Qısa cavab:
Ətraflı cavab:
İmam Əli (əleyhis-salam) "Nəhcul-bəlağə"nin 23-cü xütbəsinin son sətirlərində buyurur:
أَلاَ لاَیَعْدِلَنَّ أَحَدُکُمْ عَنِ الْقَرَابَةِ یَرَى بِهَا الْخَصَاصَةَ(1) أَنْ یَسُدَّهَا بِالَّذِی لایَزِیدُهُ إِنْ أَمْسَکَهُ وَ لاَیَنْقُصُهُ إِنْ أَهْلَکَه
"Agah olun! Sizin heç biriniz ehtiyaclı qohumunuza arxa çevirməməli - olması, artıma səbəb olmayan, olmaması nöqsan yaratmayanı onlardan əsirgəməlisiniz."
Bu ifadə çox güman ki, aşağıdakı iki məsələyə işarədir:
Birinci növbədə, bu işin mənəvi yönünə işarədir. Yəni, əldə olan imkanlardan qohumları məhrum etmək, insanın həyatından və mal-sərvətindən bərəkəti aparır, mal və sərvət artmır. Onlara kömək etmək isə İlahi bərəkət gətirər, zahiri əskiklik Allahın lütfü ilə aradan qalxar.
İkincisi isə zahiri və maddi yönünə işarədir. Çünki qohum-qardaşın problemləri hər halda insana təsir edir, zehnini qarışdırır, vicdanını ağrıdır, şərəf və heysiyyətini təhlükəyə salır. Ümumilikdə həyatının problemlərini artırır. Nə yaxşı ki, onların köməyinə tələssin, həm axirətin savabına, həm də dünyanın bərəkətinə nail olsun, şərəf-heysiyyətini və xatircəmliyini qorusun.
Hədisdə nəql olunur ki, Əli (əleyhis-salam) buyurdu:
اَلْبَرَکَةُ فى مال مَنْ آتى الزَّکاةَ وَ واسَى الْمُؤمنینَ وَ وَصَلَ الاَْقْرَبینَ
"Zəkat verən, möminlərlə kömək edən və yaxınlarına baş çəkənin malında bərəkət olur." (2)
Həzrət ikinci bəyanında buyurur:
مَنْ یَقْبِضْ یَدَهُ عَنْ عَشِیرَتِهِ، فَإِنَّمَا تُقْبَضُ مِنْهُ عَنْهُمْ یَدٌ وَاحِدَةٌ وَ تُقْبَضُ مِنْهُمْ عَنْهُ أَیْد کَثِیرَةٌ
Nə üçün insan öz tayfa və qohumlarına kömək etməkdən göz yumsun?! Halbuki, o böyük ziyana uğrayacaq. Əlini yaxınlarının üzünə bağlayan, təkcə bir əlini bağlasa da, çox sayda yardım əli onun üzünə bağlanacaq.
Heç bir aqil insan belə bir addım atıb kiçik mənfəətinə görə özünü böyük xeyirdən məhrum etməyə razı olmaz. Həzrət üçüncü və axırıncı ifadəsində başqa bir məsələyə toxunur:
وَ مَنْ تَلِنْ حَاشِیَتُهُ یَسْتَدِمْ مِنْ قَوْمِهِ الْمَوَدَّةَ
«Yaxınlarına, qohum-əqrəbasına qarşı yumşaq, nəzakətli və təvazökar olan şəxs, daim onların məhəbbətini özünə cəlb edəcək. »
Dəfələrlə şahidi olmuşuq ki, qohumların və ya qəbilənin içindən bir və ya bir neçə nəfər maddi imkan əldə edəndən sonra təkəbbür və paxıllıq üzündən bütün qohumlarından ayrılır, dünənki dostları bugünkü düşmənlərə çevrilir. Halbuki, nemətin şükürünü yerinə yetirmək məqsədilə təvazökarlıq göstərib səxavətli olsaydılar, nəinki məhəbbətləri azalmaz, əksinə - çoxalardı.
Bu məsələ diqqət çəkir; yuxarıdakı cümlədə “haşiyə” ifadəsi, iki məna daşıyır. Birincisi, insanın öz sifətləri və düşüncə tərzi ola bilər (ki, yuxarıdakı təfsirdə qeyd olundu). İkincisi, insanın ətrafındakı insanlar - işcilər nəzərdə tutula bilər. Ona görə də cümlənin mənası belə olacaq: Bir şəxsin ətrafındakı insanlar camaatla qarşı xoşrəftar, təvazökar olub onlara sevgi göstərsələr, yaxın və uzaq qohumlarının məhəbbətini daim özünə cəlb edər.
Özləri nəzakətli və həlim olsalar da ətrafındakılarının insanlarla sərt və xoşagəlməz davranışlarına görə hamının ətrafından pərakəndə olduğunu az görməmişik. (3)

Şərh qeydə alınmayıb