ilahi əzab 11 Material

Əbədi cəza

Məhdud günahın qarşılığında əbədi cəza necə ədalətli sayıla bilər?

Zaman baxımından günahla cəza arasında heç bir mütənasiblik yoxdur. Əksinə, onlar keyfiyyət baxımından uyğun olmalıdır. Yəni, müddətinə görə cəza növü günahın kəmiyyəti ilə deyil, keyfiyyəti ilə ölçülür. Məsələn, bir şəxs bir göz qırpımında bir insanı qətlə yetirə bilər. Belə bir şəxs bəzi ölkələrin qanunvericiliyinə görə ömürlük həbsə məhkumdur. Bu hadisədə günahın baş vermə müddətinin, yəni kəmiyyətinin bir neçə saniyəlik olduğunu görürük. Halbuki, onun cəzası bəzən 80 il həbslə yekunlaşa bilər.
 

Allahın sükutu

Allahın susması günahkarlar üçün ağır əzabdır?

Ayələrə görə Allah əhdləşmələrini pozan şəxslərlə Qiyamət günü danışmayacaq, onlar lütf nəzəri ilə baxmayacaq, onları günahdan paklamayacaqdır. Çünki digər ayələrdən məlum olur ki, o biri dünyada ən böyük ilahi nemətlərdən biri də Allahın inanclı insanlarla lütfkarlıqla söhbət etməsidir.

Cəhənnəm əhlinin geyimi

Qurani-kərim “Həcc” surəsində, cəhənnəmə düşənlərin düçar olacaqları əzabları necə vəsf edir?

Allah-Taala Quran ayələrində kafirlər üçün nəzərdə tutulan dörd cür əzabdan söz açır. İlk olaraq onların geyimindən başlayaraq buyurur:
“Beləliklə küfr edənlər üçün atəşdən paltar biçilmişdir.”
Cümlə bəlkə də, alov dillərinin paltar kimi onların əyninə biçilib, tikilməsini bəyan etmək istəyir.

Alov

Cəhənnəm alovu necədir?

Allah-Taala Qurani-Kərimdə buyurur: “Alovun boğucu tüstüdən ibarət üç qolu olan kölgəyə tərəf gedin.”
Bir qolu baş üzərindən, bir qolu sağdan, bir qolu soldan. Bir sözlə hər tərəfdən ölümcül, qatı tüstü onları əhatə edir.
“Amma ürəklərə sakitlik gətirməyən bu kölgə cəhənnəm əhlini alovdan qorumaz. Onun özü oddan yaranmışdır.”

 

Günahkarlar məhşərdə

Günahkarlar Qiyamət günü məhşərə necə gətiriləcəklər?

Qurani-kərimdə belə bir cümlə var:
“Üzü üstə düşüb Cəhənnəmə tərəf məhşərə gələnlər ən pis yerdədirlər və onlar ən azğın insanlardır.” Bir qrup təfsirçilər bu qənaətə gəlmişlər ki, əzab mələkləri onları üzü üstə yerə yıxıldıqları halda sürüyə-sürüyə cəhənnəmə sarı apararlar.

Cəhənnəmdəkilərin qidası

Qurani-kərimdə cəhənnəm əhlinin qidası necə təsvir olunur?

Quran “Zəqqum” ağacının xüsusiyyətlərindən söz açaraq buyurur: “Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik… Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar. Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış çirkli içki vardır.”
 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال الصادق (عليه السلام) :

مَنْ حَجَّ يُرِيدُ اللَّهَ عَزَّ وَ جَلَّ لا يُرِيدُ بِهِ رِيَاءً وَ لا سُمْعَةً غَفَرَ اللَّهُ لَهُ الْبَتَّةَ

کسى که حجّ انجام دهد و خدا را اراده کند و قصد ريا و شهرت طلبى نداشته باشد قطعاً خداوند او را خواهد بخشيد

وسائل الشيعة: 11/109