oruc4 Material

ORUC TUTMAĞIN TƏSİRİ VƏ FAYDALARI

Orucun əhəmiyyəti və insan üçün olan faydaları nədən ibarətdir?

Əslində orucun ən böyük hikməti onun mənəvi təsiridir. Susayanda və acanda müxtəlif çeşiddə yemək və içkilərdən istifadə eləmək qabiliyyətinə malik olan insan çay kənarında yerləşən bağda boy atan ağaca bənzəyir. Bu cür ağaclara xüsusi qayğı göstərildiyindən, onların müqaviməti zəifdir. Su bir neçə gün onlara çatmasa, quruyub aradan gedərlər. Amma qayalar içində, dağ və səhrada bitən ağaclar elə fidan vaxtlarından tufana, günəşin istisinə, qışın soyuğuna sinə gərdiyindən, möhkəm və davamlı olur. Bundan əlavə oruc tutmağın ictimai və tibbi faydaları da var. Bu dini əmri yerinə yetirməklə varlılar bir tərəfdən, acların vəziyyətini hiss edir, digər tərəfdən, gündəlik yeməklərinə qənaət edərək onlara kömək edə bilirlər. Həmçinin oruc bədənin artıq, lazımsız, həzm olunmamış maddələrini yandırır, daha dəqiq desək, oruc evi dibindən təmizləmək kimidir.
 

QÜTÜBLƏRDƏ NAMAZ QILIB ORUC TUTMAQ

Qütb məntəqələrində necə namaz qılıb oruc tutmaq olar?

Belə məntəqələrdə günəşin üfüq ətrafında hərəkəti həmişə eyni olmur. Yəni, üfüq ətrafında dövr elədiyi 24 saat ərzində bəzən ən yüksək nöqtəyə yüksəlir, bəzən də ən aşağı nöqtədə yer tutur. Beləliklə, hava bəzən çox işıqlı, bəzən də zəif işıqlı olur. Beləliklə, orada gecə və gündüzü təyin etmək asanlaşır. Bir çubuğu torpağa sancıb baxırıq, onun kölgəsinin ən az olduğu bir vaxt “zöhr”, ən çox olduğu vaxt isə“gecə yarısı” dır. Beləliklə zöhr və gecə yarısını təyin etmək məsələsi asanlıqla həll olur. İlin həmin vaxtı adi məntəqələrdə gecə və gündüzün miqdarını bilsək, məsələn, yayın əvvəli gündüzlər adətən, 14 saat, gecələr 10 saatdır, Beləliklə, gündəlik namazlar və orucun hökmü aydın olur.

RƏCƏB AYININ ORUCU BARƏSİNDƏ İKİNCİ XƏLİFƏNİN RƏYİ

Ömər ibn Xəttabın rəcəb ayında oruc tutmağa münasibəti necə idi?

Rəvayətə görə ikinci Xəlifə rəcəb ayında oruc tutduqlarına görə bir qrup insanın əllərinə o qədər vurdu ki, onlar oruclarını açmağa məcbur oldular. Lakin dörd məzhəb fəqihlərinin hamısı Rəcəb ayının orucunu müstəhəb hesab etmişlər. Təkcə hənbəlilər demişlər ki, “Rəcəb ayının bütün günlərini oruc tutmaq məkruhdur, əgər ay əsnasında bir gün oruc tutmasa, onda bu məkruhluq aradan qalxır.”

SƏFƏRDƏ ORUC TUTMAQ

Niyə şiələr səfərdə olarkən oruc tutmağı haram hesab edir?

Quran ayəsi oruc tutmağı vacib edir: “Sizin üçün oruc tutmaq yazıldı (vacib edildi).” Lakin növbəti ayədə üç dəstə istisna edilir: Xəstələr, səfərdə olanlar, bacarmayan şəxslər. Növbəti ayə orucun vaxtının xəstə olmayanlar və vətəndə olanlar üçün Ramazan ayı olduğunu bildirir. Bunun üçün “müəyyən edilmiş günlər” cümləsindən istifadə olunmuşdur. Amma xəstələr və səfərdə olanlardan ibarət iki dəstə üçün oruc tutmaq müddəti başqa günlərə keçirilib. Belə ki, buyurulur: ” Ramazan ayının günlərində deyil, başqa günlərdə oruc tutsunlar.” Həmçinin Müslim öz səhihində nəql edir: "Allahın Rəsulu (s) hicri 8-ci ilin Ramazan ayında Məkkəyə doğru hərəkət etdi. “Kiraul-ğəmim” məntəqəsinə çatanda su içmək üçün qab istəyir və hamı görsün deyə, qabı öz əlləri ilə yuxarı qaldırdı. Sonra da suyu içdi. Allahın Rəsuluna (s) xəbər çatdırırlar ki, sizin aranızdakılardan bəziləri oruclarını açmadılar. Həzrət (s) buyurdu: “Onlar günahkardılar, onlar günahkardılar!”"

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

رسول الله (ص)

الصوم جنة مت لم يخرقها

روزه سپر است به شرط آنکه شخص آنرا از هم ندرد

ميزان الحکمة 6 / 392