Qısa cavab:
Ətraflı cavab:
Haqqa dəvət edib fəsada qarşı mübarizə aparmaq kimi vacib bir vəzifəni həyata keçirmək üçün can yandıran zaman, yaxşı niyyətli və pak məqsədli olmağı unutmaq olmaz. Zəruri hallar istisna olmaqla yalnız dinc yollardan istifadə olunmalıdır. Bu vəzifənin yerinə yetirməklə zorakılıq, bir yerə sığmır. Amma təəssüflər olsun ki, bəzi şəxslər bu vəzifəni yerinə yetirərkən heç bir zərurət olmadan zorakılığa əl atır. Bəzən çirkin sözlərdən istifadə edirlər. Ona görə də görürük ki, belə “əmr bil-məruf və nəhy ənil-münkər”, müsbət təsirə malik olmur, bəzən əks nəticə də verir. Halbuki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) və imamlarımızın (əleyhimus-salam) metodları göstərir ki, onlar bu iki vəzifəni son dərəcə lütfkarlıq və məhəbbətlə yerinə yetirirdilər. Məhz ona görə də ən sərt insanlar onların qarşısında təslim olurdu. "Əl-mənar" kitabı, "Bəqərə" surəsinin 104-cü ayəsinin təfsirində belə yazılır:
Bir gənc Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib ərz etdi:
- Ey Allahın rəsulu, mənə zina etmək üçün icazə verirsənmi?
Bu sözü deməklə orda olanların səs-küyü göyə ucaldı. Hər tərəfdən ona etiraz etdilər. Lakin Peyğəmbər tam sakit və mülayim tərzdə buyurdu:
-“Yanıma gəl!” .
Gənc yaxına gəldi və Peyğəmbərlə üzbəüz dayandı. Həzrət məhəbbətlə ondan soruşdu:
–“Ananla belə edilməsini istərdinmi?!” . Gənc dedi:
- Xeyir.
Həzrət buyurdu:
“ Eləcə də insanlar istəmirlər ki, onların anası ilə belə rəftar olsun. İstərdin ki, sənin qızınla belə etsinlər?” Gənc dedi:
-Xeyir, qurbanın olum.
Peyğəmbər (s) buyrudu:
“İnsanlar da qızları ilə rəftar olunmasına razı deyillər. De görüm sən bacın üçün istəyərsən?”
Gənc yenidən inkar etdi. (öz sualından tamamilə peşman oldu.)
Peyğəmbər əlini onun sinəsinə qoyub onun üçün dua etdi: "İlahi, onun qəlbini pak et, onun günahını bağışla, ətəyini iffətsizlikdən saxla."
O gündən bəri həmin gəncin nəzərində ən mənfur əməl zina idi...
Bu, məhəbbət və mülayimliklə pis işdən çəkindirməyin nəticəsi idi. (1)

Şərh qeydə alınmayıb