Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttab müvəqqəti izdivac barəsində necə hökm çıxardı?
Cavab: Cabir ibn Abdullahdan belə nəql olunur: “Biz Peyğəmbərin və Əbubəkrin dövründə, eləcə də Ömərin xilafətinin əvvəllərində bir qədər xurma və un ilə bir neçə günlüyə qadını siğə edirdik. Nəhayət, Əmr ibn Hərisin hadisəsindən sonra Ömər onu haram etdi.” (1)
Həmçinin Həkəm nəql edir ki, Əli (əleyhis-salam) buyurdu:
لَوْلاَ أَنَّ عُمَرَ (رضی الله عنه) نَهَى عَنِ الْمُتْعَةِ مَا زَنَى إِلاَّ شَقِیٌّ
“Əgər Ömər müvəqqəti evlənməni haram etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi.” (2)
İbn Cərih, Ətadan nəql edir ki, İbn Abbasdan belə dediyini eşitdim:
رَحِمَ اللهُ عُمَرَ مَا کَانَتِ الْمُتْعَةُ إِلاَّ رَحْمَةً مِنَ اللهِ تَعَالَى رَحِمَ بِهَا اُمَّةَ مُحَمَّدٍ ، وَلَوْلَا نَهَاهُ لَمَا احْتَاجَ إِلَى الزِّنَا إِلاَّ شَقِیٌّ
“Allah Ömərə rəhmət etsin! Müvəqqəti evlənmək Allah tərəfindən Məhəmməd ümməti üçün rəhmətdən başqa bir şey deyildi. Əgər Ömər onu qadağan etməsəydi, az saylı bədbəxt adamlardan başqa heç kəs zina etməzdi.” (3)
Həmçinin Ömər deyərdi:
وَاللهِ لاَ اُؤْتَی بِرَجُلٍ أَبَاحَ الْمُتْعَةَ إِلاَّ رَجَمْتُهُ
“Allaha and olsun! Mütəni – müvəqqəti izdivacı halal hesab edən bir şəxsi görsəm, mütləq onu daşqalaq edəcəyəm!” (4)
Nafe, Abdullah ibn Ömərdən “Mütənin hökmü nədir?” − deyə soruşdu, o, cavab verdi: “Haramdır! Bilin ki, Ömər ibn Xəttab bir şəxsi bu iş üstündə tutsaydı, daşqalaq edərdi!” (5) (6)
1-“Səhihi Müslüm”, 1-ci cild, səh. 395 (3-cü cild, səh. 194), hədis: 16, “Nikah” kitabı; “Camiuil-usul”, İbn Əsir, 12-ci cild, səh. 135, hədis: 8953; “Kənzul-ummal”, 8-ci cild, səh. 294 (16-cı cild, səh. 523), hədis: 45732
2-“Təfsiri Təbəri”, 5-cİ cild, səh. 9; “Camiul-bəyan”, 5-cİ cild, səh. 13; “Əl-kəbir” təfsiri, 3-cü cild, səh. 200 (10-cu cild, səh. 50); “Əd-durrul-mənsur”, 2: 140 (2-ci cild, səh. 486)
3-“Əhkamul-Quran”, Cəssas, 2-ci cild, səh. 179 (2-ci cild, səh. 147); “Əd-durrul-mənsur”, 2-ci cild, səh. 140 (2-ci cild, səh. 487)
4 – Bu rəvayət i Sibt ibn Covzi “Miratuz-zəman” nəql etmişdir.
5-“Əs-sunənul-kubra”, Beyhəqi, 7-ci cild, səh. 206.
6-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 548.
Şərh qeydə alınmayıb