Qısa cavab:
Ətraflı cavab:
Bu baxımdan Qurani-kərimin ayələri ilk baxışda iki qrupa bölünür. O ayələrdən bir qismi onu Allaha məxsus olaraq qələmə verir. İkinci qrup ayələr isə qeyb elmini Allahdan başqası üçün də mümkün bilir. Yuxarıdakı suala cavab almaq üçün bu ayələri araşdırmaq lazımdır.
Birinci qrup:
Qeyb elminin Allah məxsus olduğu və heç kəsin onu əldə edə bilməməsi bir qrup ayələrdə müxtəlif ifadələrlə bəyan olunub:
وَ عِنْدَهُ مَفَاتِحُ الْغَیْبِ لاَیَعْلَمُهَا اِلاَّ هُوَ
«Qeybin açarları yalnız Onun yanındadır. Ondan başqa kimsə onu bilməz.» (1)
Ayə "indəhu" ifadəsi ilə başladığına görə “inhisara” dəlalət edir. Habelə, ayənin sonluğunda da deyilir ki, Ondan başqası qeyb elmini bilməz.
"Yunis" surəsinin 20-ci ayəsində İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alih) xitabən deyilir:
فَقُلْ اِنَّمَا الْغَیْبُ للهِِ
«De: "Qeyb elmi yalnız Allaha məxsusdur.»
Bu ayə, inadkar müşriklərin cavabı idi. Onlar daim inadkarlıq üzündən bəhanə gətirir, öz meyillərinə əsasən Peyğəmbərdən möcüzə göstərməyisni istəyirdilər.
"Əraf" surəsinin 188-ci ayəsində bu zəmində yeni ifadə ilə rastlaşırıq. Peyğəmbərə (s) əmr olunur ki, zərif bir üsulla qeyb elminə sahib olmadığını bildirsin:
قُلْ لاَ اَمْلِکُ لِنَفْسِى نَفْعاً وَ لاَ ضَرَّاً اِلاَّ مَا شَاءَ اللهُ وَ لَوْ کُنْتُ اَعْلَمُ الْغَیْبَ لَاَسْتَکْثَرتُ مِنَ الْخَیْرِ وَ مَا مَسَّنِىَ السُّوءُ
«De: "Mən özüm üçün Allahın istədiyindən başqa heç bir xeyir və zərərə malik deyiləm. (Qeyb elmini bilmirəm). Qeybi bilsəydim, özüm üçün mütləq hər bir mal və xeyirdən çoxlu tədarük görərdim, mənə heç bir pislik (zərər) dəyməzdi. Mən iman gətirənlər üçün yalnız qorxudan və müjdə verənəm".»
Bundan öncəki ayədə, “Qiyamət” və qeyb elminin yalnız Allaha məxsus olduğundan söz açılıb. Buna baxmayaraq, ayənin çox geniş məzmunu var.
Qeyd olunan ayələrin məcmusundan nəticə almaq olar ki, qeyb elmi və gizli sirləri bilmək yalnız Allahın Pak Zatına aiddir.
İkinci qrup:
Digər qisim ayələrdə isə Peyğəmbərin də qeyb elmini bildiyi ifadə olunub. Onlarla öncəki ayələr arasındsa heç bir ziddiyyətin olmamasına dair dəlilləri aydın etmək üçün o ayələri dəqiqliklə araşdırmalıyıq. Aşağıdakı ayələrə nəzər salmaq o dəlillər aydın olacaq.
"Cin" surəsinin 26-28-ci ayələrində, öncə heç bir qeyd və şərt olmadan Allah-taala "Alimul-qeyb" adı ilə adlanıb. Bu isə o deməkdir ki, təkcə Allah bütün gizli sirlərdən agahdır:
عَالِمُ الْغِیْبِ
«Qeyb elmini bilən odur.»
Sonra isə istisna olduğnu görürük:
اِلاَّ مَنِ ارْتَضى مِنْ رَّسُول
«Yalnız seçdiyi və razı olduğu rəsuldan başqa!» (2)
Yəni, Allah belə rəsullara qeyb elmindən istədiyini öyrədib. Bu üzdən onlar öz-özlüyündən qeyb elmi barədə bir şey bilmir, Allahın təlimi ilə onu öyrənirlər.
Həmçinin, "Ali İmran" surəsinin 179-cu ayəsində insanların qeyb elmini bilmədiklərindən söz açandan sonra peyğəmbərləri istisna edir və buyurur:
وَ مَا کَانَ اللهُ لِیُطْلِعَکُمْ عَلَى الْغَیْبِ وَ لکِنَّ اللهَ یَجْتَبِى مِنْ رُّسُلِهِ مَنْ یَشآءُ
“Və (həmçinin) Allah sizi qeyb sirlərindən (möminləri və münafiqləri tanımaq üçün) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların arasından) istədiyini seçir (və ona insanlara rəhbərlik etmək üçün qeyb elmi öyrədir).”
