Qısa cavab:
Ətraflı cavab:
Bu suala "Ənam" surəsinin 50-ci ayəsində cavab tapmaq olar. Bir qrup şəxs istəyirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) keçmiş və gələcəyin bütün sirlərindən onlara danışsın. Onların həyatında gələcəkdə baş verəcək hadisələri onlara çatdırsın. Onlar da gələ biləcək zərəri dəf etmək və öz mənfelərini qorumaq üçün lazımi tədbirlər görsünlər. Allah-taala sözü gedən ayədə belələrinə xitab edir: (De ki,) "Mən qeybi bilirəm."
وَ لا أَعْلَمُ الْغَیْبَ
Hər şeyi bilmək üçün bütün zamanlarda və məkanlarda hazır olmaq lazımdır. Belə bir sifət isə yalnız Allahın pak zatına aiddir.
Amma Ondan başqası müəyyən zaman və məkanla məhdudlandığı üçün hər bir şey haqqında məlumat əldə edə bilmir. Deməli, Allah-taala, ilahi rəhbərlərin rəhbərliyini təkmilləşdirmək üçün qeyb elmindən lazım olan qədər və məsləhət gördüyü qismini onlara əta edə bilər. Sözsüz yox ki, bu "biz-zat" deyil, "bil-ərəz" qeyb elmi adlanır. Başqa sözlə ifadə etsək, ona "qeyb elmini biləndən onu öyrənmək"deyilir.
Qurani-kərimdə müxtəlif ayələr təsdiq edir ki, Allah-taala belə bir elmi yalnız peyğəmbər və ilahi rəhbərlərə deyil, digərlərinə də əta edir:
عالِمُ الْغَیْبِ فَلا یُظْهِرُ عَلى غَیْبِهِ أَحَداً إِلاّ مَنِ ارْتَضى مِنْ رَسُول
«Allah bütün qeyb sirlərindən agahdır. Yalnız Onun razı olduğu rəsullardan başqa heç bir kəsi qeyb elmindən agah etməz.»
("Cin" surəsi, 26, 27-ci ayələr.)
Əslində rəhbərlik məqamının da, rəhbərliyi təkmilləşdirilməsi üçün digər insanlara gizli qalan bir çox bilgilərdən agah olmasına ehtiyac var. Allah-taala bu qeyb elmini rəsul və övliyalarının əta etməsəydi, onların rəhbərlik məqamı kamilləşməzdi.
Bəzən canlı bir varlığın öz həyatına davam etmək üçün qeyb elminin azacıq bir qismini bilməyə ehtiyacı olur və Allah-taala ona bu qismini əta edir. Məsələn, eşitmişik ki, bəzi həşəratlar hələ yay günlərində havanın qışda necə olacağını proqnozlaşdırır. O həşaratların həyatı məhv olmasın deyə, Allah-taala o qeyb elmini xüsusi olaraq onlara əta edir. (1)

Şərh qeydə alınmayıb