Qısa cavab:
Ətraflı cavab:
Peyğəmbərlərin bariz sifətlərindən biri də dost-düşmənə yaxşılıq və xeyirxahlıq etməkdir. Həqiqətdə onlar Allahın rəhman və rəhim sifətlərinin nümunələridir. Onlar hamıya və hər cəmiyyətə qarşı xeyirxah olmuşlar.
Ona görə də Qurani-kərim böyük peyğəmbərlərin çoxunun bu sifətə sahib olduqlarından söz açıb. O cümlədən "Ənam" surəsinin 84-cü ayəsində İshaq və Yaquba (əleyhiməs-salam) - ömrünün sonlarında Allahın İbrahimə (əleyhis-salam) bəxş etdiyi iki alicənab övlada, habelə Nuha, Davuda, Süleymana, Əyyuba, Yusifə, Musaya, Haruna (əleyhimus-salam) (on nəfəri xatırladır ki, onlardan üçü, ulul-əzm peyğəmbərdir) işarə etdiksən sonra buyurur:
وَ کَذلِکَ نَجْزِى الْمُحْسِنِینَ
«Biz yaxşılıq edənləri belə mükafatlandırarıq.»
Yəni, onların bariz sifətlərindən biri də yaxşılıq və xeyirxahlıq idi.
Həmin məsələ müxtəlif formalarda bir çox başqa ayədə də qeyd olunub. Məsələn, "Saffat" surəsinin 79 və 80-cı ayələrində buyurur:
سَلاَمٌ عَلَى نُوح فِى الْعَالَمِینَ ـ اِنَّا کَذلِکَ نَجْزِى الْمُحْسِنِینَ
Həmin surəsin 109 və 110-cu ayələrində buyurur:
سَلاَمٌ عَلَى اِبْرَاهِیمَ ـ کَذَلِکَ نَجْزِى الْمُحْسِنِینَ
Eyni surənin 120 və 121-ci əlavə edir:
سَلاَمٌ عَلَى مُوسَى وَ هَارُونَ ـ اِنَّا کَذلِکَ نَجْزِى الْمُحْسِنِینَ
Eləcə də sözü gedən surənin 130 və 131-ci ayələrində buyurur:
سَلاَمٌ عَلَى إِلْ یَاسِینَ ـ اِنَّا کَذلِکَ نَجْزِى الْمُحْسِنِینَ
Bu çoxsaylı təkrar və təkidlər yuxarıda yazılanlar üçün bariz nümunədir. Müxtəlif ayələrdə tez-tez adı çəkilən “yaxşılıq” və “xeyirxahlığ”ın nə demək olduğunu təfsir alimləri müxtəlif ifadələrlə bəyan ediblər. Onlardan bəzisi, məsələn, məhrum Təbərisi "Məcməul-bəyan" kitabında bu ayələrə çatarkən "ehsan" (yaxşılıq) sözünü Allaha itaət etmək kimi mənalandırmış və vurğulayıb ki, əgər bu sifəti, yəni bəndəlik və itaət məqamını başqaları da qazanmış olsalar, eyni nemətlər onlara da şamil olacaq. Lakin "Ruhul-bəyan" təfsiri kimi digər təfsirlər, "Saffat" surəsinin 80-cı ayəsini, düşmənlərin əziyyətləri qarşısında səbir və dözüm demək olduğunu qeyd etmişlər. Bu ehtimal da müstəsna deyil ki, peyğəmbərlərin hər biri yaxşılıq və ehsanın bir şaxəsində nümunə olmuşlar. Çünki səbir, dözüm, bəndəlik, güzəşt kimi xeyirxah əməllərin və itaətlərin hamısı "ehsan" adı altına cəmləşir. (1)

Şərh qeydə alınmayıb