Qısa cavab:
Ətraflı cavab:
Peyğəmbər (səlləllahu əleyhi və alih) və məsum imamların (əleyhimus-salam) icmali (təxmini) formada qeyb elmini bildiklərini sübut etmək üçün iki yol var:
1. Bilirik ki, onların ilahi vəzifələrinin hüdudları hər hansı bir zaman və yaxud məkanla məhdudlaşmır. Əksinə peyğəmbərin (səlləllahu əleyhi və alih) peyğəmbərliyi və imamların (əleyhimus-salam) imamlığı bütün dünyaya aid olub və əbədidir. Öhdəsində belə bir böyük vəzifə qoyulan şəxsin, məhdud zaman və mühitindən başqa heç nədən agah olmaması necə olar bilər!?
Ölkənin böyük bir vilayətində hakim vəzifəsinə təyin olunan bir şəxs həmin məntəqədən məlumatsız olduğu halda öz vəzifəsini gözəl şəkildə icra edə bilərmi?
Başqa sözlə desək, peyğəmbər (səlləllahu əleyhi və alih) və imam (əleyhis-salam) öz həyatı dövründə İlahi hökmlərini elə bəyan və icra etməlidir ki, hər zaman və hər məkanda yaşayan insanların tələblərinə cavab versin. Bu da öz növbəsində ən azından qeyb sirlərinin bir qədərini bilmədən mümkün deyil.
İkincisi, Qurani-kərimin üç ayəsini bir yerə qoysaq, peyğəmbərin (səlləllahu əleyhi və alih) və imamların (əleyhimus-salam) qeyb elmi məsələsi tam aydın olar:
Quranda "Səba" mələkəsinin taxtını bir göz qırpımında Süleymanın yanına gətirən şəxs (Asəf ibn Bərxiya) haqqında buyurulur:
قالَ الَّذِی عِنْدَهُ عِلْمٌ مِنَ الْکِتابِ أَنَا آتِیکَ بِهِ قَبْلَ أَنْ یَرْتَدَّ إِلَیْکَ طَرْفُکَ فَلَمّا رَآهُ مُسْتَقِرّاً عِنْدَهُ قالَ هذا مِنْ فَضْلِ رَبِّی
«Kitabdan elmi olan birisi dedi: "Gözüzü qırpmadan öncə onu sənin yanına gətirərəm". Elə ki, (Süleyman) onu öz yanında hazır olmuş gördü, dedi: "Bu, Rəbbimin fəzlindəndir."» (1)
İkinci ayədə oxuyuruq:
قُلْ کَفى بِاللّهِ شَهِیداً بَیْنِی وَ بَیْنَکُمْ وَ مَنْ عِنْدَهُ عِلْمُ الْکِتابِ:
«De: "Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin şahid olması kifayətdir."» (2)
Digər tərəfdən sünni və şiə kitablarında nəql olunan müxtəlif hədislərdə görürük ki, Əbu Səid Xidri belə nəql edir:
Allahın rəsulundan (səlləllahu əleyhi və alih) "Əl-ləzi indəhu elmun minəl kitab" (الَّذِی عِنْدَهُ عِلْمٌ مِنَ الْکِتابِ) ifadəsinin mənasını soruşdum.
Buyurdu: "O, qardaşım Süleyman ibn Davudun canişinidir".
Mən soruşdum: "Kitab elmini bilən şəxs ( مَنْ عِنْدَهُ عِلْمُ الْکِتابِ) kimdir?"
Dedi: "O, qardaşım Əli ibn Əbu Talibdir."
Əgər Asəf ibn Bərxiya barəsində nazil olan "kitab elmindən bir qədər " ifadəsində cüzi elm və Əli ibn Əbu Talib (əleyhis-salam) haqqında nazil olan "kitab elmi"-nin külli elmə dəlalət etdiyini nəzərə alsaq Asəflə İmam Əlinin (əleyhis-salam) elmi məqamlarında olan fərq aydın olur.
Habelə, "Nəhl" surəsinin 89-cu ayəsində deyilir:
وَ نَزَّلْنا عَلَیْکَ الْکِتابَ تِبْیاناً لِکُلِّ شَیْء
«Və hər bir şeyin bəyanı (dolğun açıqlaması) olan bu kitabı sənə nazil etdik.»
Aydındır ki, belə bir kitabın sirlərindən agah olan bir şəxs qeybin sirlərini də bilməlidir. Bu, Allahın övliyalarından olan bir şəxsin onun fərmanı ilə qeyb sirlərini bilməsinə dair aydın bir sübutdur. (3)

Şərh qeydə alınmayıb