Qısa cavab:
Ətraflı cavab:
Müqəddəs kitabın əksinə olaraq Quran və islami hədislər İsanın (ə) çarmıxa çəkilməsini təsdiqləmir. İslam qaynaqlarına görə, Allah-taala qətl hadisəsinin baş vermədiyini və öz peyğəmbərini göylərə apardığını bildirir:
وَ ما قَتَلُوهُ وَ ما صَلَبُوهُ وَ لکِنْ شُبِّهَ لَهُمْ وَ إِنَّ الَّذینَ اخْتَلَفُوا فیهِ لَفی شَکّ مِنْهُ ما لَهُمْ بِهِ مِنْ عِلْم إِلاَّ اتِّباعَ الظَّنِّ وَ ما قَتَلُوهُ یَقیناً * بَلْ رَفَعَهُ اللّهُ إِلَیْهِ وَ کانَ اللّهُ عَزیزاً حَکیماً
«Onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü. Həqiqətən, onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa, bir elmləri yoxdur. Onu həqiqətən, öldürməyiblər, əksinə Allah onu Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.» (1)
إِذْ قالَ اللّهُ یا عیسى إِنِّی مُتَوَفِّیکَ (2) وَ رافِعُکَ إِلَیَّ وَ مُطَهِّرُکَ مِنَ الَّذینَ کَفَرُوا (3)
«(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən paklaşdıracağam.»
Məsihilər arasında ilk əsrlərdə İsanın (ə) çarmıxa çəkilməzdən öncə xilas olunması ilə əlaqədar fikirlər var idi: "Deyirlər nastiklərdən (qnostlardan) bir qrupu təlim edirdilər ki, Şimon Qirani Məsihin yerinə çarmıxa çəkildi." Bu cərəyanla bağlı Ayriniyusun yazılarına əsasən demişlər: "Şimon təsadüfən və bilməməzliklə çarmıxa çəkiləndə, şəkli İsa (ə) vasitəsilə dəyişildi ki, insanlar təsəvvür etsinlər ki, o İsadır (ə). İsa (ə) özü də Şimonun şəklinə düşdü və dayandı və onlara istehza etdi (4).
Qurani-Kərim yəhudiləri İsanın (ə) əleyhinə sui-qəsddə birinci dərəcəli müttəhim kimi təqdim edir:
وَ بِکُفْرِهِمْ وَ قَوْلِهِمْ عَلى مَرْیَمَ بُهْتاناً عَظیماً * وَ قَوْلِهِمْ إِنّا قَتَلْنَا الْمَسیحَ عیسَى ابْنَ مَرْیَمَ رَسُولَ اللّه ِ (5)
«Həmçinin, küfrlərinin və Məryəmin barəsində dedikləri böyük böhtanın cəzası olaraq və eləcə də, «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə ... » (6)
İslam qaynaqlarını mütaliə etməklə bu qənaətə gəlmək olar:
Birincisi, hadisə gecəsi digər bir şəxsi İsanın (ə) yerinə həbs etdilər. Həmin gecə bu şəxsin üz görünüşü İsanın (ə) şəklinə düşdü. Düşmənlər səhvən onun İsanın yerinə mühakimə edib çarmıxa çəkdilər. Bu şəxsin İsanın (ə) dostlarından və ya düşmənlərindən olması barədə şiə və əhli-sünnə hədisləri arasında fərq var. Şiə qaynaqlarında olan mötəbər hədislər bu insanı İsanın (ə) köməkçilərindən olan və könüllü şəkildə canını onun üçün fəda edən bir insan kimi təqdim edir.
İkincisi, İsanın (ə) əleyhinə hazırlanmış sui-qəsddə həvarilərin heç biri tərəfindən xəyanət baş vermədi. Onların hamısı Məsihə inamda pak və sadiq idilər. Ona görə də İslam mənbələri İuda İskariotun xəyanətini və hətta Simon Peterin üç dəvə inkarını təsdiq etmir.
İmam Baqirdən (ə) olan mötəbər bir hədisdə belə deyilir: "İsa (ə) Allahın onu öz yanına apardığı gecə dostları ilə görüş təyin etmişdi. Onların sayı on iki nəfər idi. (7) Onlar gecə vaxtı onun yanına gəldilər. Daha sonra İsa (ə) başından su tökülə-tökülə evinin bir guşəsindəki su çeşməsindən çölə çıxdı və dedi: "Rəbbim mənə vəhy etmişdir ki, bu saatda məni öz yanına yuxarı aparacaq və yəhudilərin hiylələrindən məni xilas edəcək. Sizdən hansı biriniz simasını mənim şəklimə salmaqla mənim yerimə öldürülüb çarmıxa çəkilməyə və cənnətdə mənim məqamımda mənimlə bir yerdə olmağa hazırdır? Onların arasında bir cavan səsləndi: "Ey Allahın ruhu! Mən belə bir addım üçün hazıram." İsa (ə) buyurdu: "Sən həmin şəxssən." Daha sonra sözlərinə davam etdi: "Sizin aranızdan bir nəfər sübh doğana qədər 12 dəfə məni danacaq və məni inkar edəcək. Orada olanlardan biri soruşdu: "Ey Allahın rəsulu, mən həmin adamam?" İsa (ə) dedi: "Öz canında bunu hiss edirsənmi? Deməli, sən həmin adamsan." Sonra İsa (ə) dedi: "Siz məndən sonra tezliklə üç qola ayrılacaqsınız. Sizlərdən ayrılan iki qol Allaha iftira atacaq və nalayiq töhmətlər vuracaq. Onların yeri atəş olacaq. Simonun (ə) davamçıları olanlar isə Allahı layiq olduğu kimi təsdiq edərlər və onlar cənnətə gedəcəklər. Sonra Allah İsanı (ə) evin bir guşəsindən göylərə apardı. Dostları bu mənzərəyə tamaşa edirdilər. Yəhudilər həmin gecə İsanı (ə) tutmaq üçün həmin yerə gəldilər. Onlar iki nəfəri tutdular. Birinci şəxs zahiri görünüşündə İsanın (ə) şəklinə düşmüş cavan idi. Onu çarmıxa çəkdilər və dünyasını dəyişdi. İkinci şəxs isə səhər açılana qədər 12 dəfə İsanı (ə) inkar etdi. (8)
Həmin gecə İsa (ə) Allahın kitabı haqqında elm və hikməti öz canişini həzrət Simon ibn Həmuna tapşırdı. (Onun ləqəbi "Səfa" (Peter) idi. ) (9) İsanın göylərə getməsi bəzi hədislərin qeyd etdiklərinə görə, mübarək Ramazan ayının 21-ci gecəsinə təsadüf etmişdir. (10) O, Cəbrayıl və minlərlə mələklə bir yerdə göylərə qalxdı. (11) Yer və göy arasında ruhu bədənindən ayrıldı. Asimana gedəndən sonra ruhu bədəninə qaytarıldı. (12) İsa (ə) yer üzündə ədalət yaratmaq üçün Allahın ehtiyatı idi. Bu səbəbdən, Allah onu vəd olunmuş gün gəlib çatana qədər öz yanına çağırdı. İslam qaynaqlarının verdikləri məlumatlara görə, həzrət İsa (ə) ümmətlərə vəd olunmuş insan ‒ Məhdinin (ə.c) zühurundan sonra yerə qayıdacaqdır. Məsihilər dünyanın sonuna dair verilən bütün xəbərləri həzrət İsaya (ə) tətbiq edirlər. Amma İslam hədisləri axiruz-zəman (dünyanın sonunun) hadisələrini bir-birindən ayırmışlar. Onlardan bəzisini vədə verilmiş dünya inqilabına, bəzisini isə İsanın (ə) zühuruna tətbiq etmək olar. Bu hədislərə əsasən, həzrət Məhdinin (ə.c) zühurunun ilk günlərində onun həqiqi və sadiq yavərlərindən 313 nəfər dünyanın hər yerindən onun ətrafına toplaşacaqlar. Bu insanların bir yerə toplanması qeyri-adi şəkildə baş verəcəkdir. Onlar toplaşandan sonra həzrət Məhdinin (ə.c) qiyamı aşkar şəkil alacaqdır. (13) İslam mənbələrində həzrət Məhdinin yavərlərinin toplaşması məsihi mənbələrində İsanın (ə) dostlarının toplaşmasına bənzəyir. Beytül-müqəddəs həzrət Məhdinin (ə.c) qüvvələri tərəfindən ələ keçiriləndən sonra sübh namazını qılan vaxt möminlər göydən yerə axan nuru müşahidə edəcəklər. Həzrət İsa (ə) gələcək və sübh namazını həzrət Məhdinin (ə) imamlığı ilə qılacaqdır. (14) Həzrət İsa (ə) Dəccalı ‒ keçmiş peyğəmbərlərin insanları onun təhlükəsindən xəbərdarlıq etdikləri bu fitnəkarı (15) qətlə yetirəcək. İsa (ə) göylərdən qayıdandan sonra Allahın dinini həqiqi formada məsihilərə açıqlayacaqdır. O, xaçı sındıracaq və yalançı məsihiliyi etibardan salacaqdır. (16)
Qurani-Kərim həzrət İsanın (ə) qayıtmasını qiyamətin yaxınlaşmasının əlamətlərindən sayır:
وَ إِنَّهُ لَعِلْمٌ لِلسّاعَةِ فَلا تَمْتَرُنَّ بِها
«Həqiqətən o, Qiyamət elmi üçün bir nişanədir. (Çünki İsanın gəlməsi Qiyamətin yaxınlaşmasına dəlildir.) Buna görə də, Qiyamət gününə şübhə etməyin...
Məsihi qaynaqları həzrət İsanın (ə) qayıtdığı zaman böyük bəlaların və axiruz-zəmanda böyük dünya müharibələrinin baş verəcəyindən xəbər verirlər. (18)

Şərh qeydə alınmayıb