Qısa cavab:
Ətraflı cavab:
İmam Əli (əleyhis-salam) "Nəhcul-bəlağə"nin 23-cü xütbəsində yaxşı adı əbədi mənəvi sərvət kimi qələmə vermiş, onun, irs kimi insana çatan əmlakdan üstünlüyündən söz açıb.
Qurani-kərim də bu məsələyə böyük əhəmiyyət vermişdir. Duaları hamı üçün dərs olan İbrahim Xəlil peyğəmbər Allah dərgahına belə dua edir:
وَ اجْعَلْ لى لِسانَ صِدْق فِی الآخِرینَ
«Mənə gələcək nəsillər arasında (gözəl bir ad, xatirə,) doğru danışan bir dil ver.» (1)
Allah-taala başqa bir ayədə bəzi İlahi peyğəmbərlərdən söz açdıqdan sonra buyurur:
وَجَعَلْنا لَهُمْ لِسانَ صِدق عَلیّاً
«Biz onların hamısı üçün (bütün ümmətlər arasında) yüksək məqam, uca və yaxşı ad qoyduq.» (2)
"Lisan" belə hallarda insanın yad edilməsinə deyilir. Bu sözə "sidq" kəlməsini əlavə edəndə insanlar arasında "yaxşı ad", "xoş xatirə" və "xeyirlə anılma" mənasına işlənir.
Şübhəsiz ki, bu, sadə, ad-san məsələsi deyil, onun çox sayda fərdi və ictimai təsirləri var. Məsələn, insanların yaddaşlarında qalan yaxşılıqlarla hər zaman fəxr etmək olar. Maddi əmlak və sərvət isə elə ilk nəsildə bölünür, bir sözlə aradan gedir.
Digər müsbət təsirlərdən biri də odur ki, peyğəmbərlər və ilahi övliyaları xeyirlə anıldığı halda, onlara isə salam və salavat göndərilir. Adi adamlarda isə Allah bəndələrinin bağışlanması üçün dualar edilməsinə səbəb olur. Söz yox ki, bunların hamısının dərin və mənəvi təsiri var.
Üçüncüsü; belə məsələlər insanlara müsbət təsir bağışlayır, onlar xeyirxah insanlara oxşamağa can atır, müsbət dəyərləri ictimaiyyətdə yaşatmağa və əks-dəyərləri aradan qaldırmağa çalışırlar. Məşhur bir hədis deyilir:
مَن سَنَّ سُنَّةً حَسَنَةً کان لَهُ مِثلُ أَجرِ مَنْ عَمِلَ بِها
Hər kəs özündən sonra yaxşı adət-ənənə qoysa, ona əməl edən şəxslərin savablarının misli onun üçün də yazılır. (3)
Dördüncüsü; nəsildən-nəslə övladlarının şərəf və heysiyyətinin ucalmasına səbəb olur. Çox adi insanlar görmüşük ki, hər yerdə xeyirlə yad edilən insanlarla ünsiyyətdə olduqlarına görə şərəf qazanmışlar.
Bütün bunlar "Lisani Sidq"in və yaxşılıqla yad edilmənin mənəvi, fərdi və ictimai nəticələrindən bir hissəsidir. Yəqin ki, insan onun mənəvi təsirlərini əldə etmək üçün, qürbət niyyəti ilə işlər görər və beləliklə də o, yaxşı adla xatırlar. (4)

Şərh qeydə alınmayıb