Qısa cavab:
Ətraflı cavab:
Bu sualın cavabı "Maidə" surəsinin 5-ci ayəsində bəyan olunmuşdur. Allah-taala bu ayədə buyurur: "Müsəlmanlardan və əhli-kitabdan ismətli qadınlar sizə halaldır. Onlarla evlənə bilərsiniz. Bu şərtlə ki, onların əcrini (mehrini) verəsiniz.
الْمُحْصَناتُ مِنَ الْمُؤْمِناتِ وَ الْمُحْصَناتُ مِنَ الَّذینَ أُوتُوا الْکِتابَ مِنْ قَبْلِکُمْ إِذا آتَیْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنینَ غَیْرَ مُسافِحینَ وَ لا مُتَّخِذی أَخْدان
Bu şərtlə ki, dini qanunlar çərçivəsində olsun, aşkar zina formasında olmasın və ya aşna saxlamasın.”
Əslində ayənin bu hissəsi müsəlmanların qeyri-müsəlmanlarla evlənməsi məsələsində mövcud məhdudiyyətləri bir az da azaldır, onların əhli-kitabla izdivacına müəyyən şərtlər qoyur.
"Əhli-kitabla bütün formalarda- istər müvəqqəti istərsə də daimi formada - evlənmək icazəlidir? Təkcə müvəqqəti izdivacmı icazəlidir?" Bu sualların cavabı ilə bağlı İslam fəqihləri arasında fikir ayrılığı var.
Əhli-sünnə alimləri bu iki növ izdivac arasında heç bir fərq qoymurlar. Onların nəzərincə yuxarıdakı ayə ümumi xarakter daşıyır. Lakin şiə fəqihlərinin bir qismi ayənin yalnız müvəqqəti nikaha aid olduğuna etiqad bəsləyirlər. Əhli-beyt (əleyhimus-salam) tərəfindən çatan bəzi hədislərdə bu nəzəriyyəni təsdiq edir.
Ayədə, bu nərəziyyəni təsdiq edən bir neçə məqam var.
Birincisi, ayənin “Bu şərtlə ki, onların əcrini (mehrini) verəsiniz” cümləsində "əcr" sözü həm daim həm də müvəqqəti evliliklə əlaqədar işlənə bilər. Lakin bu söz adətən müvəqqəti evlilik barəsində işlənir. Yəni müvəqqəti nikaha daha mütənasibdir.
İkincisi, «aşkar zina formasında və ya gizli dost tapmaq şəklində olmasın» cümləsi də müvəqqəti evliliyə daha uyğundur. Çünki daimi evliliyin zina və yaxud gizli formada qeyri-qanuni dost tapmaq məsələsi ilə heç bir bənzərliyi yoxdur ki, qadağan olunsun. Bəzən məlumatsız və nadan insanlar isə müvəqqəti evliliyi zina və gizli dost tapmaqla qarışıq salırlar.
Həmçinin qeyd etmək lazımdır ki, yuxarıdakı cümlə eyni formada "Nisa" surəsinn 25-ci ayəsində də yazılıb. Bilirik ki, həmin ayə müvəqqəti evlilik barəsindədir.
Bütün bunlarla fəqihlərdən bəzisi əhli-kitabla evlənməyi mütləq formada icazəli sayırlar. Yuxarıdakı izahı, ayənin çərçivəsini məhdudlaşdırmaq və xüsusiləşdirmək üçün kafi saymır və bu zəmində bəzi hədislərə istinad edirlər. (Bu barədə daha geniş məlumat əldə etmək üçün fiqh kitablarına müraciət etməyi məsləhət görürük.)
Onu da demək lazımdır ki, bu günkü dünyada cahillik qayda-qanunlarının əksəriyyəti müxtəlif şəkillərdə yenidən meydana gəlmişdir. Belə bir tərzi-təfəkkür yaranmışdır ki, subay insanlar üçün dost qadın və ya kişi seçməyin maneəsi yoxdur. Amma bu işin İslamdan öncə cahillik dövründəki kimi gizli formada deyil, hətta aşkar formada da eybi yoxdur.
Həqiqəti desək, müasir dünya əxlaqsızlıq və fəsadda cahillik zamanını da ötüb keçmişdir. Çünki o zaman yalnız gizli şəkildə dost seçməyi icazəli bilirdilərsə, indi aşkar formada da buna etiraz edən yoxdur. Hətta həyasızcasına bununla fəxr edirlər.
Bu, açıq-aşkar əxlaqsızlıq və həyasızlıqdır. Bir çox cinayət və problemlərin əsas amilinə çevrilən bu rüsvayçı davranış, Qərbin Şərqə verdiyi nəhs töhfədir.
Onu da qeyd etmək lazımdır ki, dinimizdə əhli-kitabın yeməyindən istifadə etməyə icazə verilmir və (sadalanan şətlərlə) onlara yemək vermək də olmaz. Amma evlənmək barəsində məsələ fərqlidir. Yalnız onlardan qız almağa icazə verilir. Müsəlman qadının heç bir vəchlə əhli-kitabdan olan kişi ilə evlənməyə haqqı yoxdur. Sözü gedən ayədən də bunu başa düşmək olar.
وَ الْمُحْصَناتُ مِنَ الْمُؤْمِناتِ وَ الْمُحْصَناتُ مِنَ الَّذینَ أُوتُوا الْکِتابَ
Bunun səbəbi aydındır. Çünki qadınlar daha incə hisslərə malik olduqlarına görə öz həyat yoldaşlarının etiqadını kişilərə nisbətən daha tez qəbul edə bilərlər.
Əhli-kitabla əlaqədə olmaq və onların qadınları ilə evlənmək barəsində yuxarıdakı güzəştlər bəzi insanların bundan sui-istifadə etməsinə, bilərəkdən və ya bilməyərəkdən onlara tərəf çəkilməsinə səbəb olmasın deyə ayənin sonunda müsəlmanlar xəbərdarlıq edərək buyurur:
وَ مَنْ یَکْفُرْ بِالإیمانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَ هُوَ فِی الآخِرَةِ مِنَ الْخاسِرینَ
«İmanı dananın bütün əməlləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar.
Ayədə işarə olunur ki, sözü gedən güzəştlər sizin həyatınızda müəyyən problemləri həll etməklə yanaşı İslamın əcnəbilər arasında nüfuzuna və yayılmasına səbəb olmalıdır. Əksinə sizin onların təsiri altına düşmənizə və öz dininizdən əl çəkmənizə səbəb olmamalıdır. Belə olarsa, sizi ağır cəza gözləyir.
Ayənin bu hissəsinin təfsirində bir sıra hədisləri və nazil olma səbəblərini nəzərə almaqla başqa bir ehtimal da var. O, bundan ibarətdir ki, sözü gedən ayə nazil olanda, bəzi müsəlmanlar, əhli-kitabın yeməyi və qadınları halal elan ediləndən sonra belə bir hökmü xoşluqla qəbul etmək istəmirdilər. Quran, onlara xəbərdarlıq edir ki, Allah tərəfindən nazil olan belə bir hökmə etiraz etsələr və yaxud onu inkar etsələr əməlləri boşa çıxacaq və ziyankarlardan olacaqlar. (1)

Şərh qeydə alınmayıb