Qısa cavab:
Ətraflı cavab:
"Məcus" sözü Qurani-kərimdə yalnız bir dəfə - "Həcc" surəsinin 17-ci ayəsində deyilib. "Məcus" adı, müşriklərin əksinə olaraq səmavi dinlərin sırasında çəkildiyindən başa düşmək olur ki, onların özlərinə məxsus din, kitab və peyğəmbəri varmış.
Şübhəsiz ki, bu gün "məcuslar" Zərdüştün davamçılarına deyilir. Ən azından Zərdüştün davamçıları onların böyük hissəsini təşkil edir. Amma Zərdüştün tarixçəsi əsla məlum deyil. Bəzi tarixçilər onun həyatını bizim eradan əvvəl on birinci əsrə, digər bir qismi isəğ yeddinci və ya səkkizinci əsrlərə aid edir.
Bu az olmayan zaman intervalı, yəni beş əsr, Zərdüştün tarixçəsinin nə qədər qaranlıq olduğundan xəbər verir.
Məşhur nəqllərdə onun "Avesta" adlı kitabı olduğu, bu kitabın İsgəndərin İranı istila edən zaman aradan getdiyi və Sasani padşahları tərəfindən yenidən qələmə alındığı bildirilir.
Onların etiqadları barəsində əlimizdə olanlar o qədər də çox deyil. Bu gün onlara hər şeydən artıq şöhrət qazandıran iki xeyir və şər və yaxud nur və zülmət tanrılarına etiqad bəsləmələridir.
Onlar yaxşılıqlar və nurlar tanrısını "Ahura Mazda", şər və zülmət tanrısını isə "Əhrimən" adlandırır, dörd ünsürə, xüsusilə oda hörmət göstərirlər. Belə ki, onları atəşpərəst də adlandırırlar. Onların yaşadıqları yerlərdə irili-xırdalı atəşgahlar diqqəti cəlb edir.
Bəziləri "məcus" sözünün onların din xadimlərinə və rəhbərlərinə deyilən "moğ" sözündən götürüldüyünə inanır və iddia edirlər ki, hazırda öz din xadimlərinə verilən "möbəd" titulunun əsli "məğud" kökündəndir.
İslam hədislərində onlar haqq peyğəmbərlərdən birinin davamçıları kimi təqdim olunur, onların sonradan təkallahlıq əsaslarından döndüklərindən və şirk qatışığı olan əqidələrə üz gətirdiklərindən söz açılır.
Bəzi hədislərdə oxuyuruq: "Məkkə müşrikləri peyğəmbərə (səlləllahu əleyhi və alih) təklif etdilər ki, cizyə almaqla onlara bütpərəstliklərinə davam etməyə icazə versin. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Mən əhli-kitabdan başqa heç kimdən cizyə almıram." Onlar isə cavabında yazdılar: "Sənin belə deməyə haqqın yoxdur. Çünki sən Həcər məntəqəsinin məcusilərindən cizyə almısan."
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:
أِنَّ الْمَجُوسَ کَانَ لَهُمْ نَبِیٌّ فَقَتَلُوهُ وَ کِتَابٌ أَحْرَقُوهُ
"Məcusun peyğəmbərləri və kitabları var idi. Peyğəmbərini qətlə yetirdilər. Onun kitabını da yandırdılar."
Əsbəğ ibn Nobatədən nəql olunan digər bir hədisdə oxuyuruq:
Əli (əleyhis-salam) minbərdə buyurdu:
سَلُونِی قَبْلَ أَنْ تَفْقِدُونِی
"Məni itirməmişdən öncə məndən soruşun."
Əşəs ibn Qeys (məşhur münafiq) ayağa qalxdı və dedi: "Ey Əmirəl-möminin, məcusdan necə cizyə alına bilər ki, onlara səmavi kitab nazil olmamış və peyğəmbər gəlməmişdir?
Əli (əleyhis-salam) buyurdu:
قَدْ أَنْزَلَ اللَّهُ عَلَیْهِمْ کِتَاباً وَ بَعَثَ إِلَیْهِمْ نَبِیّاً
"Bəli ey Əşəs, Allah-taala onlara kitab bəxş etmiş və peyğəmbər göndərmişdir."
İmam Səccad, Əli ibn Hüseyndən peyğəmbərin belə dediyi nəql olunur:
سَنُّوا بِهِمْ سُنَّةَ أَهْلِ الْکِتَابِ یَعْنِی الْمَجُوسَ
"Onlarla əhli-kitabın ənənəsinə uyğun rəftar edin. Peyğəmbər, məcusu nəzərdə tuturdu."
Həmçinin diqqət etmək lazımdır ki, "məcus" sözü, "məcusi" sözünün cəm şəklidir. (1)

Şərh qeydə alınmayıb