Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xətab şərabı qadağan edən ayələr qarşında necə reaksiya göstərdi?
Cavab: Zəməxşəri “Rəbiul-əbrar” kitabının (1) ləhv-ləib, əyyaşlıq və kef-ləzzət məclislərinin bərqərar edilməsi bölməsində (2), Şəhabuddin Əbşəyhi “Əl-müstətrəf” kitabında (3) demişlər: “Allah-taala şərab barəsində üç ayə nazil etmişdir. Birincisi, Allah-taalanın buyurduğu bu ayədir:
یَسْـئَلُونَکَ عَنِ ا لْخَمْرِ وَا لْمَیْسِرِ قُلْ فِیهِمَآ إِثْمٌ کَبِیرٌ وَمَنَافِعُ لِلنَّاسِ...
“Səndən şərab və qumar barəsində soruşurlar. De: onlarda böyük bir günah və camaat üçün (maddi) mənfəət də vardır.” (4) Bu ayə nazil olmazdan qabaq müsəlmanlardan bəziləri şərab içir, bəzilər isə ondan çəkinirdilər. Nəhayət bir nəfər şərab içib sərxoş halda namaz qılaraq, namaz halında yersiz sözlər danışmağa başladı və bu hadisədən sonra aşağıdakı ayə nazil oldu:
یَآ أَیُّهَا الَّذِینَ آمَنُواْ لاَتَقْرَبُواْ الصَّلاةَ وَأَنتُمْ سُکَارى حَتَّى تَعْلَمُواْ مَا تَقُولُونَ
“Ey iman gətirənlər! Məst halda namaza yaxın düşməyin ki, nə dediyinizi biləsiniz.” (5)
Bu ayə nazil olandan sonra müsəlmanlardan bir dəstəsi şərabı tərk etdi, digər bir dəstəsi də onu içməyə davam etdilər. Günlərin bir günü "Ömər" (rəziəllahu ənh) şərab içərək dəvənin çənə sümüyünü götürdü, onunla Əbdür-Rəhman ibn Ovfun başını sındırdı, sonra Əsvəd ibn Yəfurun “Bədr” müharibəsində öldürülən kafirlərin mədhində dediyi şerləri oxuyub ağlamağa başladı. O şerlər belədir:
1 ـ وَکَائِنٌ بِالْقَلِیبِ قَلِیبِ بَدْرٍ مِنَ الْفِتْیَانِ وَالْعَرَبِ الْکِرَامِ
2 ـ وَکَائِنٌ بِالْقَلِیبِ قَلِیبِ بَدْرٍ مِنَ الشِّیزِى الْمُکَلَّلِ بِالسَّنَامِ (6)
3 ـ أَیُوعِدُنِی ابْنُ کَبْشَةٍ أَنْ سَنُحْیَى وَکَیْفَ حَیَاةُ أَصدَاءٍ وَهَامِ؟
4 ـ أَیُعْجِزُ أَنْ یَرُدَّ الْمَوْتَ عَنِّی وَیَنْشُرَنِی إِذَا بَلِیتْ عِظَامِی؟
5 ـ أَلَا مَنْ مُبَلِّغُ الرَّحْمَنِ عَنِّی بِأَنِّی تَارِکٌ شَهْرَ الصِّیَامِ
6 ـ فَقُلْ لِلَّهِ یَمْنَعُنِی شَرَابِی وَقُلْ لِلَّهِ یَمْنَعُنِی طَعَامِی
1. Quyuların – Bədr quyularının – arasında ərəblərdən olan cavanlar və kərimlər mövcuddur,
2. Quyularda – Bədr quyularının – arasında alicənablıqla zinətlənmiş səxavətli insanlar yatır.
3. Kəbşənin oğlu (məqsəd Peyğəmbərdir) (7) məni öldükdən sonra (bir daha) dirilməklə qorxudur! Görəsən, qurdların və həşəratların yediyi çürük bədənlər necə diriləcəkdir?!
