Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttabın həddi-buluğ yaşı barəsindəki rəyi nə idi?
Cavab: Əbu Məlikə nəql edir: Ömər oğurluq etmiş gənc oğlanın hökmü barəsində İraq əhalisinə belə yazdı:
أَنْ أَشْبِرُوهُ فَإِنْ وَجَدْتُمُوهُ سِتَّةَ أَشْبَارٍ فَاقْطَعُوهُ
“Onu qarışla ölçün; əgər boyu altı qarışa çatsa, əlini kəsin!”
Onu qarış-qarış ölçdülər, boyu altı qarışdan bir barmaq əskik gəldi, buna görə də onu (cəza vermədən) buraxdılar. (1)
Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan səhih rəvayətlərə müraciət etməklə aydın olur ki, həddi-buluğun əlamətləri ya möhtəlim olmaqdır (belə ki, o həzrət günah yazılmayan şəxslər barəsində buyurur: “Möhtəlim olduğu vaxta qədər oğlan uşağından cəza götürülür), yaxud övrətinin yuxarı hissəsində qalın tüklərinin çıxmasıdır, yaxud da müəyyən yaş həddinə çatmasıdır.”
Bu, Abdullah ibn Ömərin nəql etdiyi səhih rəvayətdə qeyd olunmuşdur. (2)
Həddi-buluğ üçün dördüncü bir əlamət yoxdur. Amma qarış və bu kimi şeylərlə əndazə tutmaq təkcə ikinci xəlifənin icad etdiyi yeniliklərdəndir (bidətdir). (3)
1.“Kənzul-ummal”, 3-cü cild, səh. 116 (5-ci cild, səh. 5444, hədis: 13887).
2. Bu barədə nəql olunan rəvayətləri mülahizə etmək üçün bax: “Əs-sunənul-kubra”, Beyhəqi, 6-cı cild, səh. 54 – 59.
3. Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 535.
Şərh qeydə alınmayıb