İBN TEYMİYYƏ VƏ “RƏDDUŞ-ŞƏMS” HƏDİSİ
İbn Teymiyyənin “Rədduş-Şəms” hədisinə tutduğu irad qəbul olunurmu?
İbn Teymiyyə yazır: Necə mümkündür ki, Əlinin (r) namazı qəzaya getmiş olsun?! Həqiqətdə bu hadisə düz olarsa onun üçün fəzilət deyil, nöqsandır.
Cavabda deyirik: Əvvəla, bəzi rəvayətlərə əsasən peyğəmbər (s) yatmamışdı, əksinə vəhy nazil olan zaman yaranan ğəşvə halətində idi. İkincisi, bəzi rəvayətlərə görə Əli (ə) o halda namazı tərk etməmiş, əksinə işarə ilə qılmışdı və bu da onun yüksək nübüvvət məqamına olan xüsusi ehtiramından irəli gəlirdi.