4. Onun belə bir qüdrəti vardırmı ki, ölümü məndən uzaqlaşdırsın və sümüklərim çürüdükdən sonra məni diriltsin?!
5. Elə bir xəbər aparan vardımı ki, mənim tərəfimdən Ramazan ayının orucunu tərk etdiyimi Allaha çatdırsın?!
6. Allaha de ki, (əgər bacarırsa) məni şərabdan çəkindirsin... Allaha de: (əgər bacarırsa), məni yeməkdən məhrum etsin!”
Ömərin şərab içib bu şerləri oxuması xəbəri Peyğəmbərə çatdı. Həzrət qəzəblənərək əbasi yerlə sürünən halda gəlib əlindəki şeyi Ömərin başına vurdu. Ömər dedi: “Allahın və Rəsulunun qəzəbindən Allaha pənah aparıram!” Bundan sonra aşağıdakı ayə nazil oldu:
إِنَّمَا یُرِیدُ الشَّیْطانُ أَن یُوقِعَ بَیْنَکُمُ ا لْعَدَاوَةَ وَا لْبَغْضَآءَ فِى ا لْخَمْرِ وَا لْمَیْسِرِ وَیَصُدَّکُمْ عَن ذِکْرِ اللَّهِ وَعَنِ الصَّلاةِ فَهَلْ أَنتُم مُنتَهُونَ
“Həqiqətən Şeytan istəyir ki, şərab və qumarla sizin aranıza kin-küdurət və ədavət salsın, sizi Allahın zikrindən saxlasın və namazdan yayındırsın. Belə isə əl çəkəcəksinizmi?” (8)
Bu zaman Ömər dedi: “İntəhəyna, intəhəyna! – Yəni, biz bu işdən əl çəkdik, əl çəkdik!” (9)
1-“Rəbiul-əbrar”, 4-cü cild, səh. 51
2 - İran və İraqın kitabxanalarında bu kitabın çoxlu nüsxələri vardır.
3- “Əl-mustətrəf”, 2-ci cild, səh. 291 (2-ci cild, səh. 260).
4-“Bəqərə” surəsi, 219.
5-“Nisa” surəsi, 43.
6. Bu beyt “Əl-mustətrəf” kitabında gəlməmişdir.
7. Müşriklər Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-i Xüzaə qəbiləsindən olan və Qüreyşin bütpərəst olduqlarına görə onlarla müxalifət edən Əbu Kəbşəyə nisbət verirdilər. Qüreyşlilər də məhz bu səbəbdən o həzrəti Əbu Kəbşəyə bənzədirdilər. Deyilənlərə görə İbn Əbi Kəbşə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ana tərəfdən olan babasına mənsubdur. Çünki o həzrətin ana tərəfdən olan babası Vəhb ibn Əbd Mənafın künyəsi Əbu Kəbşə idi. Onların məqsədi də bu idi ki, o həzrətin siması öz ana tərəfdən olan babasına oxşayırmış. Bəziləri də demişlər ki, Əbu Kəbşə Peyğəmbərin dayəsi və süd anası Həlimə Sədiyyənin ərinin və ya onun ərinin qardaşının künyəsi olmuşdur. Bəzən İbn Əbi Kəbşə kəlməsinin yerinə İbn Kəbşə deyirdilər. Bu da ya İbn Əbi Kəbşə kəlməsinin qısaldılmış formasıdır, ya da Kəbşə dedikdə Peyğəmbərin babası və Məkkədə qövmün rəisi, böyük şöhrət və heybət sahibi olan Əbül-müttəlibi nəzərdə tuturdular. Bəzən də deyilir ki, İbn Kəbşə dedikdə Peyğəmbərin ulu babası həzrət İsmail nəzərdə tutulur ki, Allah bir “kəbşəni” (qoçu) ona fidyə qərar vermişdir.
8-“Maidə” surəsi, 91.
9-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 557.
Şərh qeydə alınmayıb