Qısa cavab:
Ətraflı cavab:
İmam Əli (ə) "Nəhcul-bəlağə"nin 32-ci xütbəsində insanları xoşbəxtlik və səadətin həqiqi açarı və əsas mənbəyi olan dünya məsələlərində zahidliyə səsləyir. O, ciddi formada bu məsələyə toxunur ki, insanın yaxasından yapışan bütün bədbəxtliklər dünyapərəstlikdən və dünyaya həddən artıq ürək bağlamaqdan irəli gəlir. Həzrət ilk cümləsində buyurur:
فَلْتَکُنِ الدُّنْیَا فی أَعْیُنِکُمْ أَصْغَرَ مِنْ حُثَالَةِ (1) الْقَرَظِ وَ قُرَاضَةِ (2) الْجَلَمِ (3)
"Dünya sizin gözünüzdə dabbağlanan dərinin (üfunətli, pis qoxulu və dəyərsiz) tullantılarından da olmalıdır. Yaxud heyvanların qayçılanan yunlarının (yerə tökülən və heç kəsin əhəmiyyət vermədiyi) tullantılarından da dəyərsiz olmalıdır."
Birinci bənzətmədə dünyanın nifrət doğurması, ikinci bənzətmədə isə dəyərsiz olması diqqət çəkir. Digər tərəfdən ikinci cümlə dünya və onun nemətlərinin puçluğuna toxunaraq buyurur:
وَ اتَّعِظُوا بِمَنْ کَانَ قَبْلَکُمْ قَبْلَ أَنْ یَتَّعِظَ بِکُمْ مَنْ بَعْدَکُمْ
"Sizdən sonra gələnlər, sizdən örnək götürməmişdən öncə, kənarınızda yaşayan insanlardan örnək götürün."
Onlar topladılar, yığdılar, qoydular və getdilər. Onların viran olmuş qəsrləri, tarac olmuş mülkləri, devrilmiş taxt-tacları, puç olmuş hakimiyyətlərinin qalıqları dünyanın hər guşəsində gözləriniz önündədir. Onlar ibrət dərsidir. Bu dərsdən lazımi ibrəti almasanız, həmin tale sizi də gözləyir. Sizin həyatınız da onlar üçün ibrət dərsinə çevriləcək.
Qurani-kərim dəfələrlə insanları keçmiş nəsillərin talelərindən ibrət almağa çağırır və onu hər əsr, hər zamanda yaşayan insanlar üçün ən gözəl vicdanı oyadan dərslərdən biri kimi qələmə verir. Quranda Firon və fironçular haqqında tükürpədici ifadələr diqqəti cəlb edir. Bu ifadələr Bəni-İsrailin qəflətdən oyanması üçün bəyan olunub:
کَمْ تَرَکُوْا مِنْ جَنّات وَ عُیُون وَ زُرُوع وَ مَقام کَریم وَ نَعْمَة کانُوا فیها فاکِهینَ کَذالِکَ وَ أَوْرَثْناها قَوْماً آخَرینَ فَما بَکَتْ عَلَیْهِمُ السَّماءُ وَ الاْرْضُ وَ ما کانُوا مُنْظَرینَ (4)
«Onlar özlərindən sonra neçə-neçə bağlar və çeşmələr qoyub getdilər. Neçə-neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər). Və zövq aldıqları neçə-neçə nemətlər. Onların macərası belədir. Biz bunların hamısını başqa bir tayfa üçün miras etdik. Onlara nə göy, nə də yer ağladı. Onlara möhlət verilmədi.»
Lakin təəssüflər olsun ki, Bəni-İsrail də bu böyük dərslərdən ibrət almadı. Onların taleyi digər nəsillər üçün ibrət dərsinə çevrildi.
