Qısa cavab:
Ətraflı cavab:
Əhli-beytdən (əleyhimus-salam) nəql olunmuş hədislərdə qeyb elmi məsələsinə geniş yer verilib. O cümlədən mərhum Əllamə Məclisi "Biharul-ənvar" kitabının 26-cı cildində bu mövzuya həsr etdiyi fəsildə məsum imamların (əleyhimus-salam) qeyb elmini bildiklərini təsdiqləyən onlarla hədis nəql edib. Onların arasında müxtəlif şəkillərədə və ifadələrlə nəql olunmuş bir hədis var. O hədisə əsasən, İmam Sadiq (əleyhis-salam) buyurub:
اَتَرى مَنْ جَعَلَهُ اللهُ حُجَّةً عَلى خَلْقِهِ یَخْفى عَلَیْهِ شَىْءٌ مِنْ اُمُورِهِمْ
"Səncə, Allahın öz xəlqi üçün höccət qərar verdiyi şəxsə onların işlərindən nə isə gizli qala bilərmi?"
Həmin imamdan başqa bir ifadəni də görürük:
اِنَّ اللهَ اَحْکَمُ وَ اَکْرَمُ وَ اَجَلُّ وَ اَعْلَمُ مِنْ اَنْ یَکُونَ اِحْتَجَّ عَلى عِبَادِهِ بِحُجَّة ثُمَّ یُغَیِّبُ عَنْهُ شَیْئاً مِنْ اُمُورِهِمْ
"Allah-taala (öz bəndələri üçün) hüccət qərar verdiyi bir şəxsdən onların işlərindən nəyisə gizlətməz. O, bundan daha həkim, daha kərim, daha uca və daha agahdır." (1)
Nəhcul-bəlağədə də Həzrət Əlinin (əleyhis-salam) qeyb elmindən geniş bilikləri barədə müxtəlif cümlələr diqqəti cəlb edir. Belə ki, o 128-ci xütbədə buyurur:
Bunlar qeyb elmi (zatən müstəqil) deyil. Bunlar elm sahibindən öyrənilən elmdir. (burada islam peyğəmbəri (səlləllahu əleyhi və alih) nəzərdə tutulur, o da öz növbəsində Allah-taaladan öyrənmişdi.)
Bu kimi qeybi xəbərlərə müxtəlif xütbələrdə rast gəlmək olar. O cümlədən:
13-cü xütbədə Bəsrənin gələcək hadisələri haqqında
47-ci xütbədə Kufənin gələcəyi barədə
57-ci xütbədə bəzi Əməvi sultanları haqqında
59-cu xütbədə Nəhrəvan müharibəsi başlamamış xəvaric və öz səhabələrindən ölənlərin sayı haqqında
60-cı xütbədə xəvaricin gələcək taleyi barəsində
116-cı xütbədə Həccac və onun gələcəkdə müdhiş cinayətləri haqqında
128-ci xütbədə Bəsrədə baş verəcək böyük fitnələr (Sahibuz-zinc fitnəsi, türk tayfalarının və monqol-tatarların hücumu) barədə
138-ci xütbədə Şamda gələcəkdə baş verəcək hadisələr haqqında
158-ci xütbədə əməvilərin müdhiş və amansız zülmləri haqqında
369-cu xütbədə axirəz-zamanda (tarixin sonu) baş verəcək hadisələr haqqında.
Maraqlısı burdadır ki, çox hallarda cüzi məsələlərdən söhbət açılır və heç vaxt qeyri-məsum zəkalı insanları proqnozlaşdıra biləcək ümumi sözlərlə kifayətlənməmişdir. Tam aydındır ki, bu xəbərlərin mənbəyi qeyb elmidir.
Nümunə kimi Nəhrəvan xəvarici haqqında söylənilər 59-cu xütbəyə baxaq. Həzrət buyurdu:
مَضَارِعُهُمْ دُونَ النُّطْفَةِ! وَ اللهِ لاَ یُفْلِتُ مِنْهُمْ عَشَرَةٌ وَ لاَ یَهْلِکُ مِنْکُمْ عَشَرَةٌ
"Onların qətlə yetirildiyi yer bura – çayın kənarıdır. Allaha and olsun onların hamısı (xəvaric ordusu) hətta on nəfər belə salamat qurtarmayacaq. Sizdən isə heç on nəfər qətlə yetməyəcək!"
60-cı xütbədə Əmirəl-möninin Əliyə (əleyhis-salam) "Xəvaric tar-mar oldular" xəbəri çatdırılanda o dedi:
کَلّا! وَاللهِ اِنَّهُمْ نُطَفٌ فى اَصْلابِ الرِّجَالِ، وَ قَرَاراتِ النِّسَاءِ، کُلَّمَا نَجَمَ مِنْهُمْ قَرْنٌ قُطِعَ، حَتّى یَکُونُ آخِرُهُمْ لُصُوصاً سلّابِینَ
"Xeyir, Allaha and olsun ki, onlar kişilərin sülbündə və anaların bətnində olan nütfələrdir. Nə vaxt üzə çıxsalar məhv olunarlar. Belə ki, onların son nümayəndələri oğrular və yolkəsənlər olacaq!"
Burada xəvaricin müxtəlif hakimiyyətlər zamanı yatırılması, həmçinin onların sonlarına işarə edilmişdir. İbn Əbil-hədid yazır: "Bütün bunlar olduğu kimi baş verdi. Xəvaricin çağırışı kökündən kəsildi. Onların fəal kişiləri məhv oldu. Sonda onların xələfləri fisq və fəsadı aşkarda edən oğrular oldu." Sonra İbn Əbil-hədid onların tarixindən, xəlifələrin hakimiyyəti zamanı onlardan bəzilərinin qiyamından və qiyamların amansızlıqla yatırılmasında ətraflı söz açır. (2)
Son söz budur ki, qeyb sirlərini – istər keçmiş, istər gələcək, istərsə də hazırda insanlara məlum olmayan bilikləri bilmək məsələsi İslam hədisləri baxımından inkar oluna bilən bir məsələ deyil. (3)

Şərh qeydə alınmayıb