hsrt günü2 Material

ƏŞRATUS - SAƏ

Qiyamətin əlamətlərindən biri sayılan “Əşratus-saə” hansı əlamətlərə deyilir?

“Əşrat əs-saə” Qiyamətin yaxınlaşmasını göstərən əlamətlərə deyilir. Bir çox təfsir alimlərinə görə “Məhəmməd” surəsindəki “Əşrat əs-saə” ifadəsində İslam peyğəmbərinin (s) gəlişi nəzərdə tutulur. Bu ifadə üçün digər təfsirlər də mövcuddur. Hədislərdə də bu haqda müxtəlif izahlar nəql olunur. Məsələn, peyğəmbərdən (s) nəql olunur ki, “Əşrat əs-saə” yəni qiyamətin əlamətləri elmin bitməsi, cəhlin aşkar olması, şərab içilməsi və zinanın çoxluğudur.”

HƏSRƏT GÜNÜ

Nə üçün qiyamət günü “Həsrət günü” adı ilə adlandırılmışdır?

Quranda da Qiyamət günü “Həsrət günü” adı ilə adlandırılmışdır. Çünki müqəssir insanlar həmin gün özlərini əbədi həyat qarşısında ən pis şəraitdə görürlər. Halbuki bir neçə gün səbirli olmaqla, nəfslə mübarizə etməklə, cihad və fədakarlıqla həyatlarını iftixarlı və səadət dolu bir həyata çevirə bilərdilər. Hətta xeyirxah insanlar üçün də təəssüflü gündür. Ona görə təəssüf edirlər ki, nə üçün daha çox xeyir işlər görmədik?!

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام علىٌّ(عليه السلام)

عندَ الإيثارِ على النَّفْسِ تَتَبيّنُ جَواهِرُ الکُرَماءِ

هنگام ايثار است که گوهر بزرگواران آشکار مى شود

ميزان الحکمه، جلد 1، ص 24