təkcə kafirlərə aid ediləcək məsələ deyil.

 

MƏZARLARIN DAĞILMASI

Qiyamət günü qəbirdəkilər üçün nə kimi hadisələr baş verəcək?

Qurani-kərim diri və ölülərin həyatının yenidən qurulması haqda buyurur: “Qəbirlər alt-üst olduğu zaman.”

Həmin gün maneələr qalxacaq, qəflət və qürur pərdələri yırtılacaq, dünyanın həqiqətləri olduğu kimi üzə çıxacaq. Həmin gün “yovmul-büruz” olduğu üçün hər şey bariz və aşkar olacaq. Belə bir vaxtda insan bütün əməllərini gözləri ilə görəcək, yaxşı və pisindən xəbərdar olacaq, həm həyatda ikən göndərdiyi əməlləri, həm də öləndən sonra təsir və nəticələri dünyada baqi qalan və savab və günahı ona yetişməkdə olan işlərindən xəbər tutacaqdır.
 

QIYAMƏTİN XÜSÜSİYYƏTLƏRİ

“Mömin” surəsinin 18, 19 və 20-ci ayələrində Qiyamətin hansı xüsusiyyətlərindən söz açılır?

Bu ayələrdə Qiyamət gününün yeddi xüsusiyyətindən, eləcə də dəhşətli hadisələrdən söz açılır.
İlk öncə buyurur:
“Və onları o yaxın gün ilə qorxut.”
O günün “Qiyamət günü” deyil, “azifə günü” adlandırıması insanda heyrət doğurur. Belə ki, qafillər deməsinlər: “Qiyamət gününə hələ çox qalıb. Zehninizi Qiyamət gününə məşğul etməyin. Bu nisyə proqnozdur.”
Digər xüsusiyyət haqqında buyurur:  
“Həmin gün ürəklər (qorxu və vahimədən) qırtlağa çatacaq.”
İnsan o gün böyük çətinliklərlə üzləşək. Sanki canının ağzından çıxdığını hiss edəcək. Ərəblər bu yerdə “canı xirtdəyə çatıb” ifadəsini işlədirlər.

“KƏŞFUL-ƏSRAR”

Nə üçün Qiyamət gününə “Müşahidə günü” və “Kəşfül-əsrar” deyilir?

“Tariq” surəsinin 9-cu ayəsində deyilir:
“Qiyamət günü gizlin sirlərin aşkar olan gündür. “
Aydın olur ki, qiyamət günü gizlinlərin aşkara çıxacağı gün və zahir olma günüdür. İnsan övladı o gün, eynilə müttəhim kürsüsündə əyləşmiş və cinayəti inkar etdiyi halda dərhal əşyayi dəlil, şahid və sübutlar qarşısına qoyulan müttəhimə bənzəyir. Belə bir halda artıq etirafa lüzum qalmır və o təslim olur. Qiyamət günü isə həqiqətlər bundan da aydın və aşkar formada üzə çıxacaqdır.

“ĞAFİR” SURƏSİNİN 16 və 17-ci AYƏLƏRİNDƏ QİYAMƏTİN XÜSUSİYYƏTLƏRİ

Ğafir” surəsinin 16 və 17-ci ayələrində Qiyamətin hansı xüsusiyyətləri qeyd olunmuşdur?

Sözü gedən ayələrdən aydın olur ki, o gün bütün pərdələr kənarlaşdırılar. Bir tərəfdən dağlar kimi maddi maneələr götürülər. Quranın buyurduğu kimi yer susuz, bitkisiz, çala-çuxursuz hamar bir şəklə düşər. Digər tərəfdən bütün insanlar qəbirlərdən baş qaldıraraq çölə çıxar. Digər tərəfdən də hamının daxili sirləri üzə çıxar, əməl dəftərləri açılar və içindəkilər aşkar olar. Qiyamətin başqa bir xüsusiyyəti də Allahın mütləq hakimiyyətidir. Quran ayəsində deyilir: “Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur? Tək və qüdrətli Allaha məxsusdur.”

 

“NƏBƏ” SURƏSİNDƏ QİYAMƏT HADİSƏLƏRİ

Qiyamət qopacağı zaman hansı hadisələr baş verəcək?

Quran ayələrindən aydın olur ki, surun çalınması ilə iki böyük hadisə baş verəcək. İlk hadisədə varlıq aləminin nizamı pozulacaq. Yer üzündəkilər, həmçinin göy sakinləri hamılıqla öləcəklər. İkinci hadisədə dünya yenidən bərpa olunacaq. Ölülər yeni bir həyata qədəm qoyacaq və böyük qiyamət günü başlanacaq. Sonra göy açılar və qapılar şəklinə düşər. Bu halda səmaların qapıları, göylərin yolları yer əhlinin üzünə açılacaq, cənnət əhli cənnətə doğru gedəcək və cənnətin qapıları onların üzünə açılacaqdır. Kafirlər isə cəhənnəmə çatanda onun qapıları onların üzünə açılacaq.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام عليٌّ(عليه السلام)

الإيثارُ أشرَفُ الکَرَمِ

ايثار، برترين بخشندگى است

ميزان الحکمه، جلد 1، ص 22