Bu ayə, qeyb sirlərinin peyğəmbərlərə öyrədilməsi məsələsinə aşkar formada toxunmasa da, istisna mənsasnı daşıyan "lakin ..." sözündən aydın olur ki, Allah, peyğəmbərlərdən bir qrupunu seçib və onlara qeyb elmi öyrədib. (3)
"Ali İmran" surəsinin 49-cu ayəsində İsa Peyğəmbərin (əleyhis-salam) qeyb sirlərindən xəbərdar olmasından söz açılıb. O, qeyb sirlərini bilməyini bir möcüzə kimi təqdim edir və çağırışına şübhə ilə yanaşanlara belə deyir:
«Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm...»
Sonra əlavə edir:
وَ اُنَبِّئُکُمْ بِمَا تَأْکُلُونَ وَ مَا تَدَّخِرُونَ فى بُیُوتِکُمْ
«Və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm.»
Sözsüz ki, insanın yediyi və ya evdə saxladığı yemək onun şəxsi və xüsusi həyatına aid məsələlərdəndir. Adətən başqalarının ondan xəbəri yoxdur. Bir şəxsin belə cüzi məsələləri bilməsi, onun qeyb elmini göstərən bir sübutdur.
Qeyb elmi barəsində iki qisim ayələr əsasən söz açdıq. Onlardan bir qrupu peyğəmbərlərin tamamilə qeyb elmindən xəbərsiz olduğunu, ikinci qrup isə qeyb elmini bildiklərini açıqlayır. Bu iki qrup ayəni bir-biri ilə müqayisə etməklə əsas və yekun cavabı əldə etmək çox çətin deyil. (Belə bir nəticə təfsirə əsasən çıxarış olunur.)
Bütün bu ayələrin məcmusundan əldə etmək olar ki, qeyb elmi qeyd-şərtsiz və sırf şəkildə Allahın Pak Zatına məxsusdur. Qeybi və “şühud aləmini” tam əhatə edən də Odur. Bu elm onun müqəddəs Zatına aiddir və Ondan ayrı deyil. Lakin peyğəmbərlər, məsum imamlar, mələklər və s. yalnız ilahi təlimlər sayəsində qeyb sirlərindən xəbərdar ola bilərlər. Başqa sözlə desək, bu ayələri ən məşhur üsulla cəmləşdirsək bu nəticəni alarıq ki, qeyb elmi sırf və müstəqil formada Allaha məxsusdur. Çünki, Ondan başqası bilavasitə qeyb sirrindən heç bir məlumatı yoxdur. Onların bildikləri Allahdandır, onun təlim və lütfünün sayəsindədir - yəni qeyri-müstəqil xarakteri daşıyır.
Sözü gedən ayələri cəmləşdirmək üçün ikinci yol budur ki, Allaha məxsus olan qeyb elmi lövhi-məhfuzda olan elmdir. Heç bir artıq-əskiksiz - baş verənlər lövhi-məhfuzda yazılıb. Bu elm, həqiqətdə əşyaların tam “illəti”-nə (səbəbinə) aid bilgidir və heç vaxt öz “məlulundan” (səbəbkardan) ayrılmaz.
Məsum peyğəmbərlər və imamlar isə "məhv və isbat" lövhəsindən xəbərdardır. Onda yazılanlar isə dəyişə bilər. Çünki bu elm tam deyil, naqis (natamam) səbəblərə aiddir. Qarşısında hər hansı bir maneə yaransa və yaxud şəraiti tamamlanmasa, alt-üst olur.
Bir başqa bölgüyə əsasən iki qisim qeyb elmi var: Bir qismi Allahın Zatına məxsusdur və onu, Ondan başqa heç kim bilmir. Digəri isə peyğəmbərlərə və övliyalara öyrətdikləridir.
Dördüncü üslub, (elmi-fe`li, elmi-şə`ni və istidlali”) onu fərqləndirən ayələri bir araya toplamaq tərzidir. Heç bir şey Allahın qeyri-məhdud elmdən kənarda qalmayıb. Lakin mümkündür peyğəmbərlər və övliyalar hazırda qeybin sirlərindən çoxunu bilməsinlər. Onlar hər hansı bir şeyi bilmək istəsə, Allah onlara öyrədir. (Sözsüz ki, bu iradə və istəyin gerçəkləşməsi, Allahın izni və razılığı həyata keçir
Bu sözə sübut kimi mərhum Kuleyninin "Kafi" kitabında "İnnəl-əimmə iza şau ən-yələmu, əlimu" (imamlar nəyi bilmək istəsələr, onu öyrənirlər) fəslində topladığı hədisləri misal çəkmək olar. (4)
Qeyd etdiklərimizdən belə nəticə almaq olar ki, şübhəsiz peyğəmbərlər və övliyalar qeyb elminin bir hissəsindən xəbərdardır. (5)

Şərh qeydə alınmayıb