Qısa cavab:
Ətraflı cavab:
Bu sualın cavabını "Yunis" surəsinin 61-ci ayəsində axtarmaq olar. Allah-taala bütün mövcudata Öz elminin ehtivasını, yerdə-göydə olan varlıqların hər zərrəsindən və bəndələrinin əməllərinin xırdalıqlarından xəbərdar olmasını anlatmaq üçün buyurur:
وَ ما تَکُونُ فی شَأْن وَ ما تَتْلُوا مِنْهُ مِنْ قُرْآن وَ لاتَعْمَلُونَ مِنْ عَمَل إِلاّ کُنّا عَلَیْکُمْ شُهُوداً إِذْ تُفیضُونَ فیهِ
«Hər hansı halda və işdə olsan, Qur’andan hər bir miqdar oxusan və hər hansı işi görsəniz, ona məşğul olduğunuz zaman Biz orada hazır və sizə şahidik.»
"Şühud" sözü "şahid" sözünün cəm formasıdır. Mənası "gözlə", "qəlblə" və "fikirlə" müşahidə etməklə yanaşı hazır olmaq deməkdir. Onun cəm formasında ifadə olunması Allahla bərabər insanların əməllərini nəzarətdə saxlayan itaətli mələklərin də bu işlərin hamısına agah, şahid olduqlarına bir işarədir.
Sonra, Allahın hər şeydən xəbərdar olmasını daha da təsdiqləyək buyurur:
وَ ما یَعْزُبُ عَنْ رَبِّکَ مِنْ مِثْقالِ ذَرَّة فِی الأَرْضِ وَ لا فِی السَّماءِ وَ لا أَصْغَرَ مِنْ ذلِکَ وَ لا أَکْبَرَ إِلاّ فی کِتاب مُبین
«Nə yerdə və nə göydə zərrə (ağırlığı) qədər də bir şey sənin Rəbbindən gizli deyildir. Və ondan kiçik və böyük elə bir şey yoxdur ki, aşkar kitabda (lövhi-məhfuzda)yazılmamış olsun.»
Allah təbarək və taala, sözü gedən ayədə Öz elminin genişliyindən söz açarkən üç məsələyə toxunur:
Hər hansı halda və işdə,
hansı ayəni tilavət etsən,
hansı işi görsəniz, biz sizə şahid və nazirik.
Bu üç ifadə əslində insanın fikir, danışıq və əməllərinə bir işarədir. Yəni, Allah-taala bizim əməllərimizi gördüyü kimi sözlərimizi də eşidir, niyyət və fikirlərimizdən də xəbər tutur. Bunlardan heç biri Allahın elmi əhatəsi xaricində deyil.
Sözsüz ki, burada ilk olaraq insanın niyyəti və ruhi vəziyyəti, sonra isə danışıq və sözlər nəzərdə tutulur. Daha sonra, davranış və əməllərə növbə çatır. Ayədə də bu ardıcıllıq diqqəti cəlb edir.
Həmçinin, sözü gedən ayədə bütün müsəlmanlar üçün ibrət dərsi var.
Bu dərs onların hamısını haqq yolunda sabit-qədəm edə, onları azğınlıq və büdrəməkdən saxlaya bilər.
Bu dərsə diqqət etmək ictimai mühiti saflıq və mənəviyyata yönəldər. Bu dərs belədir:
Bu həqiqətə diqqət etmək lazımdır ki, yalnız Allahın pak zatı deyil, Onun mələkləri də atdığımız hər addıma, dediyimiz hər bir sözə, beynimizdə yaratdığımız hər bir düşüncəyə, tamaşa etdiyimiz hər hansı bir mənzərəyə, düşdüyümüz bütün hallara nəzarət edir, bizi gözdən qoymurlar. Yer və göydə baş verən ən kiçik hərəkət belə Ondan yayınmır. Bunların hamısı lövhi-məhfuzda qeyd olunur. Bu qeydlərdə səhv, xəta, dəyişiklik ola bilməz. Bütün bunlar Allahın tükənməz məlumat səhifəsində, insanların əməllərini qələmə alan müqərrəb mələklərin hafizəsində, bizim nameyi-əməlimizdə qeyd olunur.
Məhz burada, İmam Sadiqdən (əleyhis-salam) nəql olunan bir hədis daha yaxşı mənalanır:
کانَ رَسُولُ اللّهِ إِذا قَرَأَ هذِهِ الآیَةُ بَکى بُکاءً شَدِیداً
“Peyğəmbər (səlləllahu əleyhi və alih) bu ayəni tilavət edən zaman bərk ağlayardı.”
Peyğəmbər (səlləllahu əleyhi və alih) bütün ixlas, bəndəlik, bəşəriyyətə göstərdiyi bütün xidmət və Xaliqə etdiyi ibadətlərlə Allahın (hər şeydən xəbərdar oldğunu bilib) elminin qarşısında öz əməllərindən qorxurdusa, bizim və başqalarının vəziyyəti məlumdur. (1)

Şərh qeydə alınmayıb