Həzrət öz üçüncü cümləsində dünyanın vəfasızlığından danışdı:
وَ ارْفُضُوهَا ذَمِیمَةً، فَإِنَّهَا قَد رَفَضَتْ مَنْ کَانَ أَشْغَفَ (5) بِهَا مِنْکُمْ
"Bu alçaq və xoşagəlməz dünyadan əl çəkin. Çünki o sizdən daha çox ona valeh olan şəxsləri tulladı, öz aşiqlərinə, məftunlarına azacıq vəfa etmədi, onların hörmətini saxlamadı."
Bu böyük əxlaq və insaniyyət ustadı bu üç cümlə ilə dünyanın vəfasız, dəyərsiz və qeyri-daimi olmağından bəhs açır və onun mövqeyini açıq tərzlə bəyan edir.
Hədislərin birində həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) yolun kənarında düşüb qalan iylənmiş heyvan leşinin yanından keçərkən ona işarə edib buyurdu:
اَتَرَونَ هذِهِ هُنْیَةٌ عَلى أَهْلِها؟ فَوَاللهِ! الدُّنْیا أَهْوَنُ عَلَى اللهِ مِنْ هذِهِ عَلى أَهْلِها
Bu leşin öz sahibləri yanında nə qədər dəyərsiz olduğunu görürsünüzmü? And olsun Allaha! Dünya, Allahın nəzərində ondan daha dəyərsizdir.
Həzrət hədisin davamından bir neçə daha mühüm məsələyə toxunaraq belə dedi:
اَلدُّنیا دارُ مَنْ لا دارَ لَهُ وَ مالُ مَنْ لامالَ لَهُ وَ لَها یَجْمَعُ مَنْ لاعَقْلَ لَهُ وَ شَهَواتَها یَطْلُبُ مَنْ لا فَهْمَ لَهُ وَ عَلَیْها یُعادِى مَنْ لاعِلْمَ لَهُ وَ عَلَیْها یَحْسُدُ مَنْ لافِقْهَ لَهُ وَ لَها یَسْعى مَنْ لایَقینَ لَهُ
"Dünya (həqiqətdə) evi olmayan bir şəxsin evidir, mal-dövləti olmayan bir kəsin mal-dövlətidir. Yalnız ağlı olmayan şəxslər dünya malı toplamaqla məşğuldurlar. Şüuru olmayanlar dünyada şəhvətpərəstliyə üz gətirir. Yalnız anlamayan kəslər ondan ötrü digərlərinə paxıllıq edir. Kifayət qədər imanı və yəqini olmayan şəxslər daim onun üçün çalışırlar." (6)
Başqa bir hədisdə Həzrət İsa (ə) mükaşifə halında dünyanı dişləri tökülmüş bərbəzək içində olan qoca qarı şəklində görüb soruşdu:
– İndiyə kimi neçə ərin olub?
– Sayı-hesabı yoxdur – deyə cavab verdi.
Həzrət İsa:
– Onların hamısı öldü, yoxsa sənə talaq verdi? – deyə sualına davam etdi.
– Yox, onların hamısını öldürdüm.
Həzrət:
– Yerdə qalan ərlərinin vay hallarına! Onlar sənin keçmiş ərlərindən necə ibrət dərsi götürmürlər?! – deyə onların halına acıdı. (7)
Aydın məsələdir ki, dünya dedikdə onun istibdad, üsyan, tüğyan, zülm, haqsızlıq, zorakılıq, şəhvət və əxlaqsızlıq üçün istifadə olunan maddi nemətləri nəzərdə tutulur. Mənəvi məqsədlərə çatmaq üçün, eləcə də Allaha bəndəlik və itaət etmək üçün lazımi vasitə olan məqam, sərvət və mal-dövlətdən söhbət getmir.
Şeir:
چیست دنیا؟ از خدا غافل شدن *** نى طلا و نقره و فرزند و, زن(8)
Dünya nədir? –Tanrıdan qafillikdir,
Qızıl-gümüş, arvad və övlad deyilmi ?!

Şərh qeydə alınmayıb