Qısa cavab:
Ətraflı cavab:
Cizyə, İslami qaydaya əsasən adambaşına veriləcək bir növ vergidir. Bu vergi əmlak və əraziyə deyil yalnız insanlara düşür. Başqa sözlə desək, cizyə "adambaşına düşən illik vergidir.” Bəzi alimlər demişlər ki, bu sözün kökü qeyri-ərəbidir və qədim fars dilində vergi mənasını verən "gizyət" kəlməsindən götürülmüşdür. Gizyət, ordunun saxlanması üçün yığılan vergiyə deyilirdi. Lakin çoxları bu qənaətə gəlmişlər ki, bu söz xalis ərəb sözüdür və "cəza" (əvəz, mükafat) sözündən götürülmüşdür. Yəni, sözü gedən vergi İslam hökumətinin dini azlıqlar üçün yaratdığı təhlükəsizliyin əvəzidir. Cizyə, islamdan öncə də ölmüşdür. Bəziləri demişlər ki, cizyəni yaradan ilk şəxs, sasani şahı Ənuşirəvandır. Bu məsələ dəqiq olmasa belə, ən azı Ənuşirəvanın öz xalqından cizyə alması məlumdur. Hökumət işçisi olmayan, yaşı iyirmidən yuxarı və 50-dən aşağı olan hər bir kəsdən adambaşı fərqli olaraq 12, 8, 6 və ya 4 dirhəm vergi alınırdı. Bu verginin mahiyyəti haqqında belə yazmışlar:
Bir ölkənin varlığını, müstəqilliyini və təhlükəsizliyini qorumaq, ölkənin bütün vətəndaşlarının vəzifəsidir. Ona görə də vətəndaşların bir hissəsi praktiki olaraq bu vəzifəni yerinə yetirsə, digər hissəsi iş-güclərinə görə ordu sıralarında ola bilməsə, ikinci dəstənin vəzifəsi budur ki, döyüşçülərin və təhlükəsizliyin keşiyində duranların xərclərini "illik adambaşı vergi" formasında ödəsin. Cizyənin İslamdan öncə və sonra belə bir mahiyyət daşıdığını təsdiq edən tarixi faktlar var. Ənuşirəvan şahin dövründə cizyə verənlərin yaş qrupu (20 yaşdan 50 yaşadək) bu iddianın sübutudur. Çünki bu yaşda olan şəxslər əslində silah daşıyan, ölkənin istiqlal və təhlükəsizliyinin təminində iştirak edə biləcək insanlardır. Onlar peşələrinə görə xidmətin əvəzinə cizyə verməli olurdular. Digər bir fakt, İslam dinində cizyənin müsəlmanlara vacib olmamasıdır. Çünki cihad hamıya vacibdir və lazımi şəraitdə hamı bir nəfər kimi müharibə meydanında düşmənlə üz-üzə durmalıdır. Amma dini azlıqlar cihadda iştirak etməkdən azad olduqlarına görə onun yerinə cizyə ödəməlidirlər ki, bu yolla sabit və asudə yaşadıqları İslam ölkəsində təhlükəsizliyinin təmin olunmasında onların da səhmləri olmuş olsun. Dini azlıqların uşaqlarının, qadınlarının, qocalarının və gözləri görməyənlərinin cizyə hökmündən azad olması bu müddəanın digər dəlillərindəndir. Deyilənlərdən aydın olur ki, cizyə yalnız bir növ maliyyə yardımıdır. Bu yardım əhli-kitab tərəfindən onların can və əmlaklarının təhlükəsizliyinin təmini məqsədilə müsəlmanların öz üzərinə götürdükləri məsuliyyətin əvəzində ödənir. Ona görə də cizyəni bir növ "itaət haqqı" təsəvvür edənlər, onun əsl mahiyyətinə diqqət yetirməyib. Onlar bu həqiqətə diqqət etməmişlər ki, əhli-kitab əhli-zimmə şəklinə düşən kimi İslam hökuməti onları hər hansı hücum və təcavüzdən qorumağı öz öhdəsinə götürməlidir. Onlar təhlükəsizliyin qarşılığında cizyə ödəməkdən başqa, müharibədə döyüşmək, təhlükəsizlik və müdafiə işlərində yaxından iştirak etmək kimi heç bir vəzifə daşımırlar. Buradan aydın olur ki, onların İslam hökuməti qarşısında məsuliyyəti müsəlmanlardan qat-qat azdır. Yəni, onlar ildə cüzi məbləğdə pul ödəməklə İslam hökumətinin bütün məziyyətlərindən istifadə edə bilər və müsəlmanlarla bərabər şəraitdə yaşaya bilərlər. Onlar, bədbəxt hadisələr və təhlükə ilə üzləışmirlər. Bu fəlsəfəni təsdiq edən faktlardan biri də İslam hökuməti zamanında müsəlmanlarla əhli-kitab arasında cizyə haqqında imzalanan müqavilələrdir. Bu müqavilələrdə deyilir ki, əhli-kitab cizyə verməlidir. Əvəzində isə müsəlmanlar onların təhlükəsizliyini təmin etməlidir. Hətta xaricdən düşmənlər onların hüdudlarına təcavüz etsə, İslam hökuməti onları müdafiə edəcəkdir. Belə müqavilələrin sayı çoxdur. Nümunə üçün onlardan birini burada qeyd edirik. Xalid ibn Vəlidin, Furat çayının ətrafında məskunlaşmış xristianlarla bağladığı əhdnamə belədir:
هذا کِتابٌ مِنْ خالِدِ بْنِ وَلِیْد لِصَلُوبَا بْنِ نَسْطُونَا وَ قَوْمِهِ، اِنِّى عاهَدْتُکُمْ عَلَى الْجِزْیَةِ وَ الْمَنَعَةِ، فَلَکَ الذِّمَّةُ وَ الْمَنَعَةُ، وَ ما مَنَعْناکُمْ فَلَنَا الْجِزْیَةُ وَ اِلاّ فَلا، کُتِبَ سَنَةَ اثْنَتَىْ عَشْرَةَ فِى صَفَر
"Bu, Xalid ibn Vəlid tərəfindən (xristianların rəhbəri) Nəstunanın oğlu Səlunaya və camaatına yazılmış məktubdur. Mən sizinlə cizyə və müdafiə haqqında əhd-peyman bağlayıram. Onun müqabilində siz bizim himayəmizdəsiniz. Nə qədər ki, bir sizi himayə edirik cizyə almaq haqqımız var. Əks təqdirdə haqqımız olmayacaq. Bu əhdnamə hicri təqvimi ilə 12-ci il səfər ayında qələmə alındı."
Əhdnamənin maraqlı hissəsindən biri də budur: "Onların himayəsində səhlənkarlığa yol verilsə, cizyə onlara qaytarılacaq və ya ümumiyyətlə onlardan almayacaq."
Bu məsələyə də diqqət etmək lazımdır ki, cizyənin müəyyən əndazəsi yoxdur. Onun miqdarı cizyə verənlərin imkanına bağlıdır. İslam tarixində diqqət çəkən məsələlərdən biri də adətən cizyənin miqdarının cüzi olmasıdır. Bu məbləğ bəzən ildə təxminən bir dinardan keçmirdi. Hətta bəzən müqavilələrdə qeyd olunurdu ki, cizyə verənlər öz imkanları daxilində cizyə ödəsinlər. (1)

Şərh qeydə alınmayıb