Qısa cavab:
Ətraflı cavab:
İmam Əli (ə) "Nəhcul-bəlağə"nin 28-ci xütbəsində insanların çoxunun xəbərsiz qaldıqları mühüm bir məsələyə toxunaraq deyir:
أَلاَ فَاعْمَلُوا فِی الرَّغْبَةِ کَمَا تَعْمَلُونَ فِی الرَّهْبَةِ
"Bilin və agah olun! Qorxu və narahatlıq vaxtlarında (Allah qarşısında) nə edirsinizsə, sakit və asayişdə olduğunuz vaxtlarda da onu edin."
Allaha pərəstiş və dindarlıq bu deyil ki, çətinliklər irəli gələndə insan Allaha tərəf addımlasın, onun lüftünə əl açsın amma çətinliklər tufanı yatandan sonra Allahı və ona itaəti unutsun. Belə olsa, cahillik dövrünün müşrik və bütpərəstləri də xalis Allahpərəst sayılırlar. Necəki Quran onlar barəsində buyurur:
فَإِذا رَکِبُوا فِی الْفُلْکِ دَعَوُا اللهَ مُخْلِصْینَ لَهُ الدّیْنَ فَلَمّا نَجّاهُمْ إِلَى الْبَرِّ إَذاهُمْ یُشْرِکُونَ
« Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman Allahı xalisliklə çağırarlar. (Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar.» (1)
Başqa bir ayədə insanları bu şəkildə xitab qərar verir:
وَ إِذا مَسَّکُمُ الضُّرُّ فِی الْبَحرِ ضَلَّ مَنْ تَدْعوُنَ إِلاّ إِیّاهُ فَلَمّا نَجّاکُمْ إِلَی الْبَرِّ أَعْرَضْتُمْ وَ کانَ الاِْنْسانُ کَفُوُراً
«Dənizdə sizə (suda batmaq təhlükəsi ilə üzləşdikdə) bir çətinlik üz verən zaman, Ondan başqa, (problemlərinizin həlli üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) qeyb olar. Sizə nicat verib quruya çıxaranda isə üz döndərərsiniz. İnsan çox nankordur.» (2)
Çətinliklər zamanı Allaha üz gətirmək çox böyük fəxr deyil. Hünər odur ki, insan sakit, rahat, salamat və qadir olduğu zaman Allahı yad etsin və bəndəlik boyunbağısını boynuna salsın. Allah-taala belə saatlarda onu düşünən insanları çətin və tufanlı saatlarda da öz lütfündən məhrum etməz.
Xalis imanın əlaməti odur ki, insan sağlamlıq və xəstəlik, gənclik və qocalıq, yoxsulluq və varlılıq, qələbə və məğlubiyyət, azadlıq və məhbusluq zamanı, ümumiyyətlə bütün hallarda Onu xatırlasın, Ona səcdə etsin.
Bu üzdən böyük peyğəmbərlərin, imamların və haqq rəhbərlərinin bütün hallarda onu unutmadıqlarını görürük. (Bütün qapılar üzünə bağlanan zaman) İmam Əli (ə) üçün, evin bir guşəsində oturmaq, zahiri cəhətdən hakimiyyət taxtına çıxmaqdan fərqsizdir. İbadəti, gecələr razü-niyazı, yoxsullara və kimsəsizlərə baş çəkməyi, dünyaya qarşı zahidliyi həyatının hər iki anında aşkar şəkildə nəzərə çarpır. (3)

Şərh qeydə alınmayıb