Qısa cavab:
Ətraflı cavab:
Qurani-kərim “Bəqərə” surəsinin 254-cü ayəsində cəmiyyətdə vəhdətə səbəb olan, hökumətin sütunlarını möhkəmləndirən, müdafiə və cihadın bünyadı ola biləcək vəzifələrdən birinə toxunaraq buyurur:
یا أَیُّهَا الَّذینَ آمَنُوا أَنْفِقُوا مِمّا رَزَقْناکُمْ
«Ey iman gətirənlər! Sizə bəxş etdiyimiz ruzidən infaq edin.»
“Sizə bəxş etdiyimiz ruzidən” (مِمّا رَزَقْناکُمْ) ifadəsinin geniş mənası var. Həm vacib və müstəhəb olan maddi infaqları, həm də elm və bilik olan mənəvi imkanlara aid olur. Amma ayənin sonunda qeyd olunan “təhdid”-ə diqqət yetirsək, zəkat və s. kimi vacib infaqların nəzərdə tutulduğunu da ehtimal vermək olar. Bundan əlavə infaq beytul-malın və hökumətin güclənməsi üçün vacibdir.
Əlavə olaraq, “min ma” ifadəsini belə başa anlamaq olar ki, infaqın vacib miqdarı həmişə malın hamısına deyil bir hissəsinə düşür.
Amma kafirləri “zalimlər” hesab edən bu ayənin sonuncu cümləsinə diqqət yetirsək görərik ki, infaqı tərk etmək bir növ küfr və zülmdür. Bunu da vacib infaqlardan başqasında təsəvvür etmək mümkün deyil.
Növbəti cümlədə buyurur:
مِنْ قَبْلِ أَنْ یَأْتِیَ یَوْمٌ لا بَیْعٌ فیهِ وَ لا خُلَّةٌ وَ لا شَفاعَةٌ
«Bu gün infaq etməyə qadirsinizsə, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən öncə infaq edin.»
Ayədə göstərilir ki, dünyada maddi vəsaitlə əldə edilməsi mümkün olan qurtuluş yollarının heç biri axirətdə mümkün deyil. Orada səadəti, əzabdan qurtulmağı alış-veriş əldə etmək olmaz, bu dünyada sərvətlə əldə etdiyiniz dostların sizə bir faydası toxunmaz.
Çünki onlar da öz növbələrində əməllərinə görə cavab verməlidirlər. Öz ciblərindən digəri üçün xərcləməyəcəklər.
Orada şəfaətin də sizin halınıza xeyri olmayacaq. Çünki İlahi şəfaət İlahi işlərin sayəsində gerçəkləşir. Bu işlər insanı şəfaətə layiq edir və siz belə işlər görməmişsiniz. Amma mal-dövlət vasitəsilə bu dünyada əldə oluna bilən maddi şəfaət isə orada yoxdur.
Ona görə də siz infaqı tərk etmək, mal-dövlət yığmaq və başqalarına qarşı xəsislik etməklə bütün qurtuluş qapılarını öz üzünüzə bağlamışınız.
Ayənin sonunda buyurur:
وَ الْکافِرُونَ هُمُ الظّالِمُونَ
Kafirlər həmin zalımlardır
Yəni infaq və zəkatı tərk edən insanlar həm özlərinə həm də digərlərinə zülm edirlər.
Quran bu cümlədə bu həqiqətə aydınlıq gətirmək istəyir:
İlk öncə, kafirlər özlərinə zülm edirlər. Çünki vacib infaqı verməmək və digər dini və insani vəzifələri yerinə yetirməməklə özlərini ən böyük xoşbəxtlikdən məhrum edirlər. Axirətdə onların öz əməlləri öz yaxalarını tutacaq. Allah heç kimə zülm etməmişdir.
İkincisi, kafir insanlar öz cəmiyyətlərinə də zülm edirlər. Əsas etibarı ilə küfr qəlbin çirklənməsinin, daş ürəkliliyin, maddi tərzi-təfəkkürün və dünya pərəstliyin mənşəyidir. Bütün bunlar da zülmün əsas amilləridir.

Şərh qeydə alınmayıb