Qısa cavab:
Ətraflı cavab:
"Ümm" sözü lüğət kitablarında hər şeyin əsli və əsası deməkdir. Ona görə də ərəblər, anaya "ümm" deyirlər. Çünki ana, ailənin özülü və uşaqların pənahıdır. Bu üzdən "ümmül-kitab" (ana kitab) bütün səmavi kitabların əsli və əsası olan kitaba deyilir. Bu, Allah dərgahında hər hansı dəyişiklik və təhrifə məruz qalmayan lövhədir. Bütün keçmiş, gələcək olaylar və bütün səmavi kitablar onun üzərində yazılıb. Heç kəsin ondan məlumatı yoxdur. Yalnız Allah nəyinsə üstünü açmaq istəsə onu faş edər.
"Ümmül-kitab" sözü Quran üçün böyük bir vəsfdir. O, haqqın sonsuz elmindən sərçeşmə tapır, əsli və əsası onun yanındadır. (1)
"Ümmül-kitab" sözü Quran üçün böyük bir vəsfdir. O, haqqın sonsuz elmindən sərçeşmə tapır, əsli və əsası onun yanındadır. (1)
Şərh qeydə alınmayıb