Qısa cavab:
Ətraflı cavab:
Peyğəmbərlərin qeyb elmi Allahın istək və elminə söykənir. Hətta o elm, dünyanın əz uzaq nöqtəsində olsa belə Allah istəsə, onlar biləcəklər.
Bu cəhətdən peyğəmbərləri qaranlıq və zülmət bir gecədə buludların bürüdüyü səhrada yol gedənlərə bənzətmək olar. Bir an şimşək çaxır və onun işığı səhranın dərinliklərindək işıqlandırır. Hər şey orada yol gedənlərin gözü önündə aydınlanır. Şimşək sona çatanda, zülmat hər yeri bürüyür və artıq heç nə gözə görünmür.
Bəlkə də İmam Sadiqdən (ə) "imamın elmi" haqqında nəql olunan hədis bu məsələyə bir işarədir. İmam buyurdu:
جَعَلَ الّلهُ بَیْنَهُ وَ بَیْنَ الامامِ عَمُوداً مِنْ نُور یَنْظُرُ الّلهُ بِهِ الَى الامامُ وَ یَنْظُرُ الامامِ بِهِ الَیْهِ فَاذا أرادَ عِلْمَ شَىْ ء نَظَرَ فِى ذلِکَ النُّورِ فَعَرَفَهُ
"Allah-taala özü ilə imam arasında nurdan bir sütun qərar verib. Allah, onunla imama və imam da Allaha baxır. İmam nə vaxt bir şeyi bilmək istəsə, o nura nəzər salır və bilir. "
Sədinin məşhur şeri də sanki həmin məsələyə və həmin hadisəyə bir işarədir:
Dedi: əhvalımız bu “cahan şimşəyi” kimidir,
Bəzən aydın olur, bəzən gizlidir.
Bəzən göylərdəki taxta əyləşirik,
Bəzən isə öz ayağımızın altını görmürük.
Cahan burada "çaxan" mənasındadır. “Cahan ildırımı”, göydə çaxan ildırım anlamını daşıyır.
Bütün bunları nəzərə alsaq, heç təəccüblü deyil ki, bir gün Yaqub Allahın istəyi ilə imtahan olunur, yaxınlığındakı Kənan elində baş verən hadisələrdən xəbər tuta bilmir. Bir gün isə möhnət və imtahan günü sona çatır, Misirdən onun köynəyinin qoxusunu duyur. (1)

Şərh qeydə alınmayıb