PEYĞƏMBƏRİN CANİŞİNLƏRİNİN ALLAH TƏRƏFİNDƏN TƏYİN EDİLMƏSİ

Qurani-Kərim İmamın (ə) Allah tərəfindən təyin olunmasını təsdiq edirmi?

Qurani-kərimin ayələrinə nəzər salmaqla aydın olur ki, keçmiş peyğəmbərlərin canişinləri də mütəal Allah tərəfindən təyin olunub. Məsələn, “Ənbiya” surəsinin 70-ci ayəsində deyilir ki, “Və onları insanlara imamlar – rəhbərlər qərar verdik ki, Bizim fərmanımızla (insanları) hidayət edirdilər.

QURANİ-KƏRİMƏ GÖRƏ “MÜKAŞİFƏ VƏ İNTUİSİYA”NİN BİR BİLİK QAYNAĞI KİMİ ETİBARLIĞI

Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?

“Ənam” surəsinin 75-ci ayəsində həzrət İbrahimin (ə) səma və yer mələkutunu (səltənətini) müşahidəsindən söz açır, hansı ki, bu yalnız mükaşifə və şühud ilə mümkündür. “Tövbə” surəsinin 105-ci ayəsi bu həqiqəti bəyan edir ki, Peyğəmbər (s) və möminlər insanların yaxşı və pis əməllərini görən dərk edəcəklər. “Nəcm” surəsində – bir qrup təfsirçilərin əqidəsinə əsasən – Peyğəmbərin (s) Cəbraili görməsinə işarə edilir, başqa bir dəstənin rəyinə görə Həzrət Məhəmməd peyğəmbər (s) Allahın müqəddəs zatını müşahidə edir.

 

“Təkasur”, “Furqan”, “Ənfal”, “Yusif” və “Məryəm” surələrində də mükaşifə və intuisiyaya işarə edilib.

“HUD” SÜRƏSİNİN 17-Cİ AYƏSİNDƏ DEYİLƏN ŞAHİD KİMDİR?

“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?

Əksər təfsirçilərin fikrincə, “şahid” kəlməsi həzrət Əlinin (ə) adı ilə bağlıdır. Eyni zamanda, ayə bütün həqiqi möminlərə, Əbuzərlərə, Salmanlara və Əmmar Yasirlərə də şamildir. Ayənin bu iki mənaya aid edilməsi heç bir ziddiyyət təşkil etmir. Yəni, burada məqsəd bir qrupdur və onların öndəri isə məhz o seçilən şəxsdir.

QURAN BAXIMINDAN AĞLIN FƏALİYYƏT VƏ FUNKSİYASI

Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?

Quranın bəyanına əsasən, ağlın fəaliyyət və funksiyası bunlardan ibarətdir:
1- Zikir: unutqanlığın antonimi kimi;
2- Fikir: düşünmək və ağılın fəaliyyəti;
3- Fiqh: dərk və dəlil əsasında elm əldə etmək;
4- Şüur: elm, bilgi və daxili hiss;
5- Bəsirət: idrak qüvvəsi və elm;
6- Dirayət: elm, savad və zəka.
Quranda ağıl üçün işlədilən, elm və idrak məfhumunu çatdıran bütün sözlər elmin prizmalarından birinə işarə edir və ona uyğun şəkildə istifadə edilmişdir.
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الامامُ علىٌّ(عليه السلام)

بالصَّدَقِة تُفْسَحُ الآجالُ

با صدقه دادن، عمرها طولانى مى شود

ميزان الحکمه، جلد 1، ص 48