Qısa cavab:
Ətraflı cavab:
"İsra" surəsinin 82-ci ayəsində oxuyuruq:
وَ نُنَزِّلُ مِنَ الْقُرْآنِ ما هُوَ شِفاءٌ وَ رَحْمَةٌ لِلْمُؤْمِنِینَ
"Biz, Quranda möminlər üçün şəfa və rəhmət olanı nazil edirik."
Sözsüz, insanın ruhi və mənəvi xəstəliklərinin onun cismani xəstəliklərinə böyük oxşarlığı vardır. Hər ikisi öldürücüdür, hər ikisinin təbibə, müalicə və dərmana ehtiyacı var. Hər ikisi bəzən keçici olur. Hər ikisinin köklərini tapmaq lazım gəlir. Kökünü tapdıqdan sonra onları müalicə etmək lazımdır. Hər ikisi bəzən elə mərhələyə çatır ki, əlacı qeyri-mümkün olur. Lakin əksər hallarda onlara çarə tapmaq mümkündür. Nə qədər də maraqlı və mənalı bənzətmələr vardır. Bəli, Quran cəhalət, təkəbbür, qürur, həsəd və nifaqla mübarizə aparmaq istəyən insanlar üçün həyatverici bir nüsxədir. Quran zəiflikləri, uğursuzluqları, səbəbsiz qorxuları, ixtilaf və ikitirəliyi aradan qaldırmaq üçün həyat bəxş edən nüsxədir. Quran dünyaya məhəbbət xəstəliyindən, maddi həyata asılılıqdan, şəhvətə qeydsiz-şərtsiz tabeçilikdən əziyyət çəkən insanlar üçün müalicəvi dərmandır. Quran hər tərəfində müharibə atəşi şölələnən, hərbi rəqabətlərin ağırlığı altında beli bükülən, özünün ən mühüm iqtisadi və insani sərmayəsini müharibə və silahlanma hərisliyinin ayaqları altına atan dünya, eyni zamanda, nəfsi istəklərin zülmət pərdələrinin Rəbbin dərgahına çatmaqda maneçilik törətdiyi insanlar üçün şəfadır.
"Yunis" surəsinin 57-ci ayəsində oxuyuruq:
قَدْ جاءَتْکُمْ مَوْعِظَةٌ مِنْ رَبِّکُمْ وَ شِفاءٌ لِما فِی الصُّدُورِ
"Şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət, sinələrdə olan (fasid əqidələr) üçün bir şəfa gəlmişdir."
"Fussilət" surəsinin 44-cü ayəsində oxuyuruq:
قُلْ هُوَ لِلَّذِینَ آمَنُوا هُدىً وَ شِفاءٌ
"De: "Bu kitab iman gətirmiş kəslər üçün tamamilə hidayət və şəfadır.""
Həzrət Əli (ə) bu həqiqəti "Nəhcül-bəlağə"də özünün ən fəsahətli ifadələri ilə izah edir:
فَاسْتَشْفُوهُ مِنْ أَدْوائِکُمْ وَ اسْتَعِینُوا بِهِ عَلى لاَ ْوائِکُمْ فَإِنَّ فِیهِ شِفاءً مِنْ أَکْبَرِ الدّاءِ وَ هُوَ الْکُفْرُ وَ النِّفاقُ وَ الْغَیُّ وَ الضَّلالُ
"Bu böyük səmavi kitabdan öz xəstəlikləriniz üçün şəfa diləyin. Çətinliklərinizin həlli üçün kömək istəyin, çünki bu kitabda ən böyük dərdlərin – küfr, nifaq, azğınlıq və zəlalətin dərmanı var." (1)
Başqa bir ifadədə həzrət buyurur:
أَلا إِنَّ فِیهِ عِلْمَ ما یَأْتِی وَ الْحَدِیثَ عَنِ الْماضِی وَ دَواءَ دائِکُمْ وَ نَظْمَ ما بَیْنَکُمْ
"Bilin və agah olun! Bu kitabda gələcəkdən xəbərlər, keçmiş qövmlərin hadisələri, sizin xəstəliklərinizin dərmanı və sizin ictimai həyatınızın nizam-intizamı üçün qanunlar var."
