hdislr9 Material

HEYVANLARIN MƏHŞƏR SƏHNƏSİNDƏ HAZIR OLMALARININ DƏLİLLƏRİ

Hansı dəlillərə əsasən heyvanlar da axirətdə toplaşacaq?

Təfsir alimlərinin əksəriyyəti də bu məsələni qəbul etmişlər ki, bütün canlı növlərini axirət, mükafat və ya cəza gözləyir. Şübhəsiz ki, hesab və cəzanın ilkin şərti ağıl və şüur məsələsi, onun ardınca isə vəzifə və məsuliyyətdir. Təfsirçilər də bu qənaətdədir ki, heyvanlar da özlərinə uyğun formada dərk və şüura malikdirlər. Heyvanların çoxunun həyatı maraqlı və heyrətamiz nizam-intizama malikdir, onların ali səviyyədə dərk və şüurlarını nümayiş etdirir. Məsələn, qarışqalar, bal arıları və onların valehedici qanunları haqqında, eləcə də yuva və pətəklərinin heyranedici nəzmi haqqında eşitməyən və onların təqdirəlayiq dərk və şüurlarına “afərin” deməyən bir insan yoxdur. Bu üzdən onların da axirətdə məşhur olması tamamilə mümkün sayılmışdır.  

 

LİQAULLAH

“Liqaullah” nə deməkdir?

“Liqaullah” ifadəsi Qurani-kərimdə “Qiyamət səhnəsində hazır olmaq” mənasında işlənir. “Liqa” sözü “görüş” mənasında işləndiyinə baxmayaraq Allahla görüş dedikdə insanların bir-biri ilə fiziki görüşmələri kimi görüş nəzərdə tutulmur. Çünki Allah nə cisimdir, nə də zahiri gözlə görüləcək rəngi və məkanı var.

ƏRAF

“Əraf” nə deməkdir? Qiyamət günü Ərafda dayanacaq şəxslər kimlərdir?

Hədislərdən aydın olur ki, “Əraf” səadət və bədbəxtlik kimi iki qütbün, yəni cənnət və cəhənnəmin arasında hicab kimi çəkilmiş xüsusi bir məkandır. Yaxud da, Cənnət və Cəhənnəmin arasında fasilə salan yüksəklikdir. Belə ki, orada dayananlar cənnət və cəhənnəmi görür və hər iki dəstəni müşahidə edir. Ayələrdə Əraf üzərində dayanan insanlar haqqında deyilir ki, onlar cənnətə daxil olmaq arzusundadırlar. Onlar cənnət əhlinə salam göndərir və gözləri cəhənnəm əhlinə sataşanda Allaha pənah aparırlar."

 

ZALIMLARLA QARŞIDURMA

Zəif və zülmə məruz qalmış insanlar Qiyamət günü öz günahlarını təkəbbürlü zalım insanların boynuna ata bilərlərmi?

Quran ayəsinə görə zəif və zülmə məruz qalmış insanlar bütün günahlarını zalım insanların boynuna atmağa çalışacaqlar. Lakin müstəkbir insanlar onların bu etirazını qəbul etməzlər. Çünki iradələrinin azad olduğu təqdirdə onların əsassız sözlərinə təslim olmuşlar, küfrə üz gətirmişlər və peyğəmbərlərin məntiqi sözlərini unutmuşlar.

KORLUQ

Quran bəzi insanların Qiyamət günü kor olmasının səbəbini necə izah edir?

Belə insanların qiyamət günü kor olmasını belə izah etmək olar ki, dünyanın bütün həqiqətləri orada mütənasib şəkildə təcəssüm edir. Bu dünyada qəlb gözləri həqiqətləri görməkdə kor olan insanların orada cismani gözləri kor olacaq. Bu üzdən “biz qabaq görürdük, nə üçün bura kor gəlmişik?” deyə soruşanda onlara deyilər: “Bu, sizin ilahi ayələri unutduğunuza görədir."

 

Hədislər və “mükaşifə, müşahidə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı

Hədislər kəşf, müşahidə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?

Mükaşifə və intuisiyanın etibarlılığına dəlalət edən hədislər çoxlu saydadır. Peyğəmbərin (s) İran, Rum (Bizans) və Yəmən saraylarının məhvini öngörməsi hədisi buna bir nümunədir, yaxud Peyğəmbərin (s) Mədinədə Cəfərin Mutə müharibəsində şəhid olacağını buyurması, yenə Peyğəmbərin (s) Cəbrail vasitəsilə Nəcaşinin ölümünü bildirməsi, ya da dünyanın gözəl və aldadıcı qadın surətində həzrət Əlinin (ə) gözünə görünməsi hədisləri bu qəbildəndir.
Həmçinin İmam Səccaddan (ə) nəql olunan hədisdə Həzrətin (ə) mükaşifə vasitəsilə İmam Hüseynin (ə) mübarək məzarının ətrafında evlərin, bazarların inşa edilməsindən xəbər verməsi.

 

Hədislər və “mükaşifə, müşahidə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı

Hədislər kəşf, müşahidə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?

“Ənam” surəsinin 75-ci ayəsində həzrət İbrahimin (ə) səma və yer mələkutunu (səltənətini) müşahidəsindən söz açır, hansı ki yalnız mükaşifə və şühud ilə mümkündür. “Tövbə” surəsinin 105-ci ayəsi bu həqiqəti bəyan edir ki, Peyğəmbər (s) və imamlar insanların yaxşı və pis əməllərini görən dərk və bəsirətə sahibdirlər. “Nəcm” surəsində – bir qrup təfsirçilərin əqidəsinə əsasən – Peyğəmbərin (s) Cəbraili müşahidəsinə işarə edilir, başqa bir dəstənin nəzərinə görə Həzrət Rəsul (s) Allahın müqəddəs zatını müşahidə edir.
“Təkasur”, “Furqan”, “Ənfal”, “Yusif” və “Məryəm” surələrində də mükaşifə və intuisiyaya işarə edilib.

 

HƏDİSLƏRƏ GÖRƏ İMAMIN ƏN ÜSTÜN ŞƏXS OLMASININ VACİBLİYİ

Əhli-sünnət və şiə hədislərində imamın ümmətin hamısından üstün olması barədə nələr var?

Həm əhli-sünnə həm də şiə mənbələrində bu məsələyə toxunan hədislərə rast gəlmək olar. Məsələn, Baqilani Peyğəmbərdən (s) belə nəql edir: “İmamət vəzifəsini insanların ən fəzilətlisi öhdəsinə almalıdır.”

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قالَ الصّادقُ عليه السّلام :

مَنْ ذُکِرْنا عِنْدَهُ فَفاضَتْ عَيْناهُ حَرَّمَ اللّهُ وَجْهَهُ عَلَى النّارِ.

نزد هر کس که از ما (و مظلوميت ما) ياد شود و چشمانش پر از اشک گردد، خداوند چهره اش را بر آتش دوزخ حرام مى کند.

بحارالانوار، ج 44، ص 285