Qısa cavab:
Ətraflı cavab:
Bu sualın cavabını vermək üçün bu məsələyə diqqət yetirmək lazımdır; imtahan anlayışı, Allah üçün bir başqadır və bizim imtahanlarla çox fərqlidir.
Bizim imtahanlar, daha çox tanımaq və məchulu aradan qaldırmaq üçündür. Amma ilahi imtahan həqiqətdə tərbiyə etmək və yetişdirmək üçündür.
İzah:, Quranda “İmtahan” sözü Allahla bağlı olaraq iyirmi dəfədən çox deyilib. İmtahan Allahın ümumi qanunu və daimi sünnətidir. Allah-taala bəndələrinin gizli istedadlarını çiçəkləndirmək (potensialdan reallaşdırmaq) və nəticədə onları yetişdirmək üçün imtahana çəkir.
Yəni, poladı daha möhkəm etmək üçün necə kürəyə qoyub döyürlərsə, insanı da çətin olayların kürəsində yetişdirirlər ki, dözümlü olsun. Gerçəkdə İlahi imtahan təcrübəli bir bağbanın işinə bənzəyir. O, potensialı olan toxumları hazır torpaqlara səpir. Bu toxumlar təbii nemətlərdən istifadə etməklə cücərməyə və inkişaf etməyə başlayırlar.
Tədricən çətinliklərlə mübarizə aparır və problemlərlə döyüşür, şiddətli tufanlara, qılınc kimi şaxtaya, boğucu istilərə sinə gərirlər ki, gözəl bir çiçək, yaxud iri gövdəli, bəhrəli bir ağac kimi yetişib çətin hadisələr qarşısında öz həyatına davam etsinlər.
Əsgərlər hərbi hazırlıq məqsədilə süni müharibə və manevrlərə cəlb edilir ki, aclıq, susuzluq, isti, soyuq, çətinliklər və maneələr qarşısında möhkəm və dözümlü olsunlar.
İlahi imtahanların mənası da elə budur.
Qurani-kərim bu məsələyə belə aydınlıq gətirir:
وَ لِیَبْتَلِیَ اللّهُ ما فی صُدُورِکُمْ وَ لِیُمَحِّصَ ما فی قُلُوبِکُمْ وَ اللّهُ عَلیمٌ بِذاتِ الصُّدُور
«Bu onun üçündür ki, Allah sizin sinələrinizdə məxfi olanı yoxlasın və qəlblərinizdə olanı tam xalisləşdirsin. Allah ürəklərinizdə olanı biləndir.» (1)
Əmirəl-möminin Əlinin (əleyhis-salam) İlahi imtahanlar barəsində qiymətli sözləri var. O, buyurur:
وَ إِنْ کانَ سُبْحانَهُ أَعْلَمَ بِهِمْ مِنْ أَنْفُسِهِمْ وَ لَکِنْ لِتَظْهَرَ الأَفْعالُ الَّتِی بِها یُسْتَحَقُّ الثَّوابُ وَ الْعِقاب
"Allah öz bəndələrinin əhval-ruhiyyəsi ilə onların özlərindən daha çox tanışdır. Amma mükafat və cəzanın meyarı olan yaxşı və pis əməllər üzə çıxsın deyə onları imtahan edir."
Yəni, insanın daxili sifəti öz-özlüyündə savab və ya cəza üçün meyar ola bilməz. Yalnız insanın əməlləri timsalında özünü göstərdiyi zaman ona savab və ya cəza vermək olar. Allah-taala bəndələrini yoxlayır ki, daxillərində olanları əməl şəklində aşkara çıxarsınlar, qabiliyyətlərini potensial formadan reallığa çevirsinlər ki, onun cəza və ya mükafatına səbəb olsun.
İlahi imtahan olmasaydı bu qabiliyyətlər çiçəklənməz, insanın vücud ağacının budaqlarından əməl meyvələri asılmazdı. İslam məntiqində İlahi sınağın da mənası elə budur. (2)

Şərh qeydə alınmayıb