İmamdan nəql edilən başqa bir hədisdə oxuyuruq:
وَ عَلَیْکُمْ بِکِتابِ اللّهِ فَإِنَّهُ الْحَبْلُ الْمَتِینُ وَ النُّورُ الْمُبِینُ وَ الشِّفاءُ النّافِعُ وَ الرِّیُّ النّاقِعُ وَ الْعِصْمَةُ لِلْمُتَمَسِّکِ وَ النَّجاةُ لِلْمُتَعَلِّقِ لایَعْوَجُّ فَیُقامَ وَ لایَزِیغُ فَیُسْتَعْتَبَ وَ لاتُخْلِقُهُ کَثْرَةُ الرَّدِّ وَ وُلُوجُ السَّمْعِ مَنْ قالَ بِهِ صَدَقَ وَ مَنْ عَمِلَ بِهِ سَبَقَ
Allahın kitabına ciddi yanaşın, çünki o, çox möhkəm ip, aydın nur, şəfaverici dərman, haqq təşnələrinin susuzluğunu yatıran həyat suyudur. Hər kəs ona istinad etsə, onu hifz edər, ondan yapışanı xilas edər. Əyilməz ki, düzəlsin, səhv etməz ki, oxucularından üzr istəsin. Təkrarı köhnəliyə, qulağın yorulmasına səbəb olmaz (nə qədər onu oxusalar, daha şirin və daha ürəyəyatan olar). Quranla danışan insan düz danışar, ona əməl edən insan hamıdan önə keçər."
Peyğəmbərin (s) sözlərində, həzrət Əlinin (ə) digər kəlamlarında və məsum imamların (ə) ifadələrində bənzərinə tez-tez rast gəlinən belə aydın və fəsahətli ifadələr sübut edir ki, Quran bütün çətinlikləri həll edən, insan və cəmiyyəti müxtəlif əxlaqi və ictimai xəstəliklərdən xilas edən qanun toplusudur.
Bu həqiqəti sübut etmək üçün cahiliyyət dövrünün ərəblərini İslam dininin çağdaş zamanında Peyğəmbər (s) məktəbində təlim alan insanlarla müqayisə etmək ən yaxşı dəlildir. Vücudlarını başdan-başa əxlaqi və ictimai xəstəliklər bürümüş bu qaniçən, cahil və nadan insanların həmin şəfavericidən istifadə etməklə necə şəfa tapdıqlarını, güclənərək dünyanın ən qüdrətli dövlətlərini necə diz çökdürdüklərini müşahidə etmək olar. Bu, eynilə bugünkü müsəlmanların yaddaşlarından silinən həqiqətdir. Onu unutmaqla hansı taleyə duçar olduqlarını hamımız bilirik. Onların aralarında təfriqə hökm sürür. Qəsbkarlar sərvət mənbələrini tamamilə mənimsəmişlər. Taleləri başqalarının əlilə müəyyən olunur. Asılılıqları onları zillət və uğursuzluğa düçar etmişdir. Bu, evlərində şəfa verən bir kitab ola-ola xəstəliklərini müalicə etmək üçün əllərini özlərindən daha xəstə olanlara uzadan insanların aqibətidir.
Quran təkcə şəfa vermir, sağalandan sonra insanları öz müxtəlif mesajları ilə gücləndirir, çünki şəfadan sonrası rəhmətdir. Maraqlısı odur ki, cismani xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar, adətən, insan orqanizminə xoşagəlməz təsirlər qoyur. Məşhur bir hədisdə deyilir:
ما مِن دَواء إِلاّ وَیُهَیِّجُ داء
"Elə bir dərman yoxdur ki, başqa bir xəstəliyin mənşəyi olmasın."
Amma bu həyatbəxş dərmanın insanın canında, düşüncə və ruhunda heç bir xoşagəlməz təsiri yoxdur. Əksinə, onun hamısı xeyir-bərəkətdir. "Nəhcül-bəlağə"nin hikmətli kəlamlarının birində oxuyuruq:
شِفاءٌ لاتُخْشَى أَسْقامُهُ
"(Quran) elə şəfa verən bir dərmandır ki, ondan heç bir xəstəlik yaranmaz."
Bir ay özümüzə bu şəfa dolu nüsxəyə tabe olacağımızla bağlı söz vermək, elm, bilik, ədalət, yardım, təqva, birlik, səmimiyyət, fədakarlıq, cihad və s. sahələrdəki göstərişlərinə tabe olmaq sürətlə problemlərimizin həll olmasında kifayətdir.
Bu məsələni də qeyd etmək zəruridir: Bu nüsxə digər nüsxələr kimi yalnız ona əməl olunduqda müsbət təsir qoyur. Əks təqdirdə, 100 dəfə də şəfabəxş nüsxələri oxusaq, başımızın üstünə qoysaq, amma əməl etməsək heç bir nəticəsi olmayacaq. (2)

Şərh qeydə alınmayıb