qurani krim24 Material

HƏZRƏT ZƏHRANIN (ə) HƏYATINDA ZÖHDÜN TƏZAHURU

Həzrət Zəhranın (s) həyatındakı zöhd necə idi?

Ənəs ibn Malikdən belə nəql olunur:
Bir gün Bilal sübh namazı üçün Peyğəmbərin (sallallahu əleyhi və alih) xidmətinə gec gəldi. Allahın Rəsulu:
−Nə üçün gec gəldin? – deyə soruşdu.
Bilal:
−Fatimənin (əleyhis-salam) evinin yanından keçirdim. O, əli ilə un üyüdürdü, uşağı da ağlayırdı. Mən ona dedim: “İcazə versəniz, mən unu üyüdərəm, siz də uşağı sakitləşdirin, ya da icazə verin mən uşağı sakitləşdirim siz də unu üyüdün.” O dedi: “Mən uşağa sizdən daha mehribanam”. (Mən unu üyütməyə başladım, o da uşağını sakitləşdirdi.) Ona görə bura gec gəldim, − deyə cavab verdi.  

DİGƏR DİNLƏRƏ İNANANLARIN AQİBƏTİ

Digər dinlərə inananların hamısı cəhənnəmə gedəcəkmi?

İnsanları bu baxımdan dörd qismə bölmək olar:
 

1. Haqq-həqiqəti axtaranlardır. Onlar nicat tapacaq.

2. Qasir cahillərdir. Üzrləri Qiyamət günü qəbul olunacaq.

3. Müqəssir cahillərdir. Üzrləri Qiyamət günü qəbul olunmayacaq.

4. Bilərəkdən haqqa qarşı çıxanlar. Haqqa tabe olmadıqları təqdirdə Qiyamət günü ilahi əzabla üzləşəcəklər.

ZƏNN VƏ GÜMANA ƏSASLANMAQ

Güman əsasında iş görməyə icazə verilirmi?

Quran ayəsində deyilir: “Dəqiq bilmədiyin bir şeyə istinad etmə”.

Bir şeyi dəqiq bilmədən o haqda şahidlik etmə, dəqiq bilmədiyinə etiqad bəsləmə. Dəqiq olmayanlara əsaslanmaqdan çəkindirməyin geniş mənası vardır. Əqidəvi məsələlər, danışıq, şahidlik, hakimlik və əməllərə şamil olur. Bu baxımdan hər şeyi tanımaq üçün ölçü vahidi elm və yəqindir. Elm və yəqindən başqa heç bir şeyə, istər zənn və gümana, istər təxminə, istərsə də şəkk və ehtimala etimad etmək olmaz.
 

HƏZRƏT ZƏHRANIN (ə) HƏYATINDA İFFƏT

Həzrət Zəhranın (s) həyatında iffətin əlamətləri nə idi?

Rəvayətə görə peyğəmbər (s) bir gün o öz yoldaşlarına üzünü tutub soruşdu:

Qadınlar üçün hər şeydən yaxşı nədir?
Səhabələr nə cavab verəcəklərini bilmədilər.
Əli (ə) Fatimənin (ə) yanına gəlib bu məsələni ona xəbər verdi.
Xanım Fatimə (ə) dedi:
Nə üçün demədin ki: Hər şeydən yaxşı budur ki, onlar naməhrəm kişiləri görməsinlər və naməhrəm kişilər də onları görməsin.

“QÜDRƏT” QANUNU (BURHANI)

“Qüdrət” qanunu məada necə dəlalət edir?

Bu nəhəng kainat, bütün sabit və hərəkətdə olan ulduzlar, həmçinin bu yer, bütün təbiəti və canlı varlıqları, bərəkət və nemətləri ilə sanki, yaradanın qüdrətinə canlı şahiddir.
Bütün bunları yaratmağa qadir olan bir varlıq insanı ölümündən sonra həyata qaytarmaqdan aciz ola bilməz. Bu eynilə sözügedən “Qüdrət qanunu”dur.

AXİRƏTİ İNKAR EDƏNLƏRİN ƏQİDƏSİ

Axirət dünyasını qəbul etməyənlərin ruhun qalması haqqında əqidələri nədən ibarətdir?

Bütpərəstlərin bir qrupu nə Allahı qəbul edir, nə də axirətə etiqad bəsləyirdilər. Quran onların dilindən belə nəql edir:
“Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; bir dəstə ölür, bir dəstə onların yerini tutur və bizi yalnız təbiət qanunu öldürür." Onların bir qrupu isə Allahı qəbul edirdilər və bütləri onun dərgahında şəfaətçilər sanırdılar. Bütün bunlarla məadı inkar edirdilər. Xüsusilə, onların “Hamə” adlı quşlara olan etiqadı çox məşhurdur. Ərəb əfsanələrinə görə, ərəblər arasında bir çox insanlar inanırdılar ki, insan ruhu bir quşdur və onun bədənində yayılmışdır. İnsan dünyadan gedəndə və yaxud öldürüləndə ruh onun cismindən ayrılaraq cəsədinin ətrafına dəhşətli şəkildə təvaf edir (fırlanır) və onun qəbrinin yanında nalə çəkir.

AXİRƏTİ İNKAR EDƏNLƏRİN DƏLİLLƏRİ

Məadı inkar edənlərin sözü nədir? Qurani-Kərim onlara necə cavab verir?

Qurani-Kərimdə axirəti inkar edənlərin dilindən deyilir: “Məgər biz öləndən, torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!” Sonrakı ayə onların cavabını bəyan edərək buyurur: De: “Sizə müvəkkil olan ölüm mələyi sizin ruhunuzu bədəninizdən alar, sonra öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”
Yəni təsəvvür etməyin ki, sizin şəxsiyyətiniz sizin cismani bədəninizdən ibarətdir. Əksinə sizin şəxsiyyətinizin əsas hissəsini ruh təşkil edir. Ruh əbədidir.


 

AXİRƏTİ İNKAR EDƏNLƏRİN DƏLİLLƏRİ

Axirəti inkar edənlərin dəlilləri Quranda necə bəyan olunur?

Quran ayələrində bəyan olunduğu kimi məadı (axirəti) rədd edənlər adətən üç məsələyə əsaslanırlar:

1) Qiyamət gününü həyata keçirmək qabiliyyətinə kim malikdir?
2) Qiyamət günü nə vaxt baş verəcək?

3) Qiyamət günü kim tərəfindən baş verəcək və bizi yeni həyata kim qaytaracaq?

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

‏عن موسى بن جعفر (عليه السلام) قال:

و لا تأخذوا من تربتى شيئا لتبرکوا به فأن کل تربة لنا محرمة الا تربة جدى الحسين بن على عليهما السلام فأن الله عزوجل جعلها شفاء لشيعتنا و أوليائنا.

جامع الاحاديث الشيعه، ج 12، ص