Qısa cavab:
Ətraflı cavab:
İmam Əli (ə) "Nəhcul-bəlağə"nin 24-cü xütbəsində öz səhabələrinə ilk növbədə təqva və pərhizkarlığı tövsiyə edərək buyurur:
فَاتَّقُوا اللهَ! عِبادَ اللهِ
"Ey Allah bəndələri! Təqvalı olun!"
Təqva – batində Allahdan qorxu halına deyilir. Təqva, günahdan çəkindirir, mənəvi olaraq insanı Allaha itaət etməyə yönəldir. Təqva bütün yaxşılıqların və xeyirxah əməllərin mənşəyidir. Məhz bu üzdən hər yerdə sair mühüm əxlaqi, ictimai və dini tövsiyələrə müqəddimə olaraq təqvadan söz açılır.
Həzrət, ikinci tövsiyəsində buyurur:
وَ فِرُّوا اِلَى اللهِ مِنَ اللهِ
"Allahdan Onun özünə sığının." Qəzəbindən-rəhmətinə, üsyandan itaətə, əzabından savabına, bəlasından nemətinə sarı...
Bu ifadə çox zərif formada “tovhidi-əf`ali” məsələsinə toxunur. Çünki insan bu dünyada hər hansı bir müşkülə öz əməllərinin ucbatından və Allahın həmin əməllər üçün qərar verdiyi təsirdən düşür. Demək, müşkül və problemlər müəyyən mənada onun tərəfindəndir və onun tərəfindən gələn cəzadır. Ona görə də insanın bu problemləri həll etmək üçün ona sarı qaçmaqdan başqa yolu yoxdur. İnsan vücuduna təsir edən təkcə Allahdır. Hər xeyir, bərəkət və qurtuluş Onun nahiyəsindəndir.
Qurani-kərim də ilahi əzab və bəlaya düçar olan günahkar haqqında buyurur:
وَظَنُّوا أَنْ لامَلْجَأ مِنَ اللهِ اِلاّ اِلَیْهِ
”Allahdan (qaçmaq üçün Onun Özündən) başqa bir sığınacaq olmadığını bildilər”. (1)
Maraqlısı budur ki, insan öz adi həyatında nədən və yaxud kimdənsə qorxanda başqa bir şeyə və şəxsə sığınır. Lakin Allah barəsində belə deyil. Onun əzab və cəzasından qorxanda onun özünə pənah aparmaq lazımdır. Ondan başqa qüdrətli, rəhim və mehriban varmı? Bu “tövhidi-əfaili”-nin bizə verdiyi dərsdir. Yəni hər hərəkət və hər bərəkət Allah tərəfindəndir.
Allah-taala müxtəlif ad və sifətlərə malikdir. Bu ad və sifətlər bizi hər şəraitdə və hər vəziyyətdə ona sığınmağa dəvət edir. Əgər Onun qəzəbindən qorxsaq onun əfv və rəhmətinə pənah aparırıq. Onun ədalətindən qorxsaq fəzlinə və kərəminə sığınırıq.
Hər bir halda belə başa düşmək olar ki, bu cümlə "Zariyat" surəsinin bir ayəsindən iqtibas olunmuşdur. Ayədə buyurulur:
فَفَرُّوا اِلَى اللهِ اِنّى لَکُمْ مِنْهُ نَذیرٌ مُبینٌ
«Allaha tərəf qaçsınlar. Həqiqətən mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.» (2)
Həzrət üçüncü tövsiyəsində buyurur:
وَ امْضُوا فِى الَّذى نَهَجَهُ لَکُمْ
"Allahın sizin üçün müəyyən etdiyi yol ilə gedin."
Dördüncü və sonuncu tövsiyəsində isə əlavə edir:
وَ قُومُوا عَصَبَهُ (3) بِکُمْ.
"Sizin üçün qərar verdiyi vəzifə və öhdəlikləri yerinə yetirin."
Həqiqətdə burada imam, öz ardıcıllarının səadət və xoşbəxtliyi üçün dörd maddədən ibarət bir proqram hazırlayır. İlk mərhələdə onlarda təqva və Allahdan qorxmaq ruhiyyəsini oyadır. Bu isə, Allaha tərəf hərəkətə səbəb olur. Daha sonra "Allahdan ona sarı qaçmaq" məsələsi önə çəkilir. Çünki insan hərəkətə başlayandan sonra iman və əqidə istiqamətində Allahın onun üçün qərar verdiyi yolda addımlamalıdır. Əməl mərhələsində – dördüncü mərhələdə isə insan Allahın buyurduğu vəzifə və öhdəlikləri yerinə yetirməlidir. (4)

Şərh qeydə alınmayıb