Qısa cavab:
Ətraflı cavab:
Qurani-kərim "Loğman" surəsinin 34-cü ayəsində Allaha məxsus elmlərdən söz açır:
إِنَّ اللّهَ عِنْدَهُ عِلْمُ السّاعَةِ
«Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır.»
وَ یُنَزِّلُ الْغَیْثَ
«Yağışı (göydən) O yağdırır. (Yağmurun bütün xırdalıqlarına agahdır.)»
وَ یَعْلَمُ ما فِی الأَرْحامِ
«(Analarının) bətnlərindəki balalar (və onların bütün xüsusiyyətləri) ona məlumdur.»
وَ ما تَدْرِی نَفْسٌ ما ذا تَکْسِبُ غَداً
«Heç kəs sabah nə edəcəyini bilmir.»
وَ ما تَدْرِی نَفْسٌ بِأَیِّ أَرْض تَمُوتُ
«Heç kəs hansı torpaqda öləcəyini bilmir.»
إِنَّ اللّهَ عَلِیمٌ خَبِیرٌ
«Allah bilən və xəbərdardır.»
Bundan əlavə sözü gedən ayənin bəyan tərzindən başa düşmək olar ki, qiyamətin qopacağı zaman, yağışın yağması, anaların bətnlərində olanlar, insanın gələcəkdə gördüyü işlər, onun öləcəyi yer haqqında biliklər Allahın ixtiyarındadır və heç kəs ona əl tapa bilməz. Bu ayəni təfsir edən hədislərdə də bu həqiqətə toxunulub.
Hədislərin birində deyilir:
ِانَّ مَفاتِیْحَ الْغَیْبِ خَمْسٌ لایَعْلَمُهُنَّ اِلاَّ اللّهُ و قَرَأَ هذِهِ الْآیَةَ
"Qeybin beş açarı var və onları Allahdan başqa bir kəs bilməz." Sonra sözü gedən ayəni tilavət edilib.
"Nəhcul-bəlağə" də digər bir hədisdə oxuyuruq:
Həzrət Əli (əleyhis-salam) gələcəkdən xəbər verəndə səhabələrindən biri ondan:
– Ey Əmirəlmöminin, qeybdən danışırsan? Sən qeyb elmini bilirsənmi? – deyə soruşdu.
İmam gülümsəyərək "Bəni-kəlb" tayfasından olan bu kişiyə cavab verdi:
– Ey Kəlbi qardaş! Bu, qeyb elmi deyil, bir alimdən (yəni, peyğəmbərdən səlləllahu əleyhi və alihdən) öyrənilmiş məlumatlardır. Qeyb elmi yalnız qiyamət barəsində olan və Allahın bu ayədə sadaladıqlarıdır... , – dedi və ayəni oxuduqdan sonra, – Allah-taala bətnlərdə qız və ya oğlan, gözəl və ya çirkin, səxavətli və ya paxıl, xoşbəxt və ya bədbəxt olduğunu, kimin cəhənnəm atəşində yanacağını, kimin cənnətə gedəcəyini və kimin peyğəmbərin dostu olduğunu bilir. Bütün bunlar qeyb elmidir və Allahdan başqa onu heç kəs bilməz. Qalan bilikləri isə Allah öz peyğəmbərinə təlim etmiş və o da mənə öyrətmişdir. Mənim üçün dua etmişdir ki, Allah bu elmləri mənim sinəmdə yerləşdirsin. Vücudumu onunla doldursun.
Bu hədisdən aydın olur:
İnsanın bu “beş məsələ”-dən məlumatsızlığı, onların xüsusiyyətidir. Misal üçün, əgər bir gün – hələ o gün yetişməyib, – insanın əlində rüşeymin oğlan və ya qız olacağını tam müəyyən edə bilən cihazlar olsa, yenə də bu heç nə demək deyil. Çünki rüşeym barəsində məlumat əldə etmək, onun bütün cismani xüsusiyyətlərini, gözəl və çirkik, sağlam və xəstə olması, daxili potensiallarını, elmi, fəlsəfi, ədəbi qabiliyyətini və onun sair ruhi keyfiyyətlərini bilmək demək deyil. Bu məsələ Allahdan başqası üçün mümkünsüzdür..
Həmçinin yağışın haçan yağacağını, hansı məntəqəni əhatə edəcəyini, dəqiq formada nə qədər okeana, nə qədər səhraya, nə qədər dağa, çöllərə yağacağını Allahdan başqa kimsə bilmir.
Sabah və növbəti günlərdə baş verəcək olayları, onların xüsusiyyət və təfərrüatını da bilmək bu qəbildəndir. .
Adətən bu barədə aktual olan sualların cavabını da bu şəkildə vermək olar. Sualda deyilir:
Biz tarixin səhifələrində və müxtəlif hədislərdə oxuyuruq ki, imamlar (əleyhimus-salam), hətta imam olmayan bəzi övliyalar öz ölümlərindən xəbər vermiş, dəfn olunacaq yeri göstərmişlər. O cümlədən dəfələrlə hədislərdə peyğəmbərin (səlləllahu əleyhi və alih), Əmirəl-mömininin (əleyhis-salam), və keçmiş peyğəmbərlərin İmam Hüseynin (əleyhis-salam) və onun yavərlərinin Kərbəla torpağında şəhid olacaqları barədə məlumat verdiyinin şahidi olmuşuq.
"Üsuli-Kafi" kitabında imamların (əleyhimus-salam) öz vəfatlarının zamanından xəbərdar olduqları barədə bir fəsil var.
Cavab:
Onları, təfərrüatı ilə bilmək Allahın pak zatına məxsusdur. Lakin sayılanların bir qismini Allahın təlimi ilə qısa formada bilmək heç də bu məsələdə ziddiyyət təşkil etmir.
Digər tərəfdən də qeyd etdiyimiz kimi həmin qısa məlumat da müstəqil formada deyil, asılı və təlim vasitəsilədir. Allahın təlimi ilə, Onun istədiyi və məsləhət bildiyi miqdarda verilir.
Hədislərin birində bu məsələyə toxunulur:
قَالَ: لا، وَ لَکِنْ إِذَا أَرَادَ أَنْ یَعْلَمَ الشَّیْءَ أَعْلَمَهُ اللَّهُ ذَلِکَ
İmam Sadiqin (əleyhis-salam) səhabələrindən biri soruşdu:
– İmam qeyb elmini bilirmi?
İmam cavab verdi:
– Xeyir, imam qeyb elmini (müstəqil formada) bilmir. Amma nə isə bilmək istəsə, Allah ona öyrədər.(1)

Şərh qeydə alınmayıb