brzx8 Material

PEYĞƏMBƏRLƏRİN ŞAHİDLİYİ

Peyğəmbərlər öz ümmətlərinin əməllərinə barədə necə şəhadət və ifadələr verəcəkdir?

Bəzi Quran ayələrində bu məsələyə işarə olunub. Məsələn, İsa Məsih (əleyhis-salam) Qiyamət günü Pərvərdigarın sualına belə cavab verəcək:
"Pərvərdigara! Mən onlara yalnız Sənin mənə əmr etdiyini – “mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (onların arasından) apardın, sən özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən”".


 

BƏRZƏX ALƏMİNİN VARLIĞINA DƏLLİLƏR

Ruhlarla əlaqənin olması Bərzəx aləminin varlığına dəlildirmi!

Aparılan təhqiqatlar əsasında məlum olmuşdur ki, ruhlar aləmi ilə əlaqə yaratmaq mümkündür. Bu məsələ Bərzəx aləmini və onun həqiqətlərini sübut etmək üçün çox aydın bir dəlildir. Sözügedən əlaqə göstərir ki, dünya aləmindən, bədənin ölməsindən sonra və qiyamət qopmazdan öncə digər bir aləm də var.

BƏRZƏX HƏYATI

Bərzəx həyatı necədir?

Bərzəx həyatını qəbul etməmək mümkün deyil. Çünki hədislərdə ona çox işarə olunmuşdur və əqli dəlillər baxımından da heç bir maneəsi yoxdur. Lakin insanın oradakı ruh və bədəninin necə olacağı barədə yekdil fikir yoxdur. Din alimləri bu barədə müxtəlif fikirlər irəli sürmüşlər. Bu qədər məlumdur ki, insanın ruhu bu dünya həyatı sona çatandan sonra lətif (zərif) bir bədənə daxil olur. O bədən hər cəhətdən bu bədənə bənzədiyinə görə ona “misalı qəlib” və yaxud “misalı bədən” deyilir. Bu bədən nə mücərrəddir, nə də tamamilə maddidir. Onun bir növ bərzəxə xass mücərrədliyi var.

 

QURANDA BƏRZƏX

Bərzəx aləminin varlığını necə sübut etmək olar?

Quranı-kərimdə müxtəlif ayələr var ki, onları bəzisinin zahiri mənası Bərzəx aləmini sübut edir. Bəzisi isə aydın şəkildə Bərzəx aləmindən söz açır. “Muminun” surəsinin 100-cü ayəsində oxuyuruq:
"Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır." Digər ayədə deyilir:
"Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, onlar diridirlər və onlara Rəbbləri yanında ruzi verilir."


 

YER

Yer Qiyamət günü necə danışacaq?

İnsanın əməllərinin ən mühüm şahidlərindən biri də üzərində əməllərimizi yerinə yetirdiyimiz yerdir. O, bizim şahidimiz və nəzarətçimizdir.
Hədislərin birində Həzrət peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql olunur: “Yerin xəbər verməsi o deməkdir ki, hər kişi və qadının yer üzərində etdiyi hər əməldən xəbər verərək deyəcək: “Filan şəxs filan gün filan işi gördü. Yerin xəbər verməyi belədir!”

 

BƏRZƏX ALƏMİ HƏDİSLƏRDƏ

Hədislər Bərzəx aləmini necə sübut edir?

“Kafi” kitabında hədislərin birində İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur ki, ondan möminlərin ruhları haqda soruşdular. İmam (ə) buyurdu: "Onlar cənnətin hücrələrində (otaqlarında) yaşayırlar. Cənnətin yeməklərindən yeyir, içkilərindən içir və deyirlər: Pərvərdigara! Qiyaməti mümkün qədər tez et və bizə verdiyin vədlərə əməl et!"

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال رسول الله(صلى الله عليه وآله):

يَأتي عَلَى النّاسِ زَمانٌ يَحُجُّ أغنِياءُ أمَّتي لِلنُّزهَةِ، وأوْساطُهُمْ لِلتِجارةِ، وقُرّاؤُهُمْ للريّاءِ والسُّمْعَةِ وفُقَرائُهُم لِلمسألةِ.

زمانى بر مردم خواهد آمد که: ثروتمندان امت من براى تفريح و خوشگذرانى، و قشر ميانه براى داد و ستد و قاريان براى ريا و شهرت و فقيران براى درخواست به حج مى روند.

الحجّ والعمرة في الکتابوالسنّة: 244/672