Qısa cavab:
Ətraflı cavab:
Əməvilərin, xüsusilə Yəzidin hakimiyyəti zamanı fəsad və münkər əməllər hər yeri bürümüşdü. Hətta Peyğəmbərin (səlləllahu əleyhi və alih) hökumət mərkəzi olan müqəddəs Mədinə şəhəri haram və münkər əməllər içində idi. (1). İş o yerə çatmışdı ki, Mədinə əhalisindən bir qrup xanəndə qadınları qarşılamağa gedər və bu işlərindən heç də utanmazdılar. İslam hökumətinin mərkəzini bu qədər fəsad bürüdüyü bir zamanda uzaq bölgələrin vəziyyətinin necə olduğunu təsəvvür çətin deyil. Sözsüz ki, bu, təbii bir proses idi. Çünki, hökumət rəhbərliyi, özlərinin xəlifə və Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişini elan şəxslər müxtəlif günahlar içində olduğu təqdirdə adi camaatdan nə gözləmək olar? Ərəb şairinin dili ilə desək:
اِذَا کَانَ رَبُّ الْبَیْتِ بِالدَّفِّ مُولِعاً فَشِیمَةُ اَهْلِ الْبَیْتِ کُلُّهُمُ الرَّقْص
Ailə başçısı xanəndələrə məhəbbət bəsləyəndə
Bütün ev əhli rəqs və oynamaqla məşğul olar.
Bəli, münkər işlər şərqdən qərbədək İslam dünyasını bürümüş, məruf əməllər isə unudulmuşdu. Salehlər, abidlər, mühacir və ənsar hökumət səhnəsindən uzaqlaşdırılmış, zülmkar insanlar, günah içində olanlar, Peyğəmbər (səlləllahu əleyhi və alih) zamanında sürgündə ömür keçirənlər və qovulmuşlar hakimiyyəti ələ keçirmişdilər. (3)
İmam Hüseyn (əleyhis-salam) belə bir şəraitdə bütün vücudu ilə (qəlbi, dili və əməli ilə) yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək vəzifəsinə əməl etdi. Aşura günündə Quranı başı üzərinə qoyub iki qoşun arasında dayandı, onları dəfələrlə Qurana əməl etməyə çağırdı.
Qəlb və dil mərhələsinin heç bir nəticə vermədiyini görəndə sonrakı mərhələyə üz gətirdi. Üçüncü mərhələdə ya düşmən məhv olacaq və bu yolla pis əməllərin qarşısı alınacaq, əks təqdirdə fədakarlıq göstərib bu vəzifəni sona çatdırmaq lazım gələcəkdi. Bəli, İmam Hüseyn (əleyhis-salam) öz qanını təqdim etməklə bu böyük vəzifəni yerinə yetirdi, yeni qol-budaq açmış islam ağacını suvardı və onu məhv olmaqdan qurtardı. Əba Əbillah Hüseynin (əleyhis-salam), onun övladlarının və yavərlərinin qanları həm islam tarlasını suvardı, həm də onu ziyanvericilərdən təmizlədi. Əgər İmam Hüseynin (əleyhis-salam) qiyam etməsəydi, əməvilər və cahiliyyət dövrünün qalıqları rüsvay olmasaydı İslamın taleyinin necə olacağı məlum deyildi. İslamın nişanələri qalsaydı belə xarab olmuş tarla kimi böyük məhsul verməyəcəkdi. Ona görə də yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək İmam Hüseyn (əleyhis-salam) qiyamının hədəflərindən biri idi. Həzrət bu hədəfə çatmaq üçün öz qanını hədiyyə etməyə razı oldu. Bu axan qanın təsiri tədricən özünü göstərməyə başladı, o cahiliyyət hərəkatı dayandırıldı. (4)

Şərh qeydə alınmayıb