qiyamt42 Material

QIYAMƏTİN XÜSÜSİYYƏTLƏRİ

“Mömin” surəsinin 18, 19 və 20-ci ayələrində Qiyamətin hansı xüsusiyyətlərindən söz açılır?

Bu ayələrdə Qiyamət gününün yeddi xüsusiyyətindən, eləcə də dəhşətli hadisələrdən söz açılır.
İlk öncə buyurur:
“Və onları o yaxın gün ilə qorxut.”
O günün “Qiyamət günü” deyil, “azifə günü” adlandırıması insanda heyrət doğurur. Belə ki, qafillər deməsinlər: “Qiyamət gününə hələ çox qalıb. Zehninizi Qiyamət gününə məşğul etməyin. Bu nisyə proqnozdur.”
Digər xüsusiyyət haqqında buyurur:  
“Həmin gün ürəklər (qorxu və vahimədən) qırtlağa çatacaq.”
İnsan o gün böyük çətinliklərlə üzləşək. Sanki canının ağzından çıxdığını hiss edəcək. Ərəblər bu yerdə “canı xirtdəyə çatıb” ifadəsini işlədirlər.

MƏZARLARIN DAĞILMASI

Qiyamət günü qəbirdəkilər üçün nə kimi hadisələr baş verəcək?

Qurani-kərim diri və ölülərin həyatının yenidən qurulması haqda buyurur: “Qəbirlər alt-üst olduğu zaman.”

Həmin gün maneələr qalxacaq, qəflət və qürur pərdələri yırtılacaq, dünyanın həqiqətləri olduğu kimi üzə çıxacaq. Həmin gün “yovmul-büruz” olduğu üçün hər şey bariz və aşkar olacaq. Belə bir vaxtda insan bütün əməllərini gözləri ilə görəcək, yaxşı və pisindən xəbərdar olacaq, həm həyatda ikən göndərdiyi əməlləri, həm də öləndən sonra təsir və nəticələri dünyada baqi qalan və savab və günahı ona yetişməkdə olan işlərindən xəbər tutacaqdır.
 

“ĞAFİR” SURƏSİNİN 16 və 17-ci AYƏLƏRİNDƏ QİYAMƏTİN XÜSUSİYYƏTLƏRİ

Ğafir” surəsinin 16 və 17-ci ayələrində Qiyamətin hansı xüsusiyyətləri qeyd olunmuşdur?

Sözü gedən ayələrdən aydın olur ki, o gün bütün pərdələr kənarlaşdırılar. Bir tərəfdən dağlar kimi maddi maneələr götürülər. Quranın buyurduğu kimi yer susuz, bitkisiz, çala-çuxursuz hamar bir şəklə düşər. Digər tərəfdən bütün insanlar qəbirlərdən baş qaldıraraq çölə çıxar. Digər tərəfdən də hamının daxili sirləri üzə çıxar, əməl dəftərləri açılar və içindəkilər aşkar olar. Qiyamətin başqa bir xüsusiyyəti də Allahın mütləq hakimiyyətidir. Quran ayəsində deyilir: “Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur? Tək və qüdrətli Allaha məxsusdur.”

 

“NƏBƏ” SURƏSİNDƏ QİYAMƏT HADİSƏLƏRİ

Qiyamət qopacağı zaman hansı hadisələr baş verəcək?

Quran ayələrindən aydın olur ki, surun çalınması ilə iki böyük hadisə baş verəcək. İlk hadisədə varlıq aləminin nizamı pozulacaq. Yer üzündəkilər, həmçinin göy sakinləri hamılıqla öləcəklər. İkinci hadisədə dünya yenidən bərpa olunacaq. Ölülər yeni bir həyata qədəm qoyacaq və böyük qiyamət günü başlanacaq. Sonra göy açılar və qapılar şəklinə düşər. Bu halda səmaların qapıları, göylərin yolları yer əhlinin üzünə açılacaq, cənnət əhli cənnətə doğru gedəcək və cənnətin qapıları onların üzünə açılacaqdır. Kafirlər isə cəhənnəmə çatanda onun qapıları onların üzünə açılacaq.

