Qısa cavab:
Ətraflı cavab:
"Rəd" surəsinin 39-cu ayəsi bu sualın cavabı ola bilərmi? Allah-taala həmin ayədə buyurur:
یَمْحُوا اللهُ مَا یَشَاءُ وَیُثْبِتُ وَعِنْدَهُ أُمُّ الْکِتَابِ
«Allah istədiyini məhv edir və istədiyini saxlayır, ümmül-kitab (Lövhi-Məhfuz) Onun yanındadır.»
Yuxarıdakı ayədə "Allah istədiyini məhv edir və istədiyini saxlayır” cümləsi möcüzələr və peyğəmbərlərə gələn səmavi kitablar barəsində olsa da ümumi bir qanunu bəyan edir. Müxtəlif İslam mənbələrində bu qanundan söz açılıb. Qanun belədir:
Dünyada müxtəlif hadisə və varlıqlar iki mərhələdə yaranır. Birinci mərhələ qət`i, digəri isə qeyri-qət`i və başqa sözlə şərtidir. Birinci mərhələdə heç bir dəyişiklik və qeyri-sabitliyin olması mümkün deyil. İkincisin də isə dəyişiklik mümkündür. Ona, “məhv və isbat” da deyilir.
Bəzən də bu ikisini "lövhi məhfuz" və "məhv və isbat lövhəsi" adlandırırlar. Sanki lövhələrin birində nə yazılsa daha heç bir vaxt dəyişə bilməz. Amma digərinə nə yazılsa sonra silinib yerinə başqa bir şey yazıla bilər.
Amma həqiqətdə məsələ belədir ki, bəzən bir hadisəni onun naqis səbəbləri ilə nəzərdə tuturuq. Məsələn, adi halda insanı öldürə bilən zəhəri nəzərdə tutub deyirik:
Onu qəbul edən şəxs mütləq öləcək. Amma bu həqiqətdən xəbərimiz yoxdur ki, həmin zəhərin zərərləşdirən dərman da var. Zəhərdən dərhal sonra o dərmanı qəbul etsə zəhərin təsirini aradan qaldıracaq. (Bəzən mümkündür ki, zəhərin çarə olduğu bilək. Lakin istəmədiyimizə və ya şəraitə görə onu söyləməmiz də mümkündür.)
Diqqət etsək, burada bu hadisə, yəni zəhəri içməyə görə ölüm qəti deyil və onun yeri "məhv və isbat" lövhəsinə aid bir məsələdir. Digər hadisərlərlə müqayisədə onun dəyişkən olması mümkündür. Amma hadisə üçün (“illəti-tammə”) onu gerçəkləşdirə biləcək bütün lazımi şəraitinin olması və bütün maneələrin aradan getməsini nəzərdə tutsaq (yuxarıdakı misalda ona işarə etdik; zəhər, onu zərərizləşdirən dərmanla birlikdə içilməməsi nəzərdə tutulur) ("Təfsiri nümunə", cild 10, səh. 283)
Xoşbəxtlik və bədbəxtlik də mütləq baş verəcək və qaçılmaz bir məsələ deyil. Hətta əgər insan bədbəxtlərin sırasında yer almasına səbəb ola biləcək işlər görmüşdürsə də öz mövqeyini dəyişməklə – yaxşı əməllərə xüsusilə də insanlara kömək etməklə, onların xidmətində olmaqla öz taleyini dəyişə bilər. Çünki bu məsələlərin yeri ümmül-kitab yox, “məhv və isbat” lövhəsidir.
Diqqət etmək lazımdır ki, yuxarıdakı hədisdə qeyd olunanlar ayədə deyilənlərin misal şəklində bəyan olunan bir hissəsidir.
"Məhv və isbat", sadalandığı kimi geniş mənaya malikdir. Şəraitin dəyişməsi və ya maneələrin yaranması ilə baş verən hər hansı dəyişkənlir də ona şamil olur. Bəzi təfsir alimləri bu məsələni hansısa bir nümunəyə tətbiq edir, məsələn, deyirlər ki, bu cümlədə tövbə etməklə günahların məhv olması və yaxud şəraitin dəyişməsi ilə ruzinin azalıb-çoxalması nəzərdə tutulur. Amma bu fikir düzgün deyil. Bir nümunəni bəyan etmək məqsədi olsa, onu istisna etmək olar. (1)

Şərh qeydə alınmayıb