Qısa cavab:
Ətraflı cavab:
Bu sualın cavabı "Bəqərə" surəsinin 264 və 265-ci ayələrində bəyan olunub. Bu iki ayədə deyilir ki, imanlı şəxslər öz infaqlarını minnət və əziyyət etməklə batil və təsirsiz etməməlidir. Daha sonra minnət, əziyyət, riyakarlıq, özünü göstərmək məqsədi daşıyan infaqla ixlas köklərindən, dini və insani hisslərdən doğan infaqla əlaqədar iki misal çəkilir.
Buyurur:
یا أَیُّهَا الَّذینَ آمَنُوا لا تُبْطِلُوا صَدَقاتِکُمْ بِالْمَنِّ وَ الأَذى
«Ey iman gətirənlər, bəxşişlərinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.»
Sonra bu əməli riyakarlıq və özünü göstərməklə yanaşı olan infaqlara bənzədərək buyurur:
کَالَّذی یُنْفِقُ مالَهُ رِئاءَ النّاسِ وَ لا یُؤْمِنُ بِاللّهِ وَ الْیَوْمِ الآْخِرِ
«Malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi.»
Daha sonra əlavə edir:
فَمَثَلُهُ کَمَثَلِ صَفْوان عَلَیْهِ تُرابٌ فَأَصابَهُ وابِلٌ فَتَرَکَهُ صَلْداً لا یَقْدِرُونَ عَلى شَیْء مِمّا کَسَبُوا
«O, üzərinə (azacıq) torpaq oturmuş (üzərinə toxum səpilmiş) və sonra leysan yağışın yağıb onu təmiz bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir. Onlar gördükləri işdən heç bir şey əldə etməyəcəklər.»
Nə qədər zərif və dəqiq ifadələrdir?! Möhkəm daş parçasını nəzərdə tutun. Üzərində nazik torpaq örtüyü var. Həmin torpağa istifadəyə yararlı toxum səpilib. Torpaq açıq havada və günəş şüaları altındadır. Sonra bərəkətli yağış onun üzərinə yağır. Toxumların cücərməsi üçün əlverişli şərait yaransa da bir çatışmazlığa görə hər şey məhv olur. Bu yağış nazik torpaq qatını toxumlarla bir yerdə yuyub aparır və heç bir bitkinin cücərə bilmədiyi daşı aşkara çıxarır. Məlum olur ki, ilk əvvəldən toxumlar qeyri-münasib bir yerə səpilmişdi. Zahirdə gözəl amma daxildə sərt və möhkəm idi. Yalnız nazik torpaq örtüyü onun üzərini örtmüşdü. Halbuki, bitki və ağacın bitməsi - kök atması, su və qidalanması üçün dərin torpaq qatına ehtiyacı var.
Daş ürəklərdən doğan, riyakar əməllərlə, insanlara minnət qoyub onları incitməklə verilən infaqın onun sahibinə heç bir faydası olmur, bütün zəhmətləri hədər gedir. Çünki bu infaqlar sərt və qəsavət basmış ürəklərdən doğur.
Ayənin sonunda buyurur:
وَ اللّهُ لا یَهْدِی الْقَوْمَ الْکافِرین
«Allah kafir dəstəni hidayət etmir.»
Yəni, Allah onları hidayət üçün uğur və müvəffəqiyyətı nail etmir. Çünki onlar öz ayaqları ilə küfr, riyakarlıq, minnət və əziyyət yolunu qət edirlər. Belə adamlar hidayətə layiq deyillər. Bu üzdən riyakar – minnət və əziyyətlə qarışmış infaqların hamısı eyni sırada yer alır.
Sonrakı ayədə tam əksinə - Allah yolunda iman və ixlasla infaq edən bu qrup insan haqqında gözəl bir misal çəkilir:
وَ مَثَلُ الَّذینَ یُنْفِقُونَ أَمْوالَهُمُ ابْتِغاءَ مَرْضاتِ اللّهِ وَ تَثْبیتاً مِنْ أَنْفُسِهِمْ کَمَثَلِ جَنَّة بِرَبْوَة أَصابَها وابِلٌ فَآتَتْ أُکُلَها ضِعْفَیْنِ
«Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində iki qat meyvə vermiş bağ kimidir.»
Daha sonra buyurur:
فَإِنْ لَمْ یُصِبْها وابِلٌ فَطَلٌّ
« Ora leysan yağış yağmasa da (ən azından) narın yağış yağır.» Yenə də məhsul – meyvə verir, təravətlidir.
Sonda buyurur:
وَ اللّهُ بِما تَعْمَلُونَ بَصیرٌ
« Allah əməllərinizi görür.»
O, infaqın hansı məqsədlə verildiyindən xəbərdardır. Allah, İnfaqın riyakarlıq üzündən, minnət və əziyyətlə, yoxsa İlahi məqsədlə, məhəbbət və hörmətlə verildiyini bilir.. (1)

Şərh qeydə alınmayıb