İŞRAQ” SAATI“

Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?

Quran ayəsində deyilir ki, qiyamət günü yer öz Rəbbinin nuru ilə işıqlanacaq. Bu məsələyə müxtəlif izahlar verilmişdir. Bəzi təfsir alimlərinə görə “Rəbbin nuru” dedikdə haqq və ədalət nəzərdə tutulur. Bəzi alimlərə görə isə nur dedikdə Günəş və Ayın yaratdığı işıqdan fərqli olaraq Allahın xüsusi nuru nəzərdə tutulur. Əllamə Təbatəbai isə hesab edir ki, yer üzünün Rəbbin nuru ilə işıqlanması dedikdə pərdələrin kənarlaşması və hər bir həqiqətin – insan əməlinin yaxşı və pis, itaət və üsyan, haqq və batil olması baxımından aşkarlığı nəzərdə tutulur.

 

YERİN ALT-ÜST OLMASI

Qiyamət günü Yer kürəsində nə kimi hadisələr gözlənilir?

Qurani-kərim bu dünyanın sonu və axirətin başlanğıcında baş verəcək bir sıra dəhşət doğuran hadisələrdən söz açır:  
“Yer üzü şiddətli bir titrəyişlə titrədiyi zaman”
“Yer öz daxilində olan ağır yüklərini çıxarıb atacağı zaman”
“Zilzaləha” (zəlzələsi) ifadəsini Allahın vəd verdiyi dəhşətli zəlzələni Qiyamət zəlzələsinə aid etmək olar.  
Həmin gün insan bu görünməmiş hadisə qarşılaşanda tam sarsılır və deyir: “Və insan (təəccüb və dəhşətlə): “Buna, nə olub (ki, bu qədər titrəyib daxilində nə varsa çıxarıb atır)?!”- deyəcəyi zaman.”
Ayələrin zahiri mənasından belə başa düşülür ki, burada “insan” sözünün mənası genişdir və həmin günün hadisələrindən qorxmaq və təəccüblənmək təkcə kafirlərə aid ediləcək məsələ deyil.

 

GÖZLƏRİN NURU

“Səcdə” surəsində “Qurrətu əyun” sözündə məqsəd nədir?

Ərəb dilində “qurrətə əəyun” ifadəsi insanın gözlərinin sərinləməsinə səbəb olan bir şeyə deyilir. Yəni gözlərindən sevinc yaşları axıdır. Bu, böyük bir sevincin füsunkar bir bənzətməsidir.
Lakin dilimizdə bu ifadənin bənzəri yoxdur. Quran ayəsində deyilir ki, "Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!"
 “Heç kəs bilməz” və “gözlərə işıq gətirən” ifadələri bu nemət və mükafatların son dərəcə nəhəng olmasından xəbər verir.

 

“KƏŞFUL-ƏSRAR”

Nə üçün Qiyamət gününə “Müşahidə günü” və “Kəşfül-əsrar” deyilir?

“Tariq” surəsinin 9-cu ayəsində deyilir:
“Qiyamət günü gizlin sirlərin aşkar olan gündür. “
Aydın olur ki, qiyamət günü gizlinlərin aşkara çıxacağı gün və zahir olma günüdür. İnsan övladı o gün, eynilə müttəhim kürsüsündə əyləşmiş və cinayəti inkar etdiyi halda dərhal əşyayi dəlil, şahid və sübutlar qarşısına qoyulan müttəhimə bənzəyir. Belə bir halda artıq etirafa lüzum qalmır və o təslim olur. Qiyamət günü isə həqiqətlər bundan da aydın və aşkar formada üzə çıxacaqdır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال الصادق (عليه السلام)

من لم يأت قبر الحسين (عليه السلام) و هو يزعم انه لنا شيعة حتى يموت فليس هو لنا شيعة و ان کان من اهل الجنة فهو من ضيفان اهل الجنة

کسى که به زيارت قبر امام حسين نرود و خيال کند که شيعه ما است و با اين حال و خيال بميرد او شيعه ما نيست واگر هم از اهل بهشت باشد از ميهمانان اهل بهشت خواهد بود.

کامل الزيارات، ص 193