Qısa cavab:
Ətraflı cavab:
Məsihilik yəhudi cəmiyyətinində meydana gəlmişdir və məsihilər çalışır ki, Əhdi-Ətiqdə Bəni-İsrailin xilaskarının gələcəyi barədə xəbərləri İsaya (ə) tətbiq etsinlər. Bəni-İsrailin xilaskarı Beytu-Ləhmdə (1) ‒ Davud padşahın doğulduğu yerdə üzə çıxmalı idi: "Və sən ey Beytu-Ləhm, səndən mənim üçün elə bir kəs üzə çıxacaqdır ki, mənim xalqım İsrailə hökmdarlıq edəcək." (2)
Ona görə də, İncillər İsanın (ə) Beytu-Ləhmdə doğulduğunu göstərən hadisəni qeyd etməyə çalışırlar: "O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi... Hamı siyahıya alınmaq üçün öz şəhərinə yollandı.
Yusif də Davudun nəslindən olduğuna görə, Qalileyanın Nasiriyyə (Nazaret) şəhərindən çıxıb Yəhudeyaya Davudun şəhəri olan Beytu-Ləhmə yollandı. O, oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. O, ilk oğlunu doğdu. Körpəni bələyib axura qoydu." (3)
Ondan sonra Yusif və Məryəm (s) İsa (ə) ilə birlikdə Nazaretə qayıtdılar. İsa (ə) Nazaretdə böyüyüb boya-başa çatdığı üçün hər dörd İncil onu nazaretli adlandırırlar. Məsihi tənqidçilərə görə, o zaman belə bir şəhər meydana gəlməmişdi. Hazırkı Nazaret şəhərinin tarixçəsi dördüncü əsrdən o tərəfə keçmir. Hətta əgər bu adda erkən əsrlərin məsihi tarixi mənbələrində adı çəkilməyən əhəmiyyətsiz bir kəndin olmasını fərz etsək, yenə də Matta və Lukanın təsvir etdikləri "şəhərlə" (4) uyğun gəlmir.
Əgər həqiqətən belədirsə, müqəddəs kitabın müəlliflərinin və ya ehtimala görə sonrakı redaktorların İsanı (ə) Nazaretə aid etməkdə məqsədləri nə olmuşdur? Bu sualın cavabını müqəddəs kitabda axtarmaq lazımdır: "Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi." (5)
Digər tərəfdən, əlimizdə olan faktlara görə, erkən əsrlərdə məsihilərin qollarından biri "Nazaretli" adlanırdı. Onları yəhudi şəriətini qoruyub saxlamağa çalışırdılar. Bəzi tənqidçilərin zehnində bu ehtimal da var ki, "Nazaret" ibrani kökdən olan "nazar" sözündən götürülmüşdür. Lüğəvi mənası "qorumaq" və "qayğısına qalmaq" olan bu söz "dini ayinlərin keşiyində durmaq" mənasını daşıyır. Bu ad ilk öncə şəriət tərəfdarı olan yəhudi-məsihilərə deyilirdi. Sonralar məsihilərin düşməni, yəni Yəhudi tayfası bu adı Pavelin şəriəti inkar edən tərəfdarları üçün də işlətməyə başladılar. (6)
Bu üzdən bəzi tənqidçilərin qənaətinə əsasən, İsanın (ə) "nazaretli" olması onun Nazaret şəhərinə mənsub olması mənasında deyil. (7)

Şərh qeydə alınmayıb