Qısa cavab:
Ətraflı cavab:
İmam Əli (ə) mal-dövlət sahiblərini qohumlara, yaxınlara kömək etməyə təşviq etmiş və aydın dəlillə onları sərvətlərinin bir hissəsini güzəştə getməyə səsləmişdir. İmam demişdir:
أَیُّهَا النّاسُ إِنَّهُ لاَیَسْتَغْنِی الرَّجُلُ ـ وَ إِنْ کَانَ ذَا مَال ـ عَنْ عِتْرَتِهِ(1)، وَ دِفَاعِهِمْ عَنْهُ بِأَیْدِیهِمْ وَ أَلسِنَتِهِمْ
"Ey camaat! İnsan mal-dövlətli də olsa öz qohum və yaxın adamlarına - onların dil və əllə müdafiəsinə ehtiyacsız deyil."
وَ هُمْ أَعْظَمُ النَّاسِ حَیْطَةً(2) مِنْ وَرَائِهِ وَ أَلَمُّهُمْ(3) لِشَعَثِهِ(4) وَ أَعْطَفُهُمْ عَلَیْهِ عِنْدَ نَازِلَة إِذا نَزَلَتْ بِهِ
"Əslində onlar, onu müdafiə edəcək, problemlər və nigarançılığını aradan qaldıracaq, hadisə baş verdikdə ona qarşı hamıdan mehriban olacaq ən böyük qrupdur."
Həyatın ağrılı-acılı, ağır, tufanlı günləri çoxdur. Heç bir insan təkbaşına onun qarşısında davam gətirə bilməz. İnsanın ağıl və düşüncəsi tələb edir ki, sakit və salamat günlərində o günləri düşünsün. Belə hallarda insan, qohum-qardaşdan daha artıq kimə arxalana bilər?! Amma onlara yaxşılıq etmədən, maddi və mənəvi himayə göstərmədən, dostluq münasibətləri qurmadan belə günlərdə köməklərinə arxalanmaq olarmı? Şübhəsiz ki, yox. Elə isə hər insan, çətin günlərdə tək qalmasın deyə, öz maddi imkanları daxilində qohumlarla yardım göstərməli, öz dostluq əlaqələrini möhkəmləndirməlidir.
Başqalarına yaxşılıq etməyin də müəyyən təsirlərə malik olması həqiqətdir. "İnsan yaxşılığın quludur". Lakin şübhəsiz ki, insanın qohumları bu işdə öndədir. Bundan əlavə artıq onlar məhəbbət ünsürünə sahibdir.
Diqqət etmək lazımdır ki, bu göstərişə əməl etmək əslində cəmiyyətin hər təbəqəsində yoxsulluq və problemlərlə mübarizəyə səbəb olacaq. Hər qəbilə-qohum içində adətən imkanlı şəxslər olur. Əgər onlar öz qohumlarının qayğısına qalsalar, ümumi səviyyədə problemlər həllini tapacaq. Bundan əlavə insan öz qohumlarının içində ehtiyacı olanları daha yaxşı tanıyır. Qohumlar da onun köməyini daha rahat qəbul edərlər.
İmam Əli (əleyhis-salam) İmam Həsən Müctəbaya (əleyhis-salam) yazdığı məktubda bu barədə ətraflı söhbət açır, qohum-əqrəbaya olan diqqətin faydalarını belə izah edir:
وَ أکْرِم عَشیرَتَکَ! فَإنَّهُم جَناحُکَ الّذى بِه تَطیرُ وَ أَصْلُکَ الّذی اِلَیْهِ تَصیرُ وَ یَدُکَ الّتی بها تَصُولُ
"Qəbilə və qohumlara qarşı yaxşılıqla davran. Çünki onlar sənin qanadlarındır. Onların vasitəsilə uçursan. Onlar sənin əslin və kökündür. Onlarla qayıdırsan. Onlar sənin biləklərindir. Onlarla düşmənə həmlə edirsən." (5)
Həzrət xütbəsinin davamında digər bir zərif məsələyə toxunur, imkanlı şəxsləri bu yolla hamıya maddi yardım göstərməyə çağırır:
وَ لِسانُ الصِّدْقِ یَجْعَلُهُ اللهُ لِلْمَرْءِ فِى النّاسِ خَیْرٌ لَهُ مِنَ المالِ یَرِثُهُ غَیْرُهُ
Allahın (xeyirxah əməllər sayəsində) insana bəxş etdiyi ad-san, başqaları üçün miras qoyub getdiyi mal-sərvətdən yaxşıdır. Bu mənəvi və həmişəyaşar bir sərvətdir. O isə maddi və əldən çıxıb gedəndir.
Başqa sözlə:
نام نیکى گر بماند زآدمى *** بِه کزو مانَد سراى زرنگار
Adamdan bir qızıl saray qalınca, yaxşı ad qalsa daha yaxşıdır.
Şair demək istəyir ki, mal-dövlət insanla birlikdə qəbir və qiyamət günündə keçərli deyil. Onu qoymalı və ötməlidir. Sözsüz ki, o, ölümdən sonra varislərin əlinə düşür və əsl sahibi adətən unudulur. Amma bir şey insanın ölümündən sonra da ona qala bilər. O da gözəl ad və xeyir xatirələrdir. Hər vaxt insanlar onun adını çəkəndə Allahdan ona rəhmət diləyər, salam göndərərlər.
Bu əbədi olan mənəvi və maddi bir sərmayədir ki, onu kəsb etmək üçün yollardan bir Allah yolunda onun bəndələrinə infaq, bəxşiş, ehsan və xeyirxahlıq etməkdir.
Həqiqətdə bu cümlələrdə iki üsulla mal-dövlətli insanlar, yoxsullara və cəmiyyətə yardım etməyə şövq edilib. Onlardan biri ömrünün acı və ağır hadisələrində onun köməyinə tələsən dost və köməkçi əldə etmək, digəri ölümündən sonra onun ruhunun şadlığı, bağışlanmasını Allahdan diləyən dostlar ələ gətirməkdir. (6)

Şərh qeydə alınmayıb