Qısa cavab:
Ətraflı cavab:
Bütün İslam məzhəbləri peyğəmbərin (səlləllahu əleyhi və alih) və öz rəhbərlərinin qeyb elmini bilməsi barəsində müxtəlif nümunələr nəql etmişlər. Bəzi məlumatsız insanlar qeyb elmi məsələsini təkcə şiələrin adına yazırlar. Onlara iddiasına görə şiələr, Allahla aid olan bu sifəti Əhli-beytə (əleyhimus-salam) aid etməklə Allaha şərik qoşmuş sayırlır. Bu isə böyük və yolverilməz bir yanlışlıqdır. Sebebleri isə aşağıdakılardan ibarətdir:
1) Şiə alimlərindən heç biri, islam peyğəmbərini, imamları və başqa birini hər hansı bir sifətdaə "Allaha bənzər" hesab etməyiblər. Onların qeyb elmini bildiklərinə etiqad bəsləmişlərsə də bu "elm sahibindən öyrənməyin" (imamlar peyğəmbərdən, peyğəmbər isə Allahdan) bir nümunəsidir. Başqa sözlə, bizim nəyimiz varsa, Allah tərəfindən olduğu kimi, həyatımızın bütün sahələrində ona bağlı və ehtiyaclı olduğumuz kimi, peyğəmbərin və imamların (əleyhimus-salam) qeyb elmi də Allah tərəfindəndir və onun elmindən asılıdır.
2) Nəbilərin və övliyanın qeyb elmini bilmələri Quranla yanaşı hədislərdə də geniş diqqət çəkir. Əhli-sünnət kitablarında İslam peyğəmbərindən (səlləllahu əleyhi və alih) əlavə bir qrup səhabə və qeyri-səhabənin də qeyb sirlərinə və yaxud onun bir hissəsinə agah olduqlarından söz açılıb. Bu barədə Mərhum Əllamə Əmininin "Əl-Qədir" kitabının 5-ci cildində açdığı dəqiq mövzunun xülasəsini nəql etmək kifayətdir:
1) Hədisdə Huzeyfədən belə nəql olunur ki, o deyərdi:
وَاللهِ اِنّى لاََعْلَمُ النّاسِ بِکُّلِ فِتْنَة هِىَ کَائِنَةٌ فِیمَا بَیْنى وَ بَیْنَ السَّاعَةِ
"And olsun Allaha, mən bu gündən qiyamətədək baş verəcək bütün fitnələri hamıdan yaxşı bilirəm." (1)
2) Səhihi-Müslimdə nəql olunur ki, Əbu Zeyd, yəni Əmr ibn Əxtəb deyirdi:
"Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) sübh namazını qılandan sonra minbərə çıxdı və xütbə oxudu. Xütbəsi zöhr namazına kimi çəkdi. Sonra zöhr namazını qıldı və yenə minbərə çıxdı. Əsr namazı olanda minbərdən düşüb əsr namazını qıldı və yenə minbərə çıxdı və günəş batana qədər xütbə oxudu.
فَاَخْبَرنَا بِمَا کَانَ وَ بِمَا هُوَ کَائِنٌ فَاَعْلَمُنَا اَحْفَظُنَا
O, bizə baş vermiş və baş verəcək hadisələrdən xəbər verdi. Aramızda ən biliklisi odur." (2)
Əllamə, səhabələrdən və digər şəxslərdən müxtəlif hədislər nəql edir. Bu hədislərə də onların da bəzən qeybə aid məsələlərdən xəbər verdikləri yazılır. O, Xətib Bağdadinin tarixindən sitat gətirib Əbulhüseyn Malikini belə söylədiyini nəql edir:
-Mən neçə illər boyu Məhəmməd ibn İsmayılla dostluq edirdim. Ondan çox kəramətlər görmüşdüm. Onlardan biri də bu idi ki, vəfatından səkkiz gün öncə mənə dedi: "Mən cümə axşamı günbatan zaman vəfat edəcəyəm və cümə günü namazdan qabaq torpağa tapşırılacağam..." Bu sözlər cümə gününə kimi mənim yadımdan çıxmışdı. Bir nəfər onun vəfat etdiyini mənə xəbər verdi. Mən onun dəfn mərasimində iştirak etdim. Qəflətən camaatın geri qayıtdığını gördüm. "Nə üçün qayıdırsınız?" deyə soruşdum. Onlar: "Namazdan sonra dəfn olunacaq" deyə cavab verdilər. Mən onların sözünə qulaq asmayıb nə baş verdiyini öyrənmək üçün irəlilədim. Gördüm ki, cənazəni namazdan qabaq dəfn etmək üçün aparırlar.
Əllamə Əmini əlavə edir: Bütün bunlar onların görkəmli şəxsiyyətləri və hafizlərinin kitablarında nəql olunanların kiçik bir hissəsidir. Bu kitablarda nəql olunan çoxlu hədislər, o şəxsiyyətlərdən bəzilərinin qeyb elmini bilməsindən söz açır. (3) (4)

Şərh qeydə alınmayıb