Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttabın ərəb sözlərinin mənası barəsində agahlığı hansı həddə idi?
Cavab: Əhli-sünnət mənbələrində Ömər ibn Xəttabın müxtəlif ərəb kəlmələrinin mənası ilə bağlı məlumatından müəyyən mətləblər qeyd olunmuşdur ki, onların bəzilərini qeyd edirik:
1. Nəql olunur ki, Ömər minbərdə olarkən dedi: – Sizin “أَوْیَأْخُذَهُمْ عَلَى تَخَوُّف” ayəsindən (Yaxud tədrici təhlükəli xəbərdarlıqlarla onları yaxalayar.) (1) nə anlayırsınız?
Hamı sükut etdi. Hüzeyl qəbiləsindən olan qoca bir kişi ayağa qalxıb dedi: – “Təxəvvuf” kəlməsi bizim sözdür və “tənəqqüs” – azlıq və naqislik mənasınadır.
Ömər dedi: – Bu məsələ ərəb şerlərində gəlibdirmi?
Dedi: – Bəli! Bizim şairimiz Əbu Kəbir Hüzəli yol getdiyinə görə iki hürgüc arıqlamış bir dəvəni belə vəsf etmişdir:
تَخَوَّفَ الرَّحْلُ مِنْهَا تَاَمُّکاً قرْداً
کَمَا تَخَوَّفَ عَوْدَ الْنَبْعَةِ السّفَنُ(2)
”Seyr və səfər o dəvənin uca və ətlə dolu hürgüclərini azaltmışdır, necə ki, rəndə ağacın çubuqlarından azaldır (kaman düzəltmək üçün onu yonur).
Bu zaman Ömər dedi: – Camaat! Ehtiyatlı olun ki, divanlarınız əldən getməsin!
Dedilər: – Bizim divanlarımız nədir?
Dedi: – Cahiliyyət şerləri. Çünki Allahın kitabının təfsiri və kəlamınızın mənası onların arasındadır!
1. Abdullah ibn Ömər deyir ki, (atam) Ömər ibn Xəttab “və ma cəələ əleykum fiddini min hərəc” ayəsini (4) oxuyandan sonra dedi:
–Müdləc tayfasından bir nəfəri mənim yanıma gətirin.
Onu gətirdikləri zaman Ömər dedi:
– Sizin nəzərinizdə “hərəc” hansı mənayadır?
Dedi:
– Sıxıntı və məşəqqət. (5)
2. Hakim Nişapuri, Səid ibn Müseyyibdən nəql edir ki, Ömər ibn Xəttab الَّذِینَ ءَامَنُواْ وَلَمْ یَلْبِسُواْ إِیمَانَهُم بِظُلْم“o kəslər ki, iman gətirər və imanlarını zülm ilə qarışdırmazlar” (6) ayəsini tilavət etdi, sonra Übeyy ibn Kəbin yanına gedib soruşdu:
– Bizim hansı birimiz zülm etməmişik?!
Übeyy dedi:
– Ey möminlərin əmiri! Ayədə şirk nəzərdə tutulur. Loğmanın öz övladına xitab edərək belə dediyini eşitməmişsənmi:
یَا بُنَىَّ لاَ تُشْرِکْ بِاللَّهِ إِنَّ الشِّرْکَ لَظُلْمٌ عَظِیمٌ
“Oğlum! Heç vaxt Allaha şərik qərar vermə! Çünki şirk böyük bir zülmdür!” (7)
Bəlkə də xəlifənin “Kitab və sünnətin elminin ondan məxfi qalması” və ya “qəzavət və mühakimədə bacarıqsız olmaq” kimi bəhanəsi qəbul oluna bilərdi! Çünki onun heyvanları kirayə verməklə əlaqədar dəllallıqla məşğul olması (8), bazarda alver etməsi (9) və “sələm” ağacının yarpaqlarını və saplaqlarını alıb-satması (bu ağac yarpağı ilə dərini dabbağ edirlər) (10) elm qazanmasına mane olmuşdur. Lakin onun gecə-gündüz danışdığı ərəb dilini tanımadığı üçün gətirdiyi üzr və bəhanə heç bir vəchlə qəbul oluna bilməz! (11)
1-“Nəhl” surəsi, 47.
2- «تمک السنام»– Dəvənin hürgücü uca oldu. «القرد»– Ət çoxaldı və üst-üstə yığıldı. «النبعة»– Kaman düzəltmək üçün istifadə olunan ağac. «السَفَن»Yonmaq üçün hazırlanan dəmir.
3-“Kəşşaf” təfsiri, 2-ci cild, səh. 165 (2-ci cild, səh. 608-609); “Əl-camiu ləhkamil-Quran”, 10-cu cild, səh. 110 (10-cü cild, səh. 73); Beyzavinin təfsiri, 1-ci cild, səh. 667 (1-ci cild, səh. 545).
4- “Həcc” surəsi, 78.
5-“Kənzul-ummal”, 1-ci cild, səh. 257 (2-ci cild, səh. 470), hədis: 4523.
6-“Ənam” surəsi, 82.
7-“Əl-Mustədrəku ələs-Səhiheyn”, Hakim Nişapuri, 3-cü cild, səh. 305 (3-cü cild, səh. 345), hədis: 5330; və “Loğman” surəsinin 13-cü ayəsi.
8-Bax: “Ən-nihayə”, 1-ci cild, səh. 78 (1-ci cild, səh. 119); “Qamusul-luğət”, (“Əl-qamusul-muhit”), səh. 754;“Tacul-Ərus”, 4-cü cild, səh. 721; və deyir: «الامتهان بالبرطشةcamaata dəvə və ulaq kirayə verən və dəllallıq haqqı alan adam.
9-Bax: “Səhihi Müslüm”, 2-ci cild, səh.234 (4-cü cild, səh. 361) hədis 36; “Kənzul-ummal”, 1-ci cild, səh. 278-279 (2-ci cild, səh. 567-569), hədis: 4741, 4744 və 4746.
10-“Əl-Mustədrəku ələs-Səhiheyn”, Hakim Nişapuri, 3-cü cild, səh. 305 (3-cü cild, səh. 345), hədis: 5329; “Əd-durrul-mənsur”, 3-cü cild, səh. 269; “Əl-kəşşaf”, 2-ci cild, səh. 46.
Şərh qeydə alınmayıb