Qısa cavab:
Ətraflı cavab:
Sual:İbn Həzmin və İbn Teymiyyənin Ömərin elmi barəsindəki sözləri nədir və onların sözü qəbul olunurmu?
Cavab: Bu suala cavab verməzdən əvvəl gərək bu şəxslərin hər birinin yanaşmasını qeyd edək. İbn Həzm Andolosi öz kitabında (1) yazır:
عَلِمَ کلُّ ذی حسّ علماً ضروریاً ، أنّ الّذی کان عند عمر من العلم أضعاف ما کانعند علیّ من العلم . .
“Hiss sahibi olan hər bir şəxs zəruri elm ilə bilir ki, Ömərin elmi Əlinin elmindən bir neçə qat artıq olmuşdur!”
İbn Teymiyyə “Minhacus-sünnə” kitabında (2) yazır: “Əbubəkr, Ömər və s. böyük səhabələr Əlidən heç bir şey öyrənməmişlər...!”
Belə puç iddialara cavab vermək üçün hətta Peyğəmbər (səlləllahu əleyhi və alih)-in imam Əli (əleyhissalam)-ın elm və fəzilətinin (hamıdan) üstünlüyü ilə əlaqədar buyurduğu rəvayətləri nəzərə almadan belə, Ömər ibn Xəttabın çətin elmi məsələlərdə və s. də Əli (əleyhissalam)-a müraciət etməsindən sonra dediyi sözləri qeyd etmək kifayətdir:
لَوْلَا عَلِىٌّ لَهَلَکَ عُمَرُ “Əgər Əli olmasaydı, Ömər məhv olardı!” (3)
لَوْلَا عَلِیٌّ لَضَلَّ عُمَرُ “Əli olmasaydı, Ömər zəlalətə düşərdi!”
أَللَّهُمَّ لَا تُبْقِنیِ لِمُعْضَلَةٍ لَیْسَ لَهَا ابْنُ أَبِی طَالِبٍ “Pərvərdigara! Əli ibn Əbu Talibin olmadığı yerdə mənim üçün bir çətinlik yaratma!” (4)
أَللَّهُمَّ لاَ تُنْزِلْ بِی شَدِیدَةٍ إلِاَّ وَأَبُو حَسَنٍ إِلَى جَنْبِی “Pərvərdigara! Əlinin mənim yanımda olmadığı halda bir müşkül (çətinlik) qarşıya çıxmasına icazə vermə!” (5)
کَادَ یُهْلَکُ ابْنُ الْخَطّاَبِ لَوْلَا عَلِیُّ بْنُ أَبِی طاَلِبٍ “Əgər Əli ibn Əbu Talib olmasa idi, Ömər həlak olardı!” (6)
أَعُوذُ بِاللهِ مِنْ مُعْضَلَةٍ لاَ عَلِیٌّ بِهَا “Allaha pənah aparıram ki, Əlinin olmadığı yerdə mənim üçün bir çətinlik yaratsın!” (7)
عَجَزَتِ النِّسَاءُ أَنْ تَلِدْنَ مِثْلَ عَلِیِّ بْنِ أَبِی طاَلِبٍ ، لَوْلَا عَلِىٌّ لَهَلَکَ عُمَرُ “Qadınlar Əli ibn Əbu Talib kimi bir insan dünyaya gətirməkdə acizdirlər. Əgər Əli olmasaydı, Ömər məhv olardı!” (8)
یَا أَبَا الْحَسَنِ ، أَنْتَ لِکُلِِّ مُعْضَلَةٍ وَشِدَّةٍ تُدْعَى “Ey Əli! Sən hər bir çətinliyin həll olunması üçün çağırılırsan!” (9)
هَلْ طفِحَتْ حُرَّةٌ بِمِثْلِهِ وَأَبْرَعَتْهُ “Görəsən, azad bir qadın onun kimi bir şəxsi dünyaya gətirib, ona tərbiyə veribmi?!” (10)
هَیْهَاتَ هُنَاکَ شَجْنَةٌ مِنْ بَنِی هَاشِمٍ ، وَشَجْنَةٌ مِنَ الرَّسُولِ ، وَأثْرَةٌ مِنْ عِلْمٍ یُؤتَى لَهَا وَلاَ یَأْتِی ، فِی بَیْتِهِ یُؤْتَى الْحِکَم “Heyhat! Burada Bəni-Haşimdən bir şaxə, Peyğəmbərdən bir şaxə, eləcə də hamının ehtiyac duyduğu və onun heç bir kəsə ehtiyac duymadığı bir elmdən əsər vardır və hikmət o evdən (Əlinin evindən) əldə olunur.” (11)
یَابْنَ أَبِی طاَلِبٍ! فَمَا زِلْتَ کاَشِفَ کُلِّ شُبْهَةٍ ، وَمُوضِحَ کُلِِّ حُکْمٍ “Ey Əbu Talibin övladi! Sən həmişə hər şübhəni aradan qaldırır və hər bir hökmü aydın bəyan edirsən!” (12)
لَوْلَاکَ لَافْتَضَحْنَا “Əgər sən olmasaydın, biz rüsvay olardıq!” (13)
لَا اَبْقَانِىَ اللَّهُ بَعْدَکَ یَا عَلِىُّ “Ya Əli! Səndən sonra Allah məni sağ qoymasın!” (14) (15)
Həmçinin, tarix şəhadət verir ki, xəlifə çox vaxtlar qəzavət, mühakimə və fətfa verməklə əlaqədar bir çox məsələlərdə aciz qaldığı üçün çoxlu etiraflar etmişdir. O cümlədən:
کُلُّ أَحَدٍ أَعْلَمُ مِنْ عُمَرَ “Hamı Ömərdən biliklidir!” (16)
کُلُّ النّاَسِ أَفْقَهُ مِنْکَ یَا عُمَرُ “Ey Ömər! Fiqh elmində hamı səndən biliklidir!” (17)
کُلُّ النَّاسِ أَفْقَهُ مِنْ عُمَرَ حَتَّى رَبّاَتِ الْحجَالِ “Bütün insanlar, hətta hiclədə (pərdə arxasında) oturan qadınlar da Ömərdən çox bilirlər!” (18)
کُلُّ النَّاسِ أَفْقَهُ مِنْ عُمَرَ حَتَّى الْمُخَدَّرَاتِ فِى الْبُیُوتِ “Bütün insanlar, hətta pərdə arxasında oturan qadınlar da Ömərdən fəqihdirlər!” (19)
کُلُّ النَّاسِ أَعْلَمُ مِنْکَ یَا عُمَرُ! “Ey Ömər! Bütün insanlar səndən biliklidir!” (20)
کُلُّ وَاحِدٍ أَفْقَهُ مِنْکَ حَتَّى الْعَجَائِزِ یَا عُمَرُ! “Ey Ömər! Hətta qoca qarılar belə, səndən biliklidir!” (21)
کُلُّ أَحَدٍ أَفْقَهُ مِنِّی “Bütün insanlar məndən (fiqhdə) biliklidirlər!” (22)
Qeyd olunan məsələlərə diqqət yetirməklə İbn Həzm və İbn Teymiyyənin sözlərinin dəyəri aydın olur. (23)
1-“Əl-fisəlu fil-miləli vən-nihəl”, 4-cü cild, səh. 138.
2-“Minhacus-sunnə”, 3-cü cild, səh. 128.
3-“Ər-riyazun-nuzrət”, 2-ci cild, səh. 194 (3-cü cild, səh. 143); “Mənaqib”, Xarəzmi, səh. 48 (81), hədis: 65.
4-“Təmhid”, Baqqilani, səh. 199
5-“Təzkirə” Sibt, səh. 87; “Mənaqib”, Xarəzmi, səh. 58; “Məqtəl”, Xarəzmi, 1-ci cild, səh. 45.
6- İbn Buxtəri onu ixrac etmişdir, necə ki: “Ər-riyaz”dadır, 2-ci cild, səh. 194.
7-“Kifayətut-talib”, səh. 96 (218); “Əl-fusulul-muhimmə”, səh. 18.
8-Şəblənci, “Nurul-əbsar”, səh. 79.
9-“Mənaqib”, Xarəzmi, səh. 48 (81), hədis: 65.
10-“Əl-ərais”, Əbu İshaq Sələbi, səh. 232-239.
11-“Kənzul-ummal”, 3-cü cild, səh. 179 (5-ci cild, səh. 830), hədis: 4508.
12-“Kənzul-ummal”, 3-cü cild, səh. 179 (5-ci cild, səh. 830), hədis: 4508
13-“Kənzul-ummal”, 3-cü cild, səh. 179.
14-“Səhihi Buxari”, 3-cü cild, səh. 81 “Həcc” kitabında; “Sunəni Əbu Davud”, 1-ci cild, səh. 317; “Sunənu İbn Macə”, 2-ci cild, səh. 269; “Sunəni Beyhəqi”, 5-ci cild, səh. 159.
15-“Ər-riyazun-nuzrət”, 2-ci cild, səh. 179; “Mənaqib”, Xarəzmi, səh. 60; “Təzkirə”, Sibt, səh. 88.
16-“Əl-kəşşaf” təfsiri, 1-ci cild, səh. 357, “Səhihi Buxari”nin şərhi, Qəstəlanih, 8-ci cild, səh. 57.
17-“Əqdul-fərid”, cild, 3 səh. 416; “Təfsir”, Qurtəbi, 5-ci cild, səh. 99; “Əl-futuhatul-islamiyyə”, 2-ci cild, səh. 477.
18-“Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh. 61 və 3-cü cild, səh. 96 (1-ci cild, səh. 82), xütbə 12; 3-cü cild, səh. 477.
19-“Ərbəin”, Razi, səh. 467.
20-“Təfsir”, Qurtəbi, 14-cü cild, səh. 227; “Əl-kəşşaf” təfsiri, 2-ci cild, səh. 445.
21-“Ər-riyazun-nuzrət”, 2-ci cild, səh. 57; “Əl-futuhatul-islamiyyə”, 2-ci cild, səh. 408.
22-“Ər-riyazun-nuzrət”, Təbəri, 2-ci cild, səh. 196; “Zəxairul-uqba”, səh. 81; “Əl-kifayə”, Hafiz Gənci, səh. 105.
23-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 577.
Şərh qeydə alınmayıb