quranda brzx4 Material

PEYĞƏMBƏRLƏRİN ŞAHİDLİYİ

Peyğəmbərlər öz ümmətlərinin əməllərinə barədə necə şəhadət və ifadələr verəcəkdir?

Bəzi Quran ayələrində bu məsələyə işarə olunub. Məsələn, İsa Məsih (əleyhis-salam) Qiyamət günü Pərvərdigarın sualına belə cavab verəcək:
"Pərvərdigara! Mən onlara yalnız Sənin mənə əmr etdiyini – “mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (onların arasından) apardın, sən özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən”".


 

QURANDA BƏRZƏX

Bərzəx aləminin varlığını necə sübut etmək olar?

Quranı-kərimdə müxtəlif ayələr var ki, onları bəzisinin zahiri mənası Bərzəx aləmini sübut edir. Bəzisi isə aydın şəkildə Bərzəx aləmindən söz açır. “Muminun” surəsinin 100-cü ayəsində oxuyuruq:
"Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır." Digər ayədə deyilir:
"Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, onlar diridirlər və onlara Rəbbləri yanında ruzi verilir."


 

YER

Yer Qiyamət günü necə danışacaq?

İnsanın əməllərinin ən mühüm şahidlərindən biri də üzərində əməllərimizi yerinə yetirdiyimiz yerdir. O, bizim şahidimiz və nəzarətçimizdir.
Hədislərin birində Həzrət peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql olunur: “Yerin xəbər verməsi o deməkdir ki, hər kişi və qadının yer üzərində etdiyi hər əməldən xəbər verərək deyəcək: “Filan şəxs filan gün filan işi gördü. Yerin xəbər verməyi belədir!”

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال أبو جعفر(عليه السلام):

لا يَقْبَلُ اللهُ عَزَّوَجَلَّ حَجّاً ولا عُمْرَةً مِنْ مال حرام.

خداوند حج و عمره گزاردن با مال حرام را نمى پذيرد.

بحارالانوار